Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-401/2025 16.04.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “nisyə alğı-satqı müqaviləsindən yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1) 03 iyun 2024-cü il tarixli müqaviləyə əsasən, BOSCH markalı kondisioner üçün 2090,11 (iki min doxsan manat 11 qəpik) manat ödənilməmiş hissə, 627,03 (altı yüz iyirmi yeddi manat 03 qəpik) manat dəbbə pulu, 2) 04 iyun 2024-cü il, tarixli müqaviləyə əsasən, SAMSUNG TV üçün 1535,02 (min beş yüz otuz beş maant 02 qəpik) manat ödənilməmiş hissə, 460,51 (dörd yüz altmış manat 51 qəpik) manat dəbbə pulu; 3) 03 iyun 2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********68046 XİAOMİ REDMİ NOTE 13 PRO+ markalı telefon almış üçün 1197,70 (min yüz doxsan yeddi manat 70 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 359,31 (üç yüz əlli doqquz manat 31 qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 6293,28 manat (altı min iki yüz doxsan üç manat 28 qəpik) borc, 82,94 manat (səksən iki manat 94 qəpik) ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağlanmış 03 iyun 2024-cü il, 04 iyun 2024-cü və 03 iyun 2024-cü il tarixli müqavilələrə əsasən, BOSCH markalı kondisioner, SAMSUNG TV, XİAOMİ REDMİ NOTE 13 PRO+ markalı telefon almış və nəticədə 6293,28 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmir. Belə ki, sadalanan əşyaları aldıqdan sonra, cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə: 1) 03 iyun 2024-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 2352,06 manat olan BOSCH markalı kondisioner üçün ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətində hər ay 130,67 manat olmaqla, 2090,11 manat ödənilməmiş hissə, 627,03 manat dəbbə pulu, cəmi 2717,14 manat, 2) 04 iyun 2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1749,08 manat olan SAMSUNG TV üçün 20 manat ilkin ödəniş etməklə 18 ay müddətinə hər ay 96,06 manat olmaqla, 1535,02 manat ödənilməmiş hissə, 460,51 manat dəbbə pulu, 3) 03 iyun 2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1437,48 manat olan XİAOMİ REDMİ NOTE 13 PRO+ markalı telefon üçün 0 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 119,79 manat olmaqla, 1197,70 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat, 359,31 manat dəbbə pulu olmaqla, cəmi 1580,61 manat borcu yaranmışdır. Cavabdehin üç müqavilə üzrə cəmi ödədiyi məbləğ 715,79 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış 03 iyun 2024-cü, 04 iyun 2024-cü və 03 iyun 2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh 13 mart 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında izahat verərək bildirdi ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qarşı olan iddia tələbini qismən qəbul edir. Belə ki, iddiaçıya olan cəmi 4822,83 manat əsas borcu imkanı olduqca hissə-hissə ödəyəcəyini, cərimə borcunu imkanı olmadığına görə qəbul etmədiyini bildirmiş, iddia tələbini qismən təmin edilməsini xahiş etmişdir (bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: 03 iyun 2024-cü il tarixli 13042357 nömrəli müqavilədən və müqavilənin tərkib hissəsi olan əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 1437,48 manat olan XİAOMİ REDMİ NOTE 13 PRO+ markalı telefon üçün ilkin ödəniş 0 manat etməklə, 12 ay müddətində hər ay 119,79 manat "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 03 iyun 2024-cü il tarixli 13042358 nömrəli müqavilədən və müqavilənin tərkib hissəsi olan əlavədən görünür ki, alqı-satqı qiyməti 2352,06 manat olan BOSCH markalı kondisioner üçün 0 manat ilkin ödəniş etməklə 18 ay müddətinə, hər ay 130,67 manat "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 04 iyun 2024-cü il tarixli 11226682 nömrəli müqavilədən və müqavilənin tərkib hissəsi olan əlavədən görünür ki, alqı-satqı qiyməti 1749,08 manat olan SAMSUNG TV üçün 20 manat ilkin ödəniş etməklə 18 ay müddətinə, hər ay 96,06 manat "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 24 yanvar 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh; 1) 03 iyun 2024-cü il tarixli 13042357 saylı müqavilə üzrə 239,78 manat ödəniş etmiş, onun 1197,70 manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat, 359,31 manat dəbbə pulu olmaqla, cəmi 1580,61 manat borcu, 2) 03 iyun 2024-cü il tarixli 13042358 saylı müqavilə üzrə 261,95 manat ödəniş etmiş, 2090,11 manat əsas, 627,03 manat dəbbə pulu olmaqla, cəmi 2717,14 manat borcu, 3) 04 iyun 2024-cü il tarixli 11226682 saylı müqavilə üzrə 214,06 manat ödəniş etmiş, onun 1535,02 manat əsas, 460,51 manat dəbbə pulu olmaqla, cəmi 1995,53 manat, ümumilikdə üç müqavilə üzrə 4822,83 manat ödənilməmiş əsas, 1446,85 manat dəbbə pulu, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat olmaqla, cəmi 6293,28 manat borcu vardır. İş materiallarında olan: 03 iyun 2024-cü il, 03 iyun 2024-cü il və 04 iyun 2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən BOSCH markalı kondisioner, SAMSUNG TV, XİAOMİ REDMİ NOTE 13 PRO+ markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: 15 yanvar 2025-ci il tarixdə göndərilmiş (poçt qəbzi var) xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 567ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. - 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 601-ci maddəsinin tələbinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. - 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinin müddəalarından görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən üç alqı-satqı müqaviləsi üzrə yaranmış 4822,83 manat (dörd min səkkiz yüz iyirmi iki manat 83 qəpik) əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin cəriməyə aid hissəsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdehə üç müqavilə üzrə hesablanmış 1446,85 manat (bir min dörd yüz qırx altı manat 85 qəpik) məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 1) 03 iyun 2024-cü il tarixli 13042357 saylı müqavilə üzrə 11,97 AZN (on bir manat-97 qəpik) manat, 2) 03 iyun 2024-cü il tarixli 13042358 saylı müqavilə üzrə 20,90 AZN (iyirmi manat-90 qəpik), 3) 04 iyun 2024-cü il tarixli 11226682 saylı müqavilə üzrə 15,35 AZN (on beş manat-35 qəpik) olmaqla, cəmi 48,22 manat (qırx səkkiz manat- 22 qəpik) məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə -1398,63 manat cərimə borcu və 23,60 manat (iyirmi üç manat 60 qəpik) innovativ layihələr mərkəzi rüsumu hissəsində iddia əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 82,94 manat dövlət rüsumunun 68,71 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1) 03 iyun 2024-cü il tarixli 13042357 nömrəli müqavilə üzrə yaranmış 1197,70 AZN (bir min bir yüz doxsan yeddi manat-70 qəpik) əsas borc və 11,97 AZN (on bir manat- 97 qəpik) cərimə borcu olmaqla, həmin müqavilə üzrə cəmi 1209,67 AZN (bir min iki yüz doqquz manat-67 qəpik) borc, 2) 03 iyun 2024-cü il tarixli 13042358 nömrəli müqavilə üzrə yaranmış 2090,11 AZN (iki min doxsan manat-11 qəpik) əsas borc və 20,90 AZN (iyirmi manat-90 qəpik) cərimə borcu olmaqla, həmin müqavilə üzrə cəmi 2111,01 AZN (iki min bir yüz on bir manat-01 qəpik) borc, 3) 04 iyun 2024-cü il tarixli 11226682 nömrəli müqavilə üzrə yaranmış 1535,02 AZN (bir min beş yüz otuz beş manat-02 qəpik) əsas borc və 15,35 AZN (on beş manat-35 qəpik) cərimə borcu olmaqla, həmin müqavilə üzrə cəmi 1550,37 AZN (bir min beş yüz əlli manat-37 qəpik) borc, üç müqavilə üzrə cəmi 4871,05 AZN (iki min üç yüz on manat-17 qəpik) borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 68,71 AZN (altmış səkkiz manat-71 qəpik) hissəsinin pul əvəzi, ümumilikdə 4939,76 AZN (dörd min doqquz yüz otuz doqquz manat-76 qəpik) məbləğdə pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-401/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-401/2025
16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver