Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-405/2024 13.05.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı“ödənilmiş sığorta ödənişinin əvəzinin zərərvuran sığortalıdan subroqasiya qaydasında tutulması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: "xxxx" ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 4999,99 manat (dörd min doqquz yüz doxsan doqquz manat – 99 qəpik) məbləğində sığorta ödənişinin əvəzinin, 69,99 manat (altmış doqquz manat 99 qəpik) dövlət rüsumunun əvəzinin, cəmi 5069,98 manat (beş min altmış doqquz manat 98 qəpik) pul vəsaitinin alınıb "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mercedes Benz 220” markalı, 10–TU– 755 dövlət nömrə nişanlı avtomobil 18 iyul 2020-ci ildən 18 iyul 2021-ci ilədək "xxxx" ASCdə icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 18 iyul 2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il mayın 29-da Cavabdeh idarə etmək hüququ olmadan idarə etdiyi “Mercedes Benz 220” markalı, 10–TU–755 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində “Lada Priora” markalı, 90–PR–268 dövlət nömrə nişanlı və “Nissan Kicks” markalı, 99–UK–975 dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Xəzər DYPŞ-nin xx.xx.2021-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 332.4-cü (bu Məcəllənin 332.2-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Xəzər DYPŞ-nin 31 may 2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 332.4-cü (Bu Məcəllənin 332.2-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddələri ilə təqsirli bilnmişdir. "xxxx" MMC tərəfindən 01 iyun 2021-ci il tarixində verilmiş 4570 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Lada Priora” markalı, 90–PR–268 dövlət nömrə nişanlı avtomobilə 2545 manat zərər dəymişdir. “İdeal Motors” tərəfindən verilmiş preyskuranta əsasən hadisə nəticəsində “Nissan Kicks” markalı, 99–UK–975 dövlət nömrə nişanlı avtomobillə 4540 manat məbləğində ziyan dəymişdir. “Nissan Kicks” markalı, 99–UK–975 dövlət nömrə nişanlı avtomobil kasko sığorta növündə "xxxx" ASC-də sığortalandığından sonuncu tərəfindən 500 manat şərtsiz azadolma məbləği çıxmaqla 4040 manat sığorta ödənişi etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56.1.2ci maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat sığorta məbləği müəyyən edimişdir. Həmin Qanununun 58.3-cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. "xxxx" ASC tərəfindən 08 iyul 2021-ci il tarixində 1811,90 manat məbləği zərərçəkmiş şəxs Abbaszadə Cavid Çingiz oğluna, 16 sentyabr 2021-ci il tarixində 355,97 manat məbləği zərərçəkmiş şəxs X2 (şərtsiz azadolma məbləği) və 29 sentyabr 2021-ci il tarixində 7149 nömrəli ödəniş tapşırığı ilə 2832,12 manat məbləği "xxxx" ASC-yə ödəmişdir. Ümumilikdə, "xxxx" ASC tərəfindən 29 may 2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsində 4999,99 manat sığorta ödənişi edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan: İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, sığortaçı "xxxx" ASC sığortalı X1 istifadəsində olan “Mercedes Benz 220” markalı **-TU- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyətini 18 iyul 2020-ci il tarixdən 18 iyul 2021-ci il tarixədək olan müddət üzrə sığorta etmişdir. İş materiallarında olan: Xəzər rayon DYPŞ-nin 31 may 2021-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan: 31 may 2021-ci il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh 29 may 2021-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta əməllərini törətdiyinə görə barəsində 400 (dörd yüz) manat cərimə edilməsi haqqında tənbeh tətbiq edilmişdir. İş materiallarında olan: "xxxx" ASC tərəfindən tərtib edilmiş 06 iyul 2021-ci il tarixli PXA88152 saylı “Sığorta aktı”nın surətindən görünür ki, sığorta predmetinə dəymiş ziyanın ümumi məbləği 2545 (iki min beş yüz qırx beş) manat hesablanmış, Abbaszadə Cavid Çingiz oğluna sığorta ödənişi olaraq 1811,90 manat (min səkkiz yüz on bir manat 90 qəpik) məbləğdə pulun köçürülməsi təsdiq olunmuşdur. İş materiallarında olan: "xxxx" ASC tərəfindən tərtib edilmiş 13 sentyabr 2021-ci il tarixli PXA88153 saylı “Sığorta aktı”nın surətindən görünür ki, sığorta predmetinə dəymiş ziyanın ümumi məbləği 4540 (dörd min beş yüz qırx) manat hesablanmış, 4540 manat təşkil edən dəymiş zərərdən 2832,12 manat "xxxx" ASC-yə, qalan 355,97 manat (azadolma məbləği) hissəsinin X4 ödənilməsi nəzərdə tutulmuş, X4 355,97 manat (üç yüz əlli beş manat 97 qəpik) məbləğdə pulun köçürülməsi təsdiq olunmuşdur. İş materiallarında olan: "xxxx" ASC tərəfindən tərtib edilmiş 27 sentyabr 2021-ci il tarixli PXA94364 saylı “Sığorta aktı”nın surətindən görünür ki, sığorta predmetinə dəymiş ziyanın ümumi məbləği 4540 (dörd min beş yüz qırx) manat hesablanmış, "xxxx" ASC-yə sığorta ödənişi olaraq 2832,12 manat (iki min səkkiz yüz otuz iki manat 12 qəpik) məbləğdə pulun köçürülməsi təsdiq olunmuşdur. İş materiallarında olan: 29 sentyabr 2021-ci il tarixli ödəniş tapşırığından (cari hesabdan çıxarış) görünür ki, "xxxx"xxxx"xxxx" ASC-yə 2832,12 manat (iki min səkkiz yüz otuz iki manat 12 qəpik) məbləğdə pul köçürülmüşdür. İş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 01 iyun 2021-ci il tarixdə verilmiş dəymiş zərərin hesablanmasına dair “Qiymətləndirmə aktı”ndan görünür ki, “Vaz 21705” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə cəmi 2545 (iki min beş yüz qırx beş) manat ziyan dəymişdir. İş materiallarında olan: "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 01 sentyabr 2021ci il tarixdə verilmiş Baş vermiş sığorta hadisəsi ilə əlaqədar həyata keçiriləcək sığorta ödənişi barədə “Sığorta aktı”ndan görünür ki, “Nissan Kicks” markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə cəmi 4540 (dörd min beş yüz qırx) manat ziyan dəymişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.3cü maddələrindən görünür ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi hallarında da sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; -936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; -936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə araşdırması nəticəsində təsdiq edilmişdir ki, 18 iyul 2020-ci il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" ASC-də sığortalanmış Cavabdeh tərəfindən idarə edilən “Mercedes Benz 220” markalı **- TU-*** dövlət qeydiyyat nişanlı avtomobil 29 may 2021-ci il tarixində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində “Lada Priora” markalı, 90–PR–268 dövlət qeydiyyat nişanlı və “Nissan Kicks” markalı, 99–UK–975 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı sürücü (cavabdeh) Cavabdeh təqsirli bilinmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində "xxxx" ASC tərəfindən 4999,99 manat (dörd min doqquz yüz doxsan doqquz manat 99 qəpik) sığorta ödənişi edilmişdir. Bununla da "xxxx" ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; -81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; -119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; -217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; -217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, icbari qaydada sığortalanmış “Mercedes Benz 220” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh təqsirli hərəkətləri nəticəsində yolnəqliyyat hadisəsi baş vermiş, yol-nəqliyyat hadisəsi nəticəsində “Lada Priora” markalı, 90–PR–268 dövlət qeydiyyat nişanlı və “Nissan Kicks” markalı, 99–UK–975 dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurulmuşdur. İddiaçı zərərçəkənə dəymiş zərəri ödəyərək, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin və Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehdən tələbetmə hüququnu əldə etmişdir. Buna görə, iddia təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 4999,99 manat (dörd min doqquz yüz doxsan doqquz manat 99 qəpik) pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməli, həmçinin iddia təmin edildiyi üçün cavabdehdən ödənilmiş 69,99 manat (altmış doqquz manat 99 qəpik) dövlət rüsumunun pul əvəzi də alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin müddəalarını rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 4999,99 manat (dörd min doqquz yüz doxsan doqquz manat 99 qəpik) məbləğində pul vəsaiti, həmçinin, ödənilmiş 69,99 manat (altmış doqquz manat 99 qəpik) dövlət rüsumunun pul əvəzi, cəmi 5069,98 manat (beş min altmış doqquz manat 98 qəpik) pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə elektron qaydada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-405/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-405/2024
13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver