Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-421/2025 24.04.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı "lizinq müqaviləsi üzrə yaranmış borcun, yol hərəkəti qaydalarının pozulmasına görə hesablanmış inzibati cərimələrin, iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi və lizinq obyekti olan avtomobilin geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 18 oktyabr 2022-ci il tarixli İF/05997 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə cavabdehin 10858 AZN (on min səkkiz yüz əlli səkkiz manat) borcun, 606 AZN (altı yüz altı manat) yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələrin, dövlət rüsumu olaraq ödənilən 125 AZN (yüz iyirmi beş manat) məbləğin ödənilməsi və lizinq obyekti olan “AUDİ A4” minik markalı ** AF *** dövlət nömrə nişanlı avtomobilin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında 18 oktyabr 2022-ci il tarixli İF/05997 saylı 36 ay müddətli daxili maliyyə lizinq müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən “AUDİ A4” minik markalı ** AF *** dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi onun istifadəsinə verilmişdir. Artıq bir ildən çoxdur ki, cavabdeh tərəfindən heç bir ödəniş edilmir və hal-hazırda lizinq obyekti onun istifadəsindədir. Cavabdeh müqavilə müddəti ərzində 5990 AZN (beş min doqquz yüz doxsan manat) ödəniş etmişdir. Cavabdehin 04 fevral 2025-ci il tarixinə olan əsas borcu 7505,89 AZN (yeddi min beş yüz beş manat 89 qəpik), faiz borcu 3124,95 AZN (üç min yüz iyirmi dörd manat 95 qəpik), cərimə borcu 227,16 AZN (iki yüz iyirmi yeddi manat 16 qəpik), cəmi 10858 AZN (on min səkkiz yüz əlli səkkiz manat) təşkil edir. Avtomobil cavabdehin istifadəsində olarkən 606 AZN (altı yüz altı manat) yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələr yaranmışdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə 23 aprel 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18 oktyabr 2022-ci il tarixli İF/05997 saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə “AUDİ A4” minik markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq şərtləri ilə lizinq alan kimi onun istifadəsinə verilmiş, lizinq alan isə lizinq müqaviləsinə əsasən ödəniş qrafikinə uyğun olaraq həmin məbləği, habelə lizinq obyektindən istifadəyə görə hesablanmış faizləri lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 04 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 18 oktyabr 2022-ci il tarixli İF/05997 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə 5990 AZN (beş min doqquz yüz doxsan) ödəniş etmiş, onun 04 fevral 2025-ci il tarixə 7505,89 AZN (yeddi min beş yüz beş manat 89 qəpik), faiz borcu 3124,95 AZN (üç min yüz iyirmi dörd manat 95 qəpik), cərimə borcu 227,16 AZN (iki yüz iyirmi yeddi manat 16 qəpik), cəmi 10858 AZN (on min səkkiz yüz əlli səkkiz manat) təşkil edir. İş materiallarında olan: 18 oktyabr 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən lizinq obyekti olan “Audi A4” markalı (tipi: sedan; ban nömrəsi: “WAUAF78EX6A234948”; buraxiliş ili: 2006) avtomobil təhvil verilmişdir. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikasının Müki Məcəlləsinin: -385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xdmət ərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla ıcra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditor dəymiş zərərin əvəzini ödəməyə borcludur. -443.5-cı maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər; əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. -747-1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. - 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. - 748-1.12 və 748-1.12.4-cü maddələrindən görünür ki, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; -217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən – lizinq müqaviləsi üzrə yaranmış cəmi 10858 (on min səkkiz yüz əlli səkkiz) manat borc, həmçinin 122,57 manat (yüz iyirmi iki manat 57 qəpik) dövlət rüsumunun pul əvəzi və lizinq obyekti olan “Audi A4” markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobilin geri qaytarılması hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməli, iddiaçı- lizinqverən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh- lizinqalan Cavabdeh arasında bağlanmış 18 oktyabr 2022-ci il tarixli İF/05997 saylı “Daxili Maliyyə lizinq müqaviləsi” üzrə 7505,89 AZN (yeddi min beş yüz beş manat 89 qəpik) əsas, 3124,95 AZN (üç min yüz iyirmi dörd manat 95 qəpik) faiz borcu, 227,16 AZN (iki yüz iyirmi yeddi manat 16 qəpik) cərimə borcu olmaqla, cəmi 10858 AZN (on min səkkiz yüz əlli səkkiz manat) məbləğdə borc Cavabdeh tərəfindən iddiaçı “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Lizinq obyekti olan “Audi A4” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı (tipi: sedan; ban nömrəsi: “WAUAF78EX6A234948”; buraxılış ili: 2006) avtomobil Cavabdeh alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməlidir. Həmçinin, iddiaçı tərəfindən iddia qaldırılması ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 122,57 AZN (bir yüz iyirmi iki manat-57 qəpik) hissəsinin pul əvəzi də Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. İddia qalan hissədə- cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cəmi 606 AZN (altı yüz altı manat) məbləğində inzibati cərimələr və ödənilmiş dövlət rüsumunun 2,43 AZN (iki manat-43 qəpik) hissəsində əsassız olduğundan, həmin hissədə təmin edilməməlidir. Belə ki, yol hərəkəti qaydalarının pozulmasına görə inzibati xətanın törədilməsi ilə bağlı yaranmış inzibati cərimə inzibati xəta törədən şəxsin özünə aiddir və bu məsələ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi (bundan sonra- İnzibati Xətalar Məcəlləsi) ilə nəzərdə tutulmuş qaydada inzibati xətalara dair iş üzrə icraat zamanı həll edilir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən, inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir; 150-ci maddəsində inzibati cərimənin tətbiqi haqqında qərarların icrası qaydaları öz əksini tapır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 18 oktyabr 2022-ci il tarixli İF/05997 nömrəli lizinq müqaviləsi üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 7505,89 AZN (yeddi min beş yüz beş manat-89 qəpik) əsas borc, 3124,95 AZN (üç min bir yüz iyirmi dörd manat-95 qəpik) faiz borcu, 227,16 AZN (iki yüz iyirmi yeddi manat-16 qəpik) cərimə, lizinq müqaviləsi üzrə cəmi 10858 AZN (on min səkkiz yüz əlli səkkiz manat) borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 122,57 AZN (bir yüz iyirmi iki manat-57 qəpik) hissəsinin pul əvəzi, ümumilikdə 10980,57 AZN (on min doqquz yüz səksən manat-57 qəpik) məbləğdə pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Lizinq obyekti olan “Audi A4” markalı ** AF *** dövlət qeydiyyat nişanlı (tipi: sedan; ban nömrəsi: “WAUAF78EX6A234948”; buraxılış ili: 2006) avtomobil Cavabdeh alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-421/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-421/2025
24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver