Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-427/2024 24.04.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, müəyyənеtdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək,1) 19 oktyabr 2022-ci il tarixli müqaviləsinə əsasən Samsung Galaxy S21FE 5G markalı telefon, Samsung 25W Charger adapter, Samsung 15W Fast Wireless charger, Samsung S21FE Silicone cover üçün 1076,7 manat əsas, 107,3 manat cərimə 2) 24 aprel 2023-cü il tarixli müqaviləsinə əsasən Samsung Galaxy A04S markalı telefon üçün 406,37 manat əsas, 40,63 manat cərimə 3) 09 aprel 2023-cü il tarixli müqaviləsinə əsasən Nokia 105 markalı telefon üçün 53,3 manat əsas, 5,7 manat cərimə və 4) 17 yanvar 2023-cü il tarixli müqaviləsinə əsasən Samsung 25W Charger-cable üçün 35,58 manat əsas, 3,42 manat cərimə olmaqla, cəmi dörd müqavilə üzrə 1729 manat borcun, həmçinin ödənilmiş 37,29 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh,"xxxx" MMC ilə bağladığı 19 oktyabr 2022-ci, 24 aprel 2023-cü, 09 aprel 2023-cü və 17 yanvar 2023-cü il tarixli müqavilələrə əsasən, Samsung Galaxy S21FE 5G markalı telefon, Samsung 25W Charger adapter, Samsung 15W Fast Wireless charger, Samsung S21FE Silicone cover, Samsung Galaxy A04S markalı telefon, Nokia 105 markalı telefon, Samsung 25W Charger-cable almış və dörd müqavilə üzrə cəmi 1729 manat borcu yaranmışdır. Belə ki, qeyd edilən əşyaları aldıqdan sonra, cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə: 1) 19 oktyabr 2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1938,11 manat (ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətinə hər ay 107,67 manat ödəmək şərti ilə), Samsung Galaxy S21FE 5G markalı telefon, Samsung 25W Charger adapter, Samsung 15W Fast Wireless charger, Samsung S21FE Silicone cover üçün 1076,7 manat əsas, 107,3 manat cərimə, 2) 24 aprel 2023-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 488,04 manat (ilkin ödəniş 0 manat etməklə, 12 ay müddətində hər ay 40,67 manat ödəmək şərti ilə) olan Samsung Galaxy A04S markalı telefon üçün 406,37 manat əsas, 40,63 manat cərimə, 3) 09 aprel 2023-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 63,96 manat (ilkin ödəniş 0 manat etməklə, 6 ay müddətinə hər ay 10,66 manat ödəmək şərti ilə) olan, Nokia 105 markalı telefon üçün 53,3 manat əsas, 5,7 manat cərimə və 4) 17 yanvar 2023-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 63 manat (ilkin ödəniş 3 manat etməklə, 12 ay müddətinə hər ay 5 manat ödəmək şərti ilə) olan, Samsung 25W Charger-cable üçün 35,58 manat əsas, 3,42 manat cərimə olmaqla, cəmi dörd müqavilə üzrə 1729 manat məbləğində borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 981,11 manat təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh dörd müqavilə üzrə öhdəlikləri icra etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 19 oktyabr 2022-ci il tarixli 16401248 saylı müqavilədən və müqaviləyə Əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 1938,11 manat olan Samsung Galaxy S21FE 5G markalı telefon, Samsung 25W Charger adapter, Samsung 15W Fast Wireless charger, Samsung S21FE Silicone cover əldə edərək, həmin məbləği ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətinə hər ay 107,67 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 24 aprel 2023-cü il tarixli 05033571 saylı müqavilədən və müqaviləyə Əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 488,04 manat olan Samsung Galaxy A04S markalı telefon əldə edərək, ilkin ödəniş 0 manat etməklə, 12 ay müddətində hər ay 40,67 manat olmaqla "xxxx" MMCyə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 09 aprel 2023-cü il tarixli 16402367 saylı müqavilədən və müqaviləyə Əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 63,96 manat olan Nokia 105 markalı telefon əldə edərək, həmin məbləği ilkin ödəniş 0 manat etməklə, 6 ay müddətinə hər ay 10,66 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 17 yanvar 2023-cü il tarixli 16401877 saylı müqavilədən və müqaviləyə Əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 63 manat olan Samsung 25W Charger-cable əldə edərək, həmin məbləği ilkin ödəniş 3 manat etməklə, 12 ay müddətinə hər ay 5 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 19 oktyabr 2022-ci, 24 aprel 2023-cü, 09 aprel 2023-cü və 17 yanvar 2023-cü il tarixli əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh Samsung Galaxy S21FE 5G markalı telefon, Samsung 25W Charger adapter, Samsung 15W Fast Wireless charger, Samsung S21FE Silicone cover, Samsung Galaxy A04S markalı telefon, Nokia 105 markalı telefon və Samsung 25W Charger-cable adlı əşyaları "xxxx" MMC-dən tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan:"xxxx" MMC tərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh dörd müqavilə üzrə cəmi 981,11 manat ödəniş etmiş, onun: 1) 19 oktyabr 2022-ci il tarixli müqavilə üzrə 1076,7 manat əsas, 107,3 manat cərimə, 2) 24 aprel 2023-cü il tarixli müqavilə üzrə 406,37 manat əsas, 40,63 manat cərimə, 3) 09 aprel 2023-cü il tarixli müqavilə üzrə 53,3 manat əsas, 5,7 manat cərimə və 4) 17 yanvar 2023-cü il tarixli müqaviləsi üzrə 35,58 manat ödənilməmiş hissə, 3,42 manat cərimə olmaqla, ümumilikdə dörd müqavilə üzrə 1729 manat (1571,95 manat əsas və 157,05 manat cərimə) borcu vardır. İş materiallarında olan: 14 fevral 2024-cü il tarixdə göndərilmiş (poct qəbzi var) xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir, müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər; -601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; -601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; -385.1-ci maddəsinə əsasən: öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə iləayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hakim hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən dörd alqı-satqı müqaviləsi üzrə yaranmış 1571,95 manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, tərəflər arasında bağlanmış 19 oktyabr 2022-ci, 24 aprel 2023-cü, 09 aprel 2023-cü və 17 yanvar 2023-cü il tarixli müqavilələrdə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmənin tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edirəm ki, 19 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən iddia tələbi üzrə dəbbə pulu azaldılaraq 8 (səkkiz) manat, 24 aprel 2023-cü il tarixli müqaviləyə əsasən iddia tələbi üzrə dəbbə pulu azaldılaraq 4 (dörd) manat, 09 aprel 2023-cü il tarixli müqaviləyə əsasən iddia tələbi üzrə dəbbə pulu azaldılaraq 1 (bir) manat, 17 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən iddia tələbi üzrə dəbbə pulu azaldılaraq 1 (bir) manat məbləğində müəyyən olunmalıdır. Qalan hissədə - 143,05 manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 37,29 manat dövlət rüsumunun 35,85 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə hakim hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 19 oktyabr 2022-ci il tarixli müqaviləsi üzrə 1076,7 manat (min yetmiş altı manat 70 qəpik) əsas, 8 (səkkiz) manat cərimə, 24 aprel 2023-cü il tarixli müqaviləsi üzrə 406,37 manat (dörd yüz altı manat 37 qəpik) əsas, 4 (dörd) manat cərimə, 09 aprel 2023-cü il tarixli müqaviləsi üzrə 53,3 manat (əlli üç manat 30 qəpik) əsas, 1 (bir) manat cərimə, 17 yanvar 2023-cü il tarixli müqaviləsi üzrə 35,58 manat (otuz beş manat 58 qəpik) əsas, 1 (bir) manat cərimə borcu olmaqla, cəmi 1585,95 manat (min beş yüz səksən beş manat 95 qəpik) borc, həmçinin ödənilmiş 35,85 manat (otuz beş manat 85 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qətеtdim: İddia qismən təmin edilsin. Cavabdeh 19 oktyabr 2022-ci il tarixli müqaviləsi üzrə 1076,7 manat (min yetmiş altı manat 70 qəpik) əsas, 8 (səkkiz) manat cərimə, 24 aprel 2023-cü il tarixli müqaviləsi üzrə 406,37 manat (dörd yüz altı manat 37 qəpik) əsas, 4 (dörd) manat cərimə, 09 aprel 2023cü il tarixli müqaviləsi üzrə 53,3 manat (əlli üç manat 30 qəpik) əsas, 1 (bir) manat cərimə, 17 yanvar 2023-cü il tarixli müqaviləsi üzrə 35,58 manat (otuz beş manat 58 qəpik) əsas, 1 (bir) manat cərimə borcu olmaqla cəmi 1585,95 manat (min beş yüz səksən beş manat 95 qəpik) borc, həmçinin ödənilmiş 35,85 manat (otuz beş manat 85 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-427/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-427/2024
24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver