Məhkəmə qərarları › İş №e-2(040)-436/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-436/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-436/2025 19.06.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədryi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “nisyə alğı-satqı müqaviləsindən yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 22 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kod: **********90515 “HUAWEİ NOVA 10” markalı telefon üçün 1055,40 (bir min əlli beş manat- 40 qəpik) ödənilməmiş hissə, 527,70 (beş yüz iyirmi yeddi manat-70 qəpik) cərimə olmaqla, ümumilikdə 1583,10 (bir min beş yüz səksən üç manat-10 qəpik) məbləğdə borcun və iddiaçı tərəfindən ödənilmiş 35,84 (otuz beş manat-84 qəpik) dövlət rüsumunun əvəzinin alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı "xxxx" MMC arasında bağlanmış 22 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən, cavabdeh İMEİ kodu **********90515 olan “Huaweı Nova 10” markalı telefon almış və nəticədə 1583,10 (bir min beş yüz səksən üç manat-10 qəpik) borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 2093,04 (iki min doxsan üç manat-04 qəpik) manat olan (yəni ilkin ödənişsiz, 18 ay müddətində hər ay 116,28 manat ödəmək şərti ilə), İMEİ kod: **********90515, “Huaweı Nova 10” markalı telefon üçün ümumilikdə 1583,10 (bir min beş yüz səksən üç manat-10 qəpik) olmaqla, ondan 1055,4 (bir min əlli beş manat- 40 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 527,70 (beş yüz iyirmi yeddi manat- 70 qəpik) cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1037,64 (bir min otuz yeddi manat-64 qəpik) təşkil edir. Müqaviləyə əlavə olan Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 01 (bir) faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış 22 noyabr 2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əşyaların təhvil-təslim aktı”ndan görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 27 yanvar 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması və borcalan olaraq üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmişdir. Cavabdeh 03 mart 2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək işə onun iştirakı ilə iddia icraatına keçirilib baxılmasını məhkəmədən xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli e-2(040)-436/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi barədə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdeh 13 may 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qarşı iddiasını qismən qəbul etdiyini, 1055,40 AZN (bir min əlli beş manat-40 qəpik) əsas borcu və müvafiq dövlət rüsumunu ödəyəcəyini bildirmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan: 22 noyabr 2022-ci il tarixli 03542468 nömrəli müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alğı-satqı qiyməti 2093,04 manat olan “HUAWEİ NOVA 10” markalı telefon əldə edərək, ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətində hər ay 116,28 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 05 fevral 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh müqavilə üzrə cəmi 1037,64 manat ödəniş etmiş, onun 22 noyabr 2022-ci il tarixli müqavilə üzrə 1055,40 manat əsas, 527,70 manat cərimə olmaqla, cəmi 1583,10 manat borcu vardır. İş materiallarında olan: 22 noyabr 2022-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən “HUAWEİ NOVA 10” markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 27 yanvar 2025-ci il tarixli məktubdan (poçt qəbzi var) görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 567ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. - 601-ci maddəsinin tələbinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. - 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəlləsi) 14.2, 217.4 və 218.3-cü maddələrinin müddəalarından görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alğı-satqı müqaviləsi əsasında əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən alğı-satqı müqaviləsi üzrə yaranmış 1055,40 AZN (bir min əlli beş manat 40 qəpik) əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, tərəflər arasında bağlanmış 22 noyabr 2022-ci il tarixli 03542468 nömrəli müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsəsən məhkəmənin tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, 22 noyabr 2022-ci il tarixli 03542468 nömrəli müqavilə üzrə dəbbə pulu 10,55 AZN (on manat- 55 qəpik) məbləğində müəyyən olunmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 35,84 AZN dövlət rüsumunun 30,65 AZN (otuz manat- 65 qəpik) hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 22 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən 1055,40 AZN (bir min əlli beş manat-40 qəpik) əsas, 10,55 AZN (on manat-55 qəpik) cərimə, cəmi 1065,95 AZN (bir min altmış beş manat- 95 qəpik) borc, həmçinin ödənilmiş 30,65 AZN (otuz manat- 65 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumulikdə 1096,60 AZN (bir min doxsan altı manat-60 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə- 517,15 AZN (beş yüz on yeddi manat-15 qəpik) cərimə borcunun tələbinə dair hissədə Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən (yəni cərimə borcu məhkəmə tərəfindən azaldığından), həmin hissədə təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 22 noyabr 2022-ci il tarixli 03542468 nömrəli müqavilə üzrə yaranmış 1055,40 AZN (bir min əlli beş manat-40 qəpik) əsas borc və 10,55 AZN (on manat- 55 qəpik) cərimə borcu olmaqla, həmin müqavilə üzrə cəmi 1065,95 AZN (bir min altmış beş manat-95 qəpik) borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş 30,65 AZN (otuz manat- 65 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 1096,60 AZN (bir min doxsan altı manat- 60 qəpik) məbləğdə pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar