Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-573/2025 17.07.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə) Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 4556 AZN (dörd min beş yüz əlli altı manat) məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş 66,09 AZN (altmış altı manat-09 qəpik) məbləğində dövlət rüsumunun pul əvəzinin alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********00353 olan Cavabdeh Oğuz rayonunun Calud kəndində yaşadığı fərdi yaşayış evində elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 4556 AZN (dörd min beş yüz əlli altı manat) borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 4556 AZN (dörd min beş yüz əlli altı manat) borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay Cavabdeh məxsus Oğuz rayonunun Calud kəndində yerləşən yaşadığı ünvana gələrək sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsi və müvafiq enerji borunun ödənilməsi tələbinin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı olaraq müəyyən miqdarda ödənişlərin edilməsi abonentin öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Həmçinin elektrik enerjisinin alğı-satqısı ilə bağlı hüquqi münasibətlər tərəflər arasında bağlanılmış “Enerjitəchizatı müəsisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısı barədə” müqavilə ilə tənzimlənir və cavabdeh tərəf həmin müqavilə üzrə üzərinə götürüdüyü öhdəlikləri pozur. Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, Cavabdeh Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli e-2(040)-573/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi barədə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi S.N.Ağayev 08 may 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, işə iştirakları olmadan baxılmaqla iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ona qarşı elektrik enejisindən istifadəyə görə yaranmış 4556 AZN (dörd min beş yüz əlli altı manat) borc tələbinə dair iddia qaldırmışdır. O, iddianı qismən- 1000 AZN (bir min manat) hissədə qəbul edir. Belə ki, 09 avqust 2024-cü il tarixdə ona akt əsasında qanunsuz olaraq 4667,52 AZN (dörd min altı yüz altmış yeddi manat- 52 qəpik) cərimə hesablanmışdır. O, cərimənin hansı səbəbə yazıldığını bilmədiyini və bunu qəbul etmədiyini, iddianın 1000 AZN (bir min manat) hissəsini ödəyə biləcəyini qeyd etmiş, bu barədə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir (bu barədə yazılı ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: "xxxx" ASC-nin abunəçi Cavabdeh (abunə № **********00353) barəsində “Abunə haqqında” çıxarışından görünür ki, abunəçinin ünvanında 21 iyul 2023-cü il tarixdə quraşdırılmış “**********3M2330199” nömrəli sayğac üzrə 07 fevral 2025-ci ilədək olan hesablamaya görə cəmi 4707,58 AZN (dörd min yeddi yüz yeddi manat- 58 qəpik) borcu olmuş, 23 fevral 2025-ci il tarixədək (həmin tarix də daxil olmaqla) cəmi 500 AZN (beş yüz manat) ödəniş etmişdir. İş materiallarında olan: 24 oktyabr 2022-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh arasında “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Məişət abonenti ilə elektrik enerjisinə görə hesablaşma quraşdırıldığı yerdən asılı olmayaraq yalnız elektrik sayğacının göstərişinə əsasən aparılır və elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. İş materiallarında olan: "xxxx" ASC tərəfindən 13 dekabr 2024-cü il tarixdə abunəçiyə göndərilmiş pretenziya məktubundan görünür ki, abunəçi Cavabdeh "xxxx" ASC-yə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra: Konstitusiya) 60-cı maddəsinin birinci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin üçüncü hissəsinin müddəalarından görünür ki, enerji təchizatı müəssisələri hüquqi şəxs olub müqavilələr əsasında elektrik və istilik enerjisini dövlət elektroenergetika müəssisəsindən və istehsalçılardan satın alır, müvafiq texniki və iqtisadi şərtlər razılaşdırılmaqla istehlakçılara satır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın: -7.13-cü bəndinə əsasən, Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. -8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən hesablanır, bir qayda olaraq, hesablaşma dövrü bir ay qəbul olunur, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. -8.35-ci bəndinin (ikinci abzas) müddəalarından görünür ki, enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə də müraciət edə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: MPM) 14.2, 217.4 və 218.3-cü maddələrinin müddəalarından görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də Cavabdeh 30 AZN (otuz manat) dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən-**********00353 saylı abonent kodu üzrə elektrik enerjisindən istifadəyə görə yaranmış 1000 AZN (bir min manat) borc tələbi və 30 AZN (otuz manat) dövlət rüsumunun əvəzinin tələbinə dair hissədə əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. Belə ki, "xxxx" ASC-nin abunəçi Cavabdeh (abunə № **********00353) barəsində “Abunə haqqında” çıxarışından göründüyü kimi 09 avqust 2024-cü il tarixdə elektrik enerjisindən istifadə qaydalarının pozulması nəticəsində cavabdehə 4667,52 AZN (dörd min altı yüz altmış yeddi manat- 52 qəpik) borc hesablansa da, həmin borcun hesablanması iddia ərizəsində əsaslandırılmamış, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh tələb olunan elektrik enerjisindən istifadəyə görə yaranmış 4556 AZN (dörd min beş yüz əlli altı manat) məbləğində borcun 1000 AZN (bir min manat) hissəsini etiraf etmişdir. İddia tələbi qalan hissədə - 3556 AZN (üç min beş yüz əlli altı manat) borc tələbi və 36,09 AZN (otuz altı manat- 09 qəpik) dövlət rüsumuna dair hissədə əsassız olduğundan, həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı həmin hissədə öz tələbinin tam təmin edilməsinə əsas verəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh **********00353 saylı abonent kodu üzrə elektrik enerjisindən istifadəyə görə yaranmış 1000 AZN (bir min manat) borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun pul əvəzi, cəmi 1030 AZN (bir min otuz manat) məbləğdə pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-573/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-573/2025
17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver