Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-593/2025 16.07.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədryi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı Cavabdeh qarşı “nisyə alğı-satqı müqaviləsindən yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 14 mart 2025-ci il tarixinə yaranmış: 1) 07 yanvar 2023-cü il tarixli 314615 saylı müqavilə üzrə 101 AZN (bir yüz bir manat) əsas borc, 105 AZN (bir yüz beş manat) cərimə borcu və 2) 07 yanvar 2023-cü il tarixli 314616 saylı müqavilə üzrə 40 AZN (qırx manat) əsas borc, 121 AZN (bir yüz iyirmi bir manat) cərimə borcu olmaqla, ümumilikdə 367 AZN (üç yüz altmış yeddi manat) borcun və iddiaçı tərəfindən ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun əvəzinin alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə borclu Cavabdeh arasında 07 yanvar 2023-cü il tarixli 314616 saylı və 07 yanvar 2023-cü il tarixli 314615 saylı alğı-satqı müqavilələri imzalanmışdır. Alğı-satqı müqaviləsinin şərtlərinə əsasən, İddiaçı MMC Cavabdeh 1) ilkin ödəniş 10 AZN (on manat) olmaqla, kreditlə 3 ay 25 AZN (iyirmi beş manat) və 7 ay 20 AZN (iyirmi manat) hissə-hissə ödəmək şərti ilə 1 ədəd 225 AZN (iki yüz iyirmi beş manat) dəyərində 32 santimetrlik keramik tava və 2) ilkin ödəniş 10 AZN (on manat) olmaqla, kreditlə 10 ay 30 AZN (otuz manat), 1 ay 21 AZN (iyirmi bir manat), 1 ay 20 AZN (iyirmi manat) hissə-hissə ödəmək şərtilə 1 ədəd 351 AZN (üç yüz əlli bir manat) dəyərində mikrodalğalı soba satmışdır. Lakin Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməyərək, 314616 saylı alğı-satqı müqaviləsi üzrə sonuncu dəfə 29 yanvar 2024-cü il tarixdə 20 AZN (iyirmi manat) ödəniş etmiş, 314615 saylı alğısatqı müqaviləsi üzrə sonuncu dəfə 29 yanvar 2024-cü il tarixdə 30 AZN (otuz manat) ödəniş etmiş, 29 yanvar 2024-cü il tarixdən bu günədək heç bir ödəniş etməmişdir, bunun nəticəsində İddiaçı MMC-yə 32 santimetrlik keramik tavaya (müqavilədə “keramik qazan” göstərilib-hakimin qeydi) görə əsas borc üzrə 40 AZN (qırx manat), hər gecikdiyi gün üçün faiz üzrə 242 AZN (iki yüz qırx iki manat) borcu, qranit qazan dəstinə (müqavilədə “mikrodalğalı soba” göstərilib-hakimin qeydi) görə əsas borc üzrə 101 AZN (yüz bir manat), hər gecikdiyi gün üçün faiz üzrə 210 AZN (iki yüz on manat) borcu yaranmışdır. Alğı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə pulu hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə 50 faiz güzəşt edilmiş; cavabdeh tərəfindən ödənilməli cərimə məbləği 07 yanvar 2023-cü il tarixli 314615 saylı müqavilə üzrə 105 AZN (bir yüz beş manat), 07 yanvar 2023-cü il tarixli 314616 saylı müqavilə üzrə 121 AZN (bir yüz iyirmi bir manat) təşkil edir. Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, Cavabdeh Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmişdir. Cavabdeh 08 aprel 2025-ci il tarixdə məhkəməyə ərizə (yazılı etiraz) göndərərək iddia tələbində göstərilən məbləğlə bağlı tərəfindən ödənişlər edildiyini və hazırda 105 (yüz beş) manat məbləğində borcunun qaldığını bildirmiş, bununla əlaqədar olaraq müqavilələr üzrə onun iddiaçı təşkilata hal-hazırda hansı məbləğdə borcunun olmasının aydınlaşdırılması üçün iddiaçı təşkilata sorğu göndərilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 29 aprel 2025-ci il tarixli e-2(040)-534/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi barədə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 07 yanvar 2023-cü il tarixli 314615 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alğı-satqı qiyməti 351 manat olan “Vvest” əmtəə nişanlı mikradalğalı soba əldə edərək, ilkin ödəniş 10 manat etməklə 12 ay müddətinə- 10 ay 30 manat, 1 ay 21 manat, 1 ay 20 manat olmaqla, hissəhissə "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 07 yanvar 2023-cü il tarixli 314616 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alğı-satqı qiyməti 225 manat olan “Vvest” əmtəə nişanlı 32 kiloqramlıq keramik qazan əldə edərək, ilkin ödəniş 10 manat etməklə, 10 ay müddətinə- 3 ay 25 manat, 7 ay 20 manat olmaqla, hissə-hissə "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 14 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 07 yanvar 2023-cü il tarixli müqavilələr üzrə sonuncu dəfə 29 yanvar 2024-cü il tarixdə ödəniş etmişdir, 07 yanvar 2023-cü il tarixli müqavilələr üzrə 14 mart 2025-ci il tarixə cəmi 367 manat borcu vardır. İş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 22 oktyabr 2024-cü il tarixli məktubdan (poçt qəbzi var) görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Mərkəzi X1 Portalının 14 mart 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 AZN dövlət rüsumu ödənilmişdir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 567ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -601-ci maddəsinin tələbinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. -600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəlləsi) 14.2, 217.4 və 218.3-cü maddələrinin müddəalarından görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən- 1) 07 yanvar 2023-cü il tarixli 314615 nömrəli müqavilə üzrə 101 AZN (bir yüz bir manat) əsas borc və 10,10 AZN (on manat- 10 qəpik) cərimə, həmin müqavilə üzrə cəmi 111,10 AZN (bir yüz on bir manat- 10 qəpik) borc, 2) 07 yanvar 2023cü il tarixli 314616 nömrəli müqavilə üzrə 40 AZN (qırx manat) əsas borc və 04 AZN (dörd manat) cərimə borcu olmaqla, həmin müqavilə üzrə cəmi 44 AZN (qırx dörd manat) borc, iki müqavilə üzrə cəmi 155,10 AZN (bir yüz əlli beş manat-10 qəpik) borc, həmçinin ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun pul əvəzi, ümumulikdə 185,10 AZN (bir yüz səksən beş manat- 10 qəpik) məbləğdə pul vəsaitinin tələbinə dair hissədə əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Belə ki, Cavabdeh alğı-satqı müqaviləsi əsasında əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən alğı-satqı müqavilələri üzrə yaranmış 155,10 AZN (bir yüz əlli beş manat-10 qəpik) əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, tərəflər arasında bağlanmış 07 yanvar 2023-cü il tarixli 314615 nömrəli və 07 yanvar 2023-cü il tarixli 314616 nömrəli müqavilələrdə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsəsən məhkəmənin tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, 07 yanvar 2023cü il tarixli 314615 nömrəli müqavilə üzrə dəbbə pulu 10,10 AZN (on manat- 10 qəpik), 07 yanvar 2023-cü il tarixli 314616 nömrəli müqavilə üzrə dəbbə pulu 04 AZN (dörd manat) məbləğində müəyyən olunmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən 14 mart 2025-ci il tarixə yaranmış: 1) 07 yanvar 2023-cü il tarixli 314615 nömrəli müqavilə üzrə 101 AZN (bir yüz bir manat) əsas borc və 10,10 AZN (on manat- 10 qəpik) cərimə borcu olmaqla, həmin müqavilə üzrə cəmi 111,10 AZN (bir yüz on bir manat- 10 qəpik) borc, 2) 07 yanvar 2023-cü il tarixli 314616 nömrəli müqavilə üzrə 40 AZN (qırx manat) əsas borc və 04 AZN (dörd manat) cərimə borcu olmaqla, həmin müqavilə üzrə cəmi 44 AZN (qırx dörd manat) borc, iki müqavilə üzrə cəmi 155,10 AZN (bir yüz əlli beş manat-10 qəpik) borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 185,10 AZN (bir yüz səksən beş manat- 10 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə- 07 yanvar 2023-cü il tarixli 314615 nömrəli müqavilə üzrə 94,90 AZN (doxsan dörd manat- 90 qəpik) və 07 yanvar 2023-cü il tarixli 314616 nömrəli müqavilə üzrə 117 AZN (yüz on yeddi manat), iki müqavilə üzrə cəmi 211,90 AZN (iki yüz on bir manat- 90 qəpik) cərimə borcunun tələbinə dair hissədə Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən (yəni cərimə borcu məhkəmə tərəfindən azaldığından), həmin hissədə təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 14 mart 2025-ci il tarixə yaranmış: 1) 07 yanvar 2023-cü il tarixli 314615 nömrəli müqavilə üzrə 101 AZN (bir yüz bir manat) əsas borc və 10,10 AZN (on manat- 10 qəpik) cərimə borcu olmaqla, həmin müqavilə üzrə cəmi 111,10 AZN (bir yüz on bir manat- 10 qəpik) borc, 2) 07 yanvar 2023-cü il tarixli 314616 nömrəli müqavilə üzrə 40 AZN (qırx manat) əsas borc və 04 AZN (dörd manat) cərimə borcu olmaqla, həmin müqavilə üzrə cəmi 44 AZN (qırx dörd manat) borc, iki müqavilə üzrə cəmi 155,10 AZN (bir yüz əlli beş manat-10 qəpik) borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 185,10 AZN (bir yüz səksən beş manat- 10 qəpik) məbləğdə pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-593/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-593/2025
16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver