Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-651/2025 23.05.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, müəyyənеtdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh na qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 1) 24 may 2024-cü il tarixli müqaviləyə əsasən, MİNİ SOBA HOFFMANN üçün 186,3 (yüz səksən altı manat 30 qəpik) manat ödənilməmiş hissə, 18,63 (on səkkiz manat 63 qəpik) manat cərimə, 2) 07 aprel 2024-cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********63163 XİAOMİ REDMİ NOTE 13 markalı telefon, PAKET XL xidməti üçün 377 (üç yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 37,70 (otuz yeddi manat 70 qəpik) manat cərimə; 3) 05 iyul 2024-cü il tarixli müqaviləyə əsasən, VELOSİPED STARK 22 üçün 483,50 (dörd yüz səksən üç manat 50 qəpik) manat ödənilməmiş hissə, 48,35 (qırx səkkiz manat 35 qəpik) manat cərimə olmaqla, üç müqavilə üzrə cəmi 1151,48 manat borcun, həmçinin ödənilmiş 31,52 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 07 aprel 2024-cü il, 24 may 2024-cü il və 05 iyul 2024-cü il tarixli müqaviləyə əsasən, mini soba Hoffmann, velosıped stark 22, Xiaomi Redmi note 13 markalı telefon, paket xl almış və cəmi 1151,48 manat borcu yaranmışdır. Belə ki, qeyd ediləm əşyaları aldıqdan sonra, cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə: 1) 24 may 2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 259,92 manat (ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətinə hər ay 14,44 manat ödəmək şərti ilə), Hoffmann mini soba üçün 186,30 manat (yüz səksən altı manat 30 qəpik) ödənilməmiş hissə, 18,63 (on səkkiz manat 63 qəpik) manat cərimə, cəmi 204,93 (iki yüz dörd manat 93 qəpik) manat, 2) 07 aprel 2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 630,72 manat (ilkin ödəniş 9,72 manat etməklə, 18 ay müddətinə hər ay 35,04 manat ödəmək şərti ilə) olan XİAOMİ REDMİ NOTE 13 markalı telefon, PAKET XL üçün ümumilikdə 414,70 (dörd yüz on dörd manat 70 qəpik) manat olmaqla, 377 manat (üç yüz yetmiş yeddi) ödənilməmiş hissə, 37,70 (otuz yeddi manat 70 qəpik) manat cərimə, 3) 05 iyul 2024-cü il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 581,40 manat (ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətinə hər ay 32,30 manat ödəmək şərti ilə) olan velosıped stark 22 üçün ümumilikdə 531,85 (beş yüz otuz bir manat 85 qəpik) manat olmaqla, 483,50 (dörd yüz səksən üç manat 50 qəpik) manat ödənilməmiş hissə, 48,35 (qırx səkkiz manat 35 qəpik) manat cərimə olmaqla, cəmi üç müqavilə üzrə 1151,48 manat məbləğində borcu yaranmışdır. Cavabdehin üç müqavilə üzrə cəmi ödədiyi məbləğ 425,24 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 07 aprel 2024-cü il tarixli saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 630,72 manat olan XİAOMİ REDMİ NOTE 13 markalı telefon, PAKET XL əldə edərək, həmin məbləği ilkin ödəniş 9,72 manat etməklə, 18 ay müddətinə hər ay 35,04 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 24 may 2024-cü il tarixli müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 259,92 manat olan olan Hoffmann mini soba əldə edərək, həmin məbləği ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətinə hər ay 14,44 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 05 iyul 2024-cü il tarixli müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 581,40 manat olan olan velosiped stark 22 əldə edərək, həmin məbləği ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətinə hər ay 32,30 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan:"xxxx" MMC tərəfindən verilmiş 02 aprel 2025-ci il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh üç müqavilə üzrə cəmi 425,24 manat ödəniş etmiş, onun: 1) 07 aprel 2024-cü il tarixli müqavilə üzrə XİAOMİ REDMİ NOTE 13 markalı telefon, PAKET XL üçün 377 (üç yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 37,70 (otuz yeddi manat 70 qəpik) manat cərimə, 2 ) 24 may 2024-cü il tarixli müqavilə üzrə Hoffmann mini soba üçün 186,30 (yüz səksən altı manat 30 qəpik) manat ödənilməmiş hissə, 18,63 (on səkkiz manat 63 qəpik) manat cərimə, 3) 05 iyul 2024-cü il tarixli müqavilə üzrə velosiped stark 22 üçün 483,50 (dörd yüz səksən üç manat 50 qəpik) manat ödənilməmiş hissə, 48,35 (qırx səkkiz manat 35 qəpik) manat cərimə borcu vardır. İş materiallarında olan: 07 aprel 2024-cü, 24 may 2024-cü və 05 iyul 2024-cü il tarixli əşyaların təhvil-təslim aktlarından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə etdiyi məhsulu tam və qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 15 mart 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; -600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hesab edirəm ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən üç alqı-satqı müqaviləsi üzrə yaranmış 1046,80 manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin cəriməyə aid hissəsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdehə üç müqavilə üzrə hesablanmış 104,68 manat məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 07 aprel 2024-cü il tarixli müqavilə üzrə 3,77 (üç manat 77 qəpik) manat, 24 may 2024-cü il tarixli müqavilə üzrə 1,86 (bir manat 86 qəpik) manat, 05 iyul 2024-cütarixli müqavilə üzrə 4,83 manat (dörd manat 83 qəpik), cəmi 10,46 manat (on manat 46 qəpik) məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə - 94,22 manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 31,52 manat dövlət rüsumunun 30,57 manatı pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qətеtdim: İddia qismən təmin edilsin. Cavabdeh 1) 07 aprel 2024-cü il tarixli müqavilə üzrə 377 (üç yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 3,77 (üç manat 77 qəpik) manat cərimə, 2) 24 may 2024-cü il tarixli müqavilə üzrə 186,30 (yüz səksən altı manat 30 qəpik) manat ödənilməmiş hissə, 1,86 (bir manat 86 qəpik) manat cərimə, 3) 05 iyul 2024-cü il tarixli müqavilə üzrə 483,50 (dörd yüz səksən üç manat 50 qəpik) manat ödənilməmiş hissə, 4,83 (dörd manat 83 qəpik) manat olmaqla, cəmi üç müqavilə üzrə 1057,26 manat (bir min əlli yeddi manat 26 qəpik) borc, həmçinin ödənilmiş 30,57 (otuz manat 57 qəpik) manat dövlət rüsumunun pul əvəzi, ümumilikdə 1087,83 manat (bir min səksən yeddi manat 83 qəpik) tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-651/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-651/2025
23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver