Məhkəmə qərarları › İş №e-2(040)-652/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-652/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-652/2025 23.05.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, müəyyənеtdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 1) 29 avqust 2024-cü il tarixli müqaviləyə əsasən Samsung charger, 2 ədəd vinil mat, paket XL xidməti üçün 161,48 (yüz aıtmış bir manat 48 qəpik ) manat ödənilməmiş hissə, 16,15 (on altı manat 15 qəpik) manat cərimə pulu, 2) 29 avqust 2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********43359 Samsung Galaxy A55 markalı telefon üçün 750,40 (yeddi yüz əlli manat 40 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 75,04 (yetmiş beş manat 04 qəpik) manat cərimə olmaqla, iki müqavilə üzrə cəmi 1026,67 manat borcun, həmçinin ödənilmiş 30,27 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 29 avqust 2024-cü il tarixli 04008265 saylı və 29 avqust 2024-cü il tarixli 04008260 saylı müqaviləyə əsasən, Samsung Galaxy A25 markalı, Samsung charger, 2 ədəd vinil mat, paket XL, Samsung Galaxy A55 markalı telefon almış və cəmi 1026,67 manat borcu yaranmışdır. Belə ki, qeyd ediləm əşyaları aldıqdan sonra, cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə: 1) 29 avqust 2024-cü il tarixli 04008265 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 799,94 manat (ilkin ödəniş 4,88 manat etməklə, 18 ay müddətinə hər ay 44,17 manat ödəmək şərti ilə), Samsung Galaxy A55 markalı telefon üçün 750,40 (yeddi yüz əlli manat 40 qəpik) manat ödənilməmiş hissə, innovativ layihələr mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 75,04 manat (yetmiş beş manat 04 qəpik) cərimə, cəmi 849,04 manat (səkkiz yüz qırx doqquz manat 04 qəpik) və 2) 29 avqust 2024-cü il tarixli 04008260 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 863,94 manat (ilkin ödəniş 2,46 manat etməklə, 18 ay müddətinə hər ay 47,86 manat ödəmək şərti ilə) olan Samsung Galaxy A25 markalı telefon, Samsung charger, 2 ədəd vinil mat, paket XL xidməti üçün 161,48 (yüz altmış bir manat 48 qəpik) manat ödənilməmiş hissə, 16,15 (on altı manat 15 qəpik) manat cərimə olmaqla, ümumilikdə 177,63 manat (bir yüz yetmiş yeddi manat 63 qəpik), cəmi iki müqavilə üzrə 1026,67 manat (bir min iyirmi altı manat 67 qəpik) məbləğində borcu yaranmışdır. Cavabdeh 29 avqust 2024-cü il tarixli 04008260 saylı müqaviləyə əsasən, xx.xx.2024-cü il tarixində İmei kod **********04256 SAMSUNG GALAXY A25 markalı telefondan imtina etmiş və məhsul 699,96 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 2,50 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 699,96 manat, digər müqavilə üzrə ödənilən məbləğ 49,54 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 29 avqust 2024-cü il tarixli 04008265 saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 799,94 manat olan Samsung Galaxy A55 markalı telefon əldə edərək, həmin məbləği ilkin ödəniş 4,88 manat etməklə, 18 ay müddətinə hər ay 44,17 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 29 avqust 2024-cü il tarixli 04008260 saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 863,94 manat olan olan Samsung Galaxy A25 markalı telefon, Samsung charger, 2 ədəd vinil mat, paket XL xidməti əldə edərək, həmin məbləği ilkin ödəniş 2,46 manat etməklə, 18 ay müddətinə hər ay 47,86 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan:"xxxx" MMC tərəfindən verilmiş 02 aprel 2025-ci il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh iki müqavilə üzrə cəmi 752 manat ödəniş etmiş, onun: 1) 29 avqust 2024-cü il tarixli 04008260 saylı müqavilə üzrə Samsung charger, 2 ədəd vinil mat, paket XL xidməti üçün 161,48 (yüz altmış bir manat 48 qəpik) manat ödənilməmiş hissə, 16,15 (on altı manat 15 qəpik) manat cərimə və 2 ) 29 avqust 2024-cü il tarixli 04008265 saylı müqavilə üzrə Samsung Galaxy A55 markalı telefon üçün 750,40 (yeddi yüz əlli manat 40 qəpik) manat ödənilməmiş hissə, innovativ layihələr mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat 60 qəpik) manat rüsum 75,04 manat (yetmiş beş manat 04 qəpik) borcu vardır. İş materiallarında olan: 29 avqust 2024-cü il tarixli 04008265 saylı və 29 avqust 2024-cü il tarixli 04008260 saylı əşyaların təhvil-təslim aktlarından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə etdiyi məhsulu tam və qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 18 mart 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; -600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hesab edirəm ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən iki alqı-satqı müqaviləsi üzrə yaranmış 911,88 manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin cəriməyə aid hissəsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdehə iki müqavilə üzrə hesablanmış 91,19 manat məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 29 avqust 2024-cü il tarixli 04008260 saylı müqavilə üzrə 1,61 (bir manat 61 qəpik) manat, 29 avqust 2024-cü il tarixli 04008265 saylı müqavilə üzrə 7,50 (yeddi manat 50 qəpik) manat məbləğində, cəmi 9,11 (doqquz manat 11 qəpik) manat dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə - 82,08 manat cərimə borcu və innovativ layihələr mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat 60 qəpik) manat rüsum hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30,27 manat dövlət rüsumunun 30 manatı pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qətеtdim: İddia qismən təmin edilsin. Cavabdeh 1) 29 avqust 2024-cü il tarixli 04008260 saylı müqavilə üzrə 161,48 (bir yüz altmış bir manat 48 qəpik) manat ödənilməmiş hissə, 1,61 (bir manat 61 qəpik) manat cərimə, 2) 29 avqust 2024-cü il tarixli 04008265 saylı müqavilə üzrə 750,40 (yeddi yüz əlli manat 40 qəpik) manat ödənilməmiş hissə, 7,50 (yeddi manat 50 qəpik) manat cərimə olmaqla, cəmi iki müqavilə üzrə 920,99 manat (doqquz yüz iyirmi manat 99 qəpik) borc, həmçinin ödənilmiş 30 manat (otuz) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 950,99 (doqquz yüz əlli manat 99 qəpik) manat tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar