Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-78/2025 07.01.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “nisyə alğı-satqı müqaviləsindən yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 24 mart 2024-cü il tarixli müqaviləyə əsasən, ASUS kompüter üçün 2901,60 manat ödənilməmiş hissə, 338,40 manat dəbbə pulu; 30 mart 2024-cü il tarixli müqaviləyə əsasən, X1 13 markalı telefon üçün 550,80 manat ödənilməmiş hissə, 63,20 manat dəbbə pulu; 07 iyul 2023-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5, PS5 oyun pultu üçün 540,73 manat ödənilməmiş hissə, 162,27 manat dəbbə pulu; 18 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən, SAMSUNG GALAXY S22 ULTRA markalı telefon, SAMSUNG CHARGER üçün 494,22 manat ödənilməmiş hissə, 147,78 manat dəbbə pulu; 19 aprel 2023-cü il tarixli müqaviləyə əsasən, FEN PHİLİPS, TƏRƏZİ BEURER üçün 195,52 manat ödənilməmiş hissə, 57,48 manat dəbbə; 21 mart 2024-cü il tarixli müqaviləyə əsasən, HP kompüter üçün 71,02 manat ödənilməmiş hissə, 37,98 manat dəbbə borcu olmaqla, ümumilikdə altı müqavilə üzrə 5561 manat borcun və 75,61 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağlanmış 24 mart 2024-cü il, 30 mart 2024-cü il, 07 iyul 2023-cü il, 18 noyabr 2022-ci il, 19 aprel 2023-cü il, 21 mart 2024-ci il tarixli müqavilələrə əsasən, ASUS kompüter, X1 13 markalı telefon, PLAYSTATİON 5, PS5 oyun pultu, SAMSUNG GALAXY S22 ULTRA markalı telefon, SAMSUNG CHARGER, FEN PHİLİPS, TƏRƏZİ BEURER, HP kompüter almış və nəticədə 5561 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmir. Belə ki, sadalanan əşyaları aldıqdan sonra, cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə: 1. 24 mart 2024-cü il tarixli 03515021 nömrəli müqaviləyə əsasən, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 2901,6 manat olan ASUS komputer üçün, ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətində hər ay 161,2 manat olmaqla, 2901,6 manat ödənilməmiş hissə, 338,4 manat dəbbə pulu, cəmi 3240 manat, 2. 30 mart 2024-cü il tarixli 13406745 nömrəli müqaviləyə əsasən, alqı-satqı qiyməti 550,8 manat olan X1 13 markalı telefon üçün 0 manat ilkin ödəniş etməklə 18 ay müddətinə, hər ay 30,6 manat olmaqla, 550,8 manat ödənilməmiş hissə, 63,2 manat dəbbə pulu, cəmi 614 manat, 3. 07 iyul 2023-cü il tarixli 10774603 nömrəli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1623,96 manat olan PLAYSTATİON 5, PS5 oyun pultu üçün 0 manat ilkin ödəniş etməklə,12 ay müddətinə, hər ay 135,33 manat olmaqla olmaqla ondan, 540,73 manat ödənilməmiş hissə, 162,27 manat dəbbə pulu, ümumilikdə 703 manat, 4. 18 noyabr 2022-ci il tarixli 03233425 nömrəli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3430,98 manat olan SAMSUNG GALAXY S22 ULTRA markalı telefon, SAMSUNG CHARGER üçün 465,3 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə, hər ay 164,76 manat olmaqla, ondan 494,22 manat ödənilməmiş hissə, 147,78 manat dəbbə pulu, cəmi, 642 manat, 5. 19 aprel 2023-cü il tarixli 03465023 müqaviləyə əsasən, alqı-satqı qiyməti 439,92 manat olan FEN PHİLİPS, TƏRƏZİ BEURER üçün 0 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə, hər ay 24,44 manat olmaqla, ondan, 195,52 manat ödənilməmiş hissə, 57,48 manat dəbbə pulu, cəmi, 253 manat, 6. 21 mart 2024-cü il tarixli 03514985 nömrəli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2320,92 manat olan HP kompüter üçün 0 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə hər ay 128,94 manat olmaqla, ondan, 71,02 manat ödənilməmiş hissə, 37,98 manat dəbbə pulu, cəmi 109 manat borcu yaranmışdır. Cavabdeh 21 mart 2024-cü il tarixli müqaviləsinə əsasən, 24 mart.2024-cü il tarixində HP kompüterdən imtina etmiş və məhsul 2241 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 21 mart 2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 8,9 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 2241 manat, digər 4264,39 müqavilə üzrə cəmi ödədiyi məbləğ 1786,2 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan: 24 mart 2024-cü il tarixli 03515021 nömrəli müqavilədən və müqavilənin tərkib hissəsi olan əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 2901,60 manat olan ASUS komputer üçün, ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətində hər ay 161,20 manat "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 30 mart 2024-cü il tarixli 13406745 nömrəli müqavilədən və müqavilənin tərkib hissəsi olan əlavədən görünür ki, alqı-satqı qiyməti 550,8 manat olan X1 13 markalı telefon üçün 0 manat ilkin ödəniş etməklə 18 ay müddətinə, hər ay 30,6 manat "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 07 iyul 2023-cü il tarixli 10774603 nömrəli müqavilədən və müqavilənin tərkib hissəsi olan əlavədən görünür ki, alqı-satqı qiyməti 1623,96 manat olan PLAYSTATİON 5, PS5 oyun pultu üçün 0 manat ilkin ödəniş etməklə,12 ay müddətinə, hər ay 135,33 manat "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 18 noyabr 2022-ci il tarixli 03233425 nömrəli müqavilədən və müqavilənin tərkib hissəsi olan əlavədən görünür ki, alqı-satqı qiyməti 3430,98 manat olan SAMSUNG GALAXY S22 ULTRA markalı telefon, SAMSUNG CHARGER üçün 465,3 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə, hər ay 164,76 manat "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 19 aprel 2023-cü il tarixli 03465023 nömrəli müqavilədən və müqavilənin tərkib hissəsi olan əlavədən görünür ki,, alqı-satqı qiyməti 439,92 manat olan FEN PHİLİPS, TƏRƏZİ BEURER üçün 0 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə, hər ay 24,44 manat "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 21 mart 2024-cü il tarixli 03514985 nömrəli müqavilədən və müqavilənin tərkib hissəsi olan əlavədən görünür ki, alqı-satqı qiyməti 2320,92 manat olan HP kompüter üçün 0 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə hər ay 128,94 manat "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 19 oktyabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 24 mart 2024-cü il tarixli müqavilə üzrə 0 manat ödəniş etmiş, onun 2901 manat əsas, 338,4 manat dəbbə pulu olmaqla cəmi 3240 manat borcu, 30 mart 2024-cü il tarixli müqavilə üzrə 0 manat ödəniş etmiş, 550,8 manat əsas, 63,2 manat dəbbə pulu olmaqla, cəmi 614 manat borcu, 07 iyul 2023-cü il tarixli müqavilə üzrə 1083,23 manat ödəniş etmiş, 540,73 manat əsas, 162,27 manat dəbbə pulu, cəmi 703 manat borcu, 18 noyabr 2022-ci il tarixli müqavilə üzrə 2936,76 manat ödəniş etmiş, 494,22 manat əsas, 147,78 manat dəbbə pulu, cəmi 642 manat, 19 aprel 2023-cü il tarixli müqavilə üzrə 244,4 manat ödəniş etmiş, 195,52 manat əsas, 57,48 manat dəbbə pulu, cəmi 253 manat borcu, 21 mart 2024-cü il tarixli müqavilə üzrə 2249,9 manat ödəniş etmiş, 71,02 manat əsas, 37,98 manat dəbbə pulu, cəmi 109 manat borcu, ümumilikdə 6 müqavilə üzrə 4753,89 manat ödənilməmiş əsas, 807,11 manat dəbbə pulu olmaqla, 5561 manat borcu vardır. İş materiallarında olan: 24 mart 2024-cü il, 30 mart 2024-cü, 07 iyul 2023-cü il, 18 noyabr 2022-ci il, 19 aprel 2023-cü il, 21 mart 2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ASUS kompüter, X1 13, Playstation 5, PS5 oyun pultu, Samsung Galaxy S22 Ultra, samsung Charger, Fen Philips, Tərəzi Beurer, HP kompüteri tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: 11 oktyabr 2024-cü il tarixdə göndərilmiş (poçt qəbzi var) xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 567ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. - 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 601-ci maddəsinin tələbinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. - 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinin müddəalarından görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən altı alqı-satqı müqaviləsi üzrə yaranmış 4753,89 manat (dörd min yeddi yüz əlli üç manat 89 qəpik) əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin cəriməyə aid hissəsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdehə altı müqavilə üzrə hesablanmış 807,11 manat (səkkiz yüz yeddi manat 11 qəpik) məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 1. 24 mart 2024-cü il tarixli 03515021 nömrəli müqavilə üzrə 29,01 AZN (iyirmi doqquz manat-01 qəpik) manat, 2. 30 mart 2024-cü il tarixli 13406745 saylı müqavilə üzrə 05,50 AZN (beş manat-50 qəpik), 3. 07 iyul 2023-cü il tarixli 10774603 saylı müqavilə üzrə 5,40 AZN (beş manat-40 qəpik), 4. 18 noyabr 2022-ci il tarixli 03233425 saylı müqavilə üzrə 4,94 AZN (dörd manat-94 qəpik), 5. 19 aprel 2023-cü il tarixli 03465023 saylı alqısatqı müqavilə üzrə 1,95 AZN (bir manat-95 qəpik), 6. 21 mart 2024-cü il tarixli 03514985 saylı alqı-satqı müqavilə üzrə 0,71 AZN (0 manat-71 qəpik) manat, cəmi 23 manat məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə - 784,11 manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 75,61 manat dövlət rüsumunun 68,01 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 1) 18 noyabr 2022-ci il tarixli 03233425 nömrəli müqavilə üzrə yaranmış 494,22 AZN (dörd yüz doxsan dörd manat-22 qəpik) əsas borc və 4,94 AZN (dörd manat-94 qəpik) cərimə borcu olmaqla, həmin müqavilə üzrə cəmi 499,16 AZN (dörd yüz doxsan doqquz manat-16 qəpik) borc, 2) 19 aprel 2023-cü il tarixli 03465023 nömrəli müqavilə üzrə yaranmış 195,52 AZN (yüz doxsan beş manat-52 qəpik) əsas borc və 1,95 AZN (bir manat-95 qəpik) cərimə borcu olmaqla, həmin müqavilə üzrə cəmi 197,47 AZN (yüz doxsan yeddi manat-47 qəpik) borc, 3) 07 iyul 2023-cü il tarixli 10774603 nömrəli müqavilə üzrə yaranmış 540,73 AZN (beş yüz qırx manat-73 qəpik) əsas borc və 5,40 AZN (beş manat-40 qəpik) cərimə borcu olmaqla, həmin müqavilə üzrə cəmi 546,13 AZN (beş yüz qırx altı manat-13 qəpik) borc, 4) 21 mart 2024-cü il tarixli 03514985 nömrəli müqavilə üzrə yaranmış 71,02 AZN (yetmiş bir manat-02 qəpik) əsas borc və 0,71 AZN (0 manat-71 qəpik) cərimə borcu olmaqla, həmin müqavilə üzrə cəmi 71,73 AZN (yetmiş bir manat-73 qəpik) borc, 5) 24 mart 2024cü il tarixli 03515021 nömrəli müqavilə üzrə yaranmış 2901,60 AZN (iki min doqquz yüz bir manat-60 qəpik) əsas borc və 29,01 AZN (iyirmi doqquz manat-01 qəpik) cərimə borcu olmaqla, həmin müqavilə üzrə cəmi 2930,61 AZN (iki min doqquz yüz otuz manat-61 qəpik) borc, 6) 30 mart 2024-cü il tarixli 13406745 nömrəli müqavilə üzrə yaranmış 550,80 AZN (beş yüz əlli manat-80 qəpik) əsas borc və 05,50 AZN (beş manat-50 qəpik) cərimə borcu olmaqla, həmin müqavilə üzrə cəmi 556,30 AZN (beş yüz əlli altı manat-30 qəpik) borc, altı müqavilə üzrə cəmi 4801,40 AZN (dörd min səkkiz yüz bir manat-40 qəpik) borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 68,01 AZN (altmış səkkiz manat- 01 qəpik) hissəsinin pul əvəzi, ümumilikdə 4869,41 AZN (dörd min səkkiz yüz altmış doqquz manat-41 qəpik) məbləğdə pul vəsaiti tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-78/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-78/2025
07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver