Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-805/2025 09.09.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədryi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “nisyə alğı-satqı müqaviləsindən yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1) 02 iyun 2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kod: **********42874 “OPPO A38” markalı telefon, Paket M xidməti, Qızıl zəmanət ultra 3 il xidməti üçün 318,06 AZN (üç yüz on səkkiz manat-06 qəpik) ödənilməmiş hissə, 31,81 AZN (otuz bir manat-81 qəpik) cərimə, 2) 10 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kod: **********65709 “İphone 15” markalı telefon, Apple adapter üçün 2667,96 AZN (iki min altı yüz altmış yeddi manat- 96 qəpik) ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 AZN (iyirmi üç manat-60 qəpik) rüsum, 266,80 AZN (iki yüz altmış altı altı manat-80 qəpik) cərimə olmaqla, ümumilikdə 3308,22 AZN (üç min üç yüz səkkiz manat-22 qəpik) məbləğdə borcun və iddiaçı tərəfindən ödənilmiş 53,09 AZN (əlli üç manat-09 qəpik) dövlət rüsumunun əvəzinin alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 02 iyun 2024-cü il, 10 noyabr 2024-cü il tarixli müqavilələrə əsasən İMEİ kod: **********42874 “OPPO A38” markalı telefon, Paket M xidməti, Qızıl zəmanət ultra 3 il xidməti, İMEİ kod: **********65709 “İphone 15” markalı telefon, Apple adapter almış və nəticədə 3308,22 AZN (üç min üç yüz səkkiz manat-22 qəpik) borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02 iyun 2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 480,06 AZN (dörd yüz səksən manat-06 qəpik) olan (ilkin ödəniş etmədən 18 ay müddətinə aylıq 26.67 manat ödəmək şərtilə) olan İMEİ kod: **********42874 “OPPO A38” markalı telefon, Paket M xidməti, Qızıl zəmanət ultra 3 il xidməti üçün ümumilikdə, 349.87 AZN (üç yüz qırx doqquz manat-87 qəpik) olmaqla, ondan, 318,06 AZN (üç yüz on səkkiz manat-06 qəpik) ödənilməmiş hissə, güzəşt olunaraq 31,81 AZN (otuz bir manat-81 qəpik) cərimə; 10 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 2667.96 AZN (iki min altı yüz altmış yeddi manat-96 qəpik) olan (ilkin ödəniş etmədən 18 ay müddətinə aylıq 148,22 manat ödəmək şərtilə) olan İMEİ kod: **********65709 “İphone 15” markalı telefon, Apple adapter üçün ümumilikdə, 2958,36 AZN (iki min doqquz yüz əlli səkkiz manat-36 qəpik) olmaqla ondan, 2667,96 AZN (iki min altı yüz altmış yeddi manat-96 qəpik) ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 AZN (iyirmi üç manat-60 qəpik) rüsum, güzəşt olunaraq 266,80 AZN (iki yüz altmış altı manat-80 qəpik) cərimə miqdarında borc yaranmışdır. Cavabdehin 02 iyun 2024-cü il, 10 noyabr 2024-cü il tarixli müqavilələr üzrə cəmi ödədiyi məbləğ 162 AZN (bir yüz altmış iki manat) təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış 02 iyun 2024-cü il, 10 noyabr 2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 15 aprel 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, Cavabdeh Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli e-2(040)-538054/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi barədə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan: 02 iyun 2024-cü il tarixli 03649274 nömrəli müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alğı-satqı qiyməti 480,06 manat olan “OPPO A38” markalı telefon, Paket M xidməti, Qızıl zəmanət ultra 3 il xidməti əldə edərək, ilkin ödəniş etmədən, 18 ay müddətində hər ay 148,22 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 10 noyabr 2024-cü il tarixli 02709131 nömrəli müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alğı-satqı qiyməti 2667,96 manat olan “İphone 15” markalı telefon, Apple adapter əldə edərək, ilkin ödəniş etmədən, 18 ay müddətində hər ay 26,67 manat olmaqla "xxxx" MMCyə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 23 aprel 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 02 iyun 2024-cü il tarixli müqavilə üzrə cəmi 162 manat ödəniş etmiş, 318,06 manat əsas, 31,81 manat cərimə olmaqla, cəmi 349,87 manat borcu; 10 noyabr 2024-cü il tarixli müqavilə üzrə cəmi 0 manat ödəniş etmiş, 2667,96 manat əsas, 23,60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 266,80 manat cərimə olmaqla, iki müqavilə üzrə cəmi 3308,22 manat borcu vardır. İş materiallarında olan: 10 noyabr 2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh oğlu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “İphone 15” markalı telefon, Apple adapteri tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: 02 iyun 2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh oğlu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “OPPO A38” markalı telefonu, Paket M xidmətini, Qızıl zəmanət ultra 3 il xidmətini tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 15 aprel 2025-ci il tarixli məktubdan (poçt qəbzi var) görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 567ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. - 601-ci maddəsinin tələbinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. - 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəlləsi) 14.2, 217.4 və 218.3-cü maddələrinin müddəalarından görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən- 1) 02 iyun 2024-cü il tarixli 03649274 nömrəli müqavilə üzrə yaranmış 318,06 AZN (üç yüz on səkkiz manat-06 qəpik) əsas borc və 3,18 AZN (üç manat-18 qəpik) cərimə borcu olmaqla, həmin müqavilə üzrə cəmi 321,24 AZN (üç yüz iyirmi bir manat-24 qəpik) borc, 2) 10 noyabr 2024-cü il tarixli 02709131 nömrəli müqavilə üzrə yaranmış 2667,96 AZN (iki min altı yüz altmış yeddi manat- 96 qəpik) əsas borc və 26,67 AZN (iyirmi altı manat- 67 qəpik) cərimə borcu olmaqla həmin müqavilə üzrə cəmi 2694,63 AZN (iki min altı yüz doxsan dörd manat- 63 qəpik) borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 50,15 AZN (əlli manat-15 qəpik) hissəsinin pul əvəzi tələbinə dair hissədə əsaslı olduğundan, həmin hissələrdə təmin edilməlidir. Belə ki, Cavabdeh alğı-satqı müqaviləsi əsasında əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən iki alğı-satqı müqaviləsi üzrə yaranmış cəmi 2986,02 AZN (iki min doqquz yüz səksən altı manat- 02 qəpik) əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin cəriməyə aid hissəsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdehə cəmi hesablanmış 298,61 manat məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 1) 02 iyun 2024-cü il tarixli 03649274 nömrəli müqavilə müqavilə üzrə 3,18 AZN (üç manat-18 qəpik), 2) 10 noyabr 2024-cü il tarixli 02709131 nömrəli müqavilə üzrə 26,67 AZN (iyirmi altı manat- 67 qəpik) məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə - 268,76 AZN (iki yüz altmış səkkiz manat- 76 qəpik) cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmçinin İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 AZN (iyirmi üç manat-60 qəpik) rüsum hissəsində iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 53,09 AZN (əlli üç manat-09 qəpik) dövlət rüsumunun 50,15 AZN (əlli manat-15 qəpik) hissəsinin pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1) 02 iyun 2024-cü il tarixli 03649274 nömrəli müqavilə üzrə yaranmış 318,06 AZN (üç yüz on səkkiz manat-06 qəpik) əsas borc və 3,18 AZN (üç manat-18 qəpik) cərimə borcu olmaqla, həmin müqavilə üzrə cəmi 321,24 AZN (üç yüz iyirmi bir manat-24 qəpik) borc, 2) 10 noyabr 2024-cü il tarixli 02709131 nömrəli müqavilə üzrə yaranmış 2667,96 AZN (iki min altı yüz altmış yeddi manat- 96 qəpik) əsas borc və 26,67 AZN (iyirmi altı manat- 67 qəpik) cərimə borcu olmaqla həmin müqavilə üzrə cəmi 2694,63 AZN (iki min altı yüz doxsan dörd manat- 63 qəpik) borc, iki müqavilə üzrə: 3015,87 AZN (üç min on beş manat-87 qəpik) borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 50,15 AZN (əlli manat-15 qəpik) hissəsinin pul əvəzi, ümumilikdə 3066,02 AZN (üç min altmış altı manat- 02 qəpik) məbləğdə pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh: 1) 02 iyun 2024-cü il tarixli 03649274 nömrəli müqavilə üzrə yaranmış 318,06 AZN (üç yüz on səkkiz manat-06 qəpik) əsas borc və 3,18 AZN (üç manat-18 qəpik) cərimə borcu olmaqla, həmin müqavilə üzrə cəmi 321,24 AZN (üç yüz iyirmi bir manat-24 qəpik) borc, 2) 10 noyabr 2024-cü il tarixli 02709131 nömrəli müqavilə üzrə yaranmış 2667,96 AZN (iki min altı yüz altmış yeddi manat- 96 qəpik) əsas borc və 26,67 AZN (iyirmi altı manat- 67 qəpik) cərimə borcu olmaqla həmin müqavilə üzrə cəmi 2694,63 AZN (iki min altı yüz doxsan dörd manat- 63 qəpik) borc, iki müqavilə üzrə: 3015,87 AZN (üç min on beş manat-87 qəpik) borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 50,15 AZN (əlli manat-15 qəpik) hissəsinin pul əvəzi, ümumilikdə 3066,02 AZN (üç min altmış altı manat-02 qəpik) məbləğdə pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-805/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-805/2025
09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver