Məhkəmə qərarları › İş №e-2(040)-824/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-824/2025

02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-824/2025 02.07.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, müəyyənеtdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 1) 26 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod R92X90HG7RE SAMSUNG GALAXY TAB A9+ markalı planşet üçün 548,97 (beş yüz qırx səkki zmanat 97 qəpik) manat ödənilməmiş hissə, 54,90 (əlli dörd manat 90 qəpik) manat cərimə; 2) 17 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən, CANYON WİRELESS CHARGER, CASİO qol saatı, İNTALEO kabel üçün 142,92 (yüz qırx iki manat 92 qəpik) manat ödənilməmiş hissə, 14,29 (on dörd manat 29 qəpik) manat cərimə; 3) 17 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən, PS 5 oyun diski üçün 58,98 (əlli səkkiz manat 98 qəpik) manat ödənilməmiş hissə, 5,90 (beş manat 90 qəpik) manat cərimə olmaqla, üç müqavilə üzrə cəmi 825,96 manat borcun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 26 noyabr 2024-cü il, 17 noyabr 2024-cü il, 17 noyabr 2024-cü il tarixli müqavilələrə əsasən, İmei kod R92X90HG7RE SAMSUNG GALAXY TAB A9+ qızıl zəmanət ultra 3 il xidməti, paket XL xidməti, X1, CASİO qol saatı, İNTALEO kabel, PS5 oyun diski almış və nəticədə 825,96 (səkkiz yüz iyirmi beş manat 96 qəpik) manat borc yaranmışdır. Belə ki, qeyd ediləm əşyaları aldıqdan sonra, cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə: 1) 26 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 753,96 manat (ilkin ödəniş 0 manat etməklə, 12 ay müddətinə hər ay 62,83 manat ödəmək şərti ilə), İmei kod R92X90HG7RE SAMSUNG GALAXY TAB A9+ markalı planşet qızıl zəmanət ultra 3 il xidməti, paket XL xidməti üçün 548,97 manat ödənilməmiş hissə, 54,90 manat cərimə, cəmi 603,87 manat, 2) 17 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 142,92 manat (ilkin ödəniş 0 manat etməklə, 6 ay müddətinə hər ay 23,82 manat ödəmək şərti ilə) olan CANYON WİRELESS CHARGER, CASİO qol saatı, İNTALEO kabel üçün ümumilikdə 157,21 manat olmaqla, 142,92 manat ödənilməmiş hissə, 14,29 manat cərimə, 3) 17 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 58,98 manat (ilkin ödəniş 0 manat etməklə, 6 ay müddətinə hər ay 9,83 manat ödəmək şərti ilə) olan PS5 oyun diski üçün ümumilikdə 64,88 manat olmaqla, 58,98 manat ödənilməmiş hissə, 5,90 manat cərimə olmaqla, cəmi üç müqavilə üzrə 825,96 manat məbləğində borcu yaranmışdır. Cavabdehin 26 noyabr 2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 204,99 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 17 noyabr 2024-cü il tarixli ********** saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 142,92 manat CANYON WİRELESS CHARGER, CASİO qol saatı, İNTALEO kabel əldə edərək, həmin məbləği ilkin ödəniş 0 manat etməklə, 6 ay müddətinə hər ay 23,82 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 17 noyabr 2024-cü il tarixli 14412347 müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 58,98 manat olan olan PS5 əldə edərək, həmin məbləği ilkin ödəniş 0 manat etməklə, 6 ay müddətinə hər ay 9,83 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 26 noyabr 2024-cü il tarixli müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 753,96 manat olan İmei kod R92X90HG7RE SAMSUNG GALAXY TAB A9+ markalı planşet qızıl zəmanət ultra 3 il xidməti, paket XL xidməti əldə edərək, həmin məbləği ilkin ödəniş 0 manat etməklə, 12 ay müddətinə hər ay 62,83 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan:"xxxx" MMC tərəfindən verilmiş 08 may 2025-ci il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh üç müqavilə üzrə cəmi 204,99 manat ödəniş etmiş, onun: 1) 17 noyabr 2024-cü il tarixli müqavilə üzrə CANYON WİRELESS CHARGER, CASİO qol saatı, İNTALEO kabel üçün 142,92 (bir yüz qırx iki manat 92 qəpik) manat ödənilməmiş hissə, 14,29 (on dörd manat 29 qəpik) manat cərimə, 2 ) 17 noyabr 2024-cü il tarixli müqavilə üzrə PS5 üçün 58,98 (əlli səkkiz manat 98 qəpik) manat ödənilməmiş hissə, 5,90 (beş manat 90 qəpik) manat cərimə, 3) 26 noyabr 2024-cü il tarixli müqavilə üzrə İmei kod R92X90HG7RE SAMSUNG GALAXY TAB A9+ markalı planşet qızıl zəmanət ultra 3 il xidməti, paket XL xidməti üçün 548,97 (beş yüz qırx səkkiz manat 97 qəpik) manat ödənilməmiş hissə, 54,90 (əlli dörd manat 90 qəpik) manat cərimə borcu vardır. İş materiallarında olan: 17 noyabr 2024-cü, 17 noyabr 2024-cü və 26 noyabr 2024-cü il tarixli əşyaların təhvil-təslim aktlarından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə etdiyi məhsulu tam və qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 15 aprel 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; -600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hesab edirəm ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən üç alqı-satqı müqaviləsi üzrə yaranmış 750,87 (yeddi yüz əlli manat 87 qəpik) manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin cəriməyə aid hissəsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdehə üç müqavilə üzrə hesablanmış 75,09 manat məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 17 noyabr 2024-cü il tarixli müqavilə üzrə 1,42 (bir manat 42 qəpik) manat, 17 noyabr 2024-cü il tarixli müqavilə üzrə 0,59 (59 qəpik) manat, 26 noyabr 2024-cü tarixli müqavilə üzrə 5,48 manat (beş manat 48 qəpik), cəmi 7,49 manat (yeddi manat 49 qəpik) məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə - 67,60 manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qətеtdim: İddia qismən təmin edilsin. Cavabdeh 1) 17 noyabr 2024-cü il tarixli ********** saylı müqavilə üzrə 142,92 (bir yüz qırx iki manat 92 qəpik) manat ödənilməmiş hissə, 1,42 (bir manat 42 qəpik) manat cərimə, 2) 17 noyabr 2024-cü il tarixli 14412347 saylı müqavilə üzrə 58,98 (əlli səkkiz manat 98 qəpik) manat ödənilməmiş hissə, 0,59 (59 qəpik) manat cərimə, 3) 26 noyabr 2024-cü il tarixli müqavilə üzrə 548,97 (beş yüz qırx səkkiz manat 97 qəpik) manat ödənilməmiş hissə, 5,48 (beş manat 48 qəpik) olmaqla, cəmi üç müqavilə üzrə 758,36 (yeddi yüz əlli səkkiz manat 36 qəpik) manat borc, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi, ümumilikdə 788,36 (yeddi yüz səksən səkkiz manat 36 qəpik) manat tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar