Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-834/2024 18.09.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı (VÖEN: **********) Cavabdeh qarşı “xam pambığın alğı-satqı müqaviləsi əsasında yaranmış borcun ödənilməsi tələbinə dair” iddiasi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı (bundan sonra: İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən əsas borca görə 5806,71 manat (beş min səkkiz yüz altı manat 71 qəpik), hesablanmış cəriməyə görə 1163,53 manat (min yüz altmış üç manat 53 qəpik) və ödənilmiş dövlət rüsumuna görə 89,70 manat (səksən doqquz manat 70 qəpik) olmaqla, cəmi 7059,94 manat (yeddi min əlli doqquz manat 94 qəpik) pulun alınaraq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT-Tərtər” filialı və cavabdeh arasında bağlanmış 23 *** **** saylı “2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsi”nə əsəsən, cavabdeh 9 (doqquz) hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlərinə əsasən, iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 15620,11 manat (on beş min altı yüz iyirmi manat-11 qəpik) dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmişdir. Müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə, yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq, nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 5806,71 manat (beş min səkkiz yüz altı manat 71 qəpik) əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam pambığın tədarükünü həyata keçirən müvafiq filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləriqeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda, müqavilənin 4.2 bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1 faizii məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 1163,53 manat (min yüz altmış üç manat 53 qəpik) təşkil edir. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Bununla da, cavabdeh, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 425.1 və 385.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, “öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar alətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir“. Eyni zamanda Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, “öhdəliyə əsasən bir şəxs (cavabdeh) başqa şəxsin (iddiaçının) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, iddiaçının isə cavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Cavabdeh məhkəməyə göndərdiyi iddiaya qarşı yazılı etirazında iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaya qarşı yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə aralarında bağlanmış 27 dekbar 2022-ci il tarixli ********* saylı müqavilənin butün şərtləri onun tərəfindən dürüst va vicdanla icra edilmişdir. İddiaçı "xxxx" MMC-nin iddia ərizəsində qeyd etdiyi 7059,49 manat (yeddi min əlli doqquz manat-49 qəpik) pul tələbini əsaslə tələb oalraq qəbul etmir. Belə ki, iddiaçı ilə aralarında baflanmış 27 dekbar 2022-ci il tarixli ********* sayl mtiqavilənin 2.1.7-ci bəndine əsasan satıcı (yəni o) tərəfindən xam pambığın istehsal prosesində zəruri aqrotexniki tədbirlərin apanlması zamanı tətbiq ediləcək şərtlər müəyyən edilmişdir. Həmin müqavilənin 5-ci bəndi müqavilə öhdəliklərinə fors major hallarının tətbiqi ilə bağlıdır. Milqavilənin bu barədə bəhs olunan fors major hallar bəndində “hərbi vəziyyət” ifadəsi də yer almışdır (Bununla bağlı məsələyə sonra qayıdacaqdır). Onun istifadəsində olan torpaq sahəsi 9 (doqquz) hektar təşkil edir, həmin torpaq sahəsi Tərtər rayonunun Buruc kəndi ərazisində yerləşir; həmin kəndin ərazisində kənd təsərrüfatı torpaqlarının suvarilmasında ciddi su çatışmamzlığı, su ehtiyatlarının olmaması vardır. Bu vəziyyətlə bağlı 25 avqust 2023-cü il tarixdə Tərtər DAİM-in sektor müdiri Arif Behbudovun istirakı ilə akt tərtib edilmişdir. Həmin aktda onun istifadəsində olan torpaq sahəsinin məhsuldarlığının gözlənilən nəticələri verməməsi səbəbi olaraq “kanal suyunun olmaması və artezian növbəliyi” qeyd edilir. Bundan basqa, onda əkin yerində Arif Behbudovun istirakı ilə çəkilmiş videogöriütülər də vardır ki, həmin videogörüntülərdə də Arif Behbudov ozü yaranmış vəziyyətlə əlaqədar həmin görüntülərdə vəziyyətin onun (cavabdehin) iradəsindən asılkı olmadığını, yəni suyun olmadığını, suyun verilmədiyini təsdiq edir. Həmçinin qeyd edir ki, su çatışmazlığı və arttezian problemləri ilə əlaqadar bu sadalanan problemlərin aradan qaldırlması üçün şəxsən onun (cavabdehin) tərəfindən yuxarı instansiyalara, o cümlədən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədrinə yazlı müraciətləri olmuşdur, yəni o, müqavilə ödhdəliyinin icrasından irəli gələn tələblərin onun iradəsindən asılı olmayan səbəblerə görə icra edilməməsi üçün mesul olmadığı qənaətindədir, çünki kəndli nə artezian vurur, nə su kanalı çəkir, bu məsələlər dövlətin iizerine götürdüyii öhdəliklərdəndir. Müqavilənin fors majorla bağlı müddəalarına qayrdaraq qeyd edir ki, torpaq sahəsinin yerləşdiyi kəndin ərazisindəki torpaqlanın suvarilmalı olduğu vaxtlarda erməni işğalnda olan Sərsəng su anbarının suyu ile suvarılan ərazilər də olmuşdur, lakin hamıya bəlli olan haldır ki, ermənilərin uzun illər Agdərə rayonu ərazisindəki yüksəkiliklərdə yerləşən su mənbələrini nəzarətdə saxlaması həmin su hövzəsində olan torpaqlarımızın keyfiyyətli şəkildə su ilə təmininə ciddi maneələr yaratmışdır. Onunla müqavilə bağlanarkən də adıçəkilən ərazilər hələ də separatçı terrorçu erməni silahlı dəstəlerinin nəzareti altrnda idi. Bu səbəbdən də, yuxarıda qeyd etdiyi kimi, 25 avqust 2023-cü il tarixde Tərtər DAİM-in sektor mtidiri Arif Behbudovun iştirakı ilə tərtib edilən aktda da ərazinin suvarma suyu ila təminində ciddi problemlərin yarandığı öz təsdiqini tapmışdır. Yalnız 19 sentyabr 2023-cü ilde X1 Qüvvələri silahlı erməni separatçı dəstəlerine qarşı uğurlu antiterror əməliyyatı keçirdikden sonra Azərbaycan Respublikasının ərazi suverenliyi tam təmin edildikden sonra bizim ərazilər üçün suvarma ile bağlı münbit imkanlar olan ərazilər, o cümlədən dövlətimiz üçün çox əhəmiyyətli olan Sərseng su anbarı işğaldan azad edilmişdir. Bu fakt onu deməye əsas verir ki, onunla bağlanmış 27 dekabr 2022-ci il tarixli ********* saylı müqavilənin 5-ci bəndi üzrə iddiaçı tərəf ona qarşı heç bir halda pul tələbi ilə bağlı iddia ilə çıxış etmək hüquqna malik deyildir. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir eclarkan məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi manasını, bütövlükda müqavilənin hərfi mənasının onun digər sərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllenin 425.1. -ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifelerini icra ederken təraflardən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərləşdirilmiş vaxtda ve yerdə lazımi şəkildə, öhdəliyin şərtlerinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəket etməlidir. Məlum hüquq praktikasına əsasən, əgər fermer məhsulun satışı üçün müqavilə bağlamşsa, lakin əkinlərin suvarrlmasr üçün su çatışmazlığı səbəbindən öz öhdəliklərini yerinə yetirə bilmirsə, hüquqi prinsiplərə və müqavilənin özünün şərtlərinə əsaslanan hadisələrin inkişafının bir neçe senarisi mümkündür: bu, fors-major hallarında öhdəlikdən azad olunma və müqavilənin şərtlərinin ləğv edilməsi və ya dəyişdirilməsidir. Fors-major- müqavilə iştirakçıları tərəfindən gözlənilə bilməyən və qarşısı alına bilməyən hallardır (məsələn: təbii fəlakətlər, quralıq da daxil olmaqla). Mülki iş üzrə məhkəminin hazırlıq iclası 21 avqust 2024-cü il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 18 sentyabr 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı MMC-nin nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 17 sentyabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, mülki işə iştirakları olmadan baxılıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək və məhkəməyə göndərdiyi yazılı etirazını müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, o, İddiaçı MMC ilə 27 dekabr 2022-ci il tarixdə xam pambığın alqı-satqına dair müqavilə bağlamışdır. O, müqavilə üzrə bütün öhdəlikləri yerinə yetirsə də, 2023-cü ildə fors-major hadisə baş vermiş, ermənilər tərəfindən Tərtərçayın suyu süni surətdə kəsildiyindən torpaq sahəsini suvarmaq mümkün olmamışdır. Bununla bağlı bir sıra aktlar da qəbul edilmiş, o cümlədən 25 avqust 2023-cü il tarixdə aşağıda adları qeyd olunan şəxslərin- 1) Tərtərə Rayon İcra Hakimiyyətində baş məsləhətçi vəzifəsində çalışan Natiq Musayev, 2) Tərər DAİM-in Bitkiçilik sektorunun müdiri Arif Behbudov, 3) “MKT-Tərtər” filialının baş aqronomu Zabil Quliyev, 4) “MKT-Tərtər” filialının aqronomu Füzuli Yusibov, 5) “MKT-Tərtər” filialının aqronomu Baxşeyiş Mehtiyevin iştirakları ilə müvafiq akt tərtib edilmişdir.Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və X4 Agentliyi 25 avqust 2023-cü il tarixdə “AzərTac”da birgə bəyanat da yaymışlar. Həmin bəyanat demək olar bütün televiziya kanallarında və internet şəbəkələrindəki rəsmi xəbər saytlarında da elan və dərc olunmuşdur. Yəni, ondan asılı olmayan obyektiv səbəblərdən, o, torpaq sahəsini suvara bilməmiş və lazımı miqdarda məhsul götürə bilməmişdir. Əldə etdiyi məhsulun da hamısını iddiaçıya təhvil vermişdir. Hazırda ona qarşı irəli sürülən iddia tamamilə əsassızdır. İddianın rədd edilməsini xahiş edir. İddiaçı MMC-nin nümayəndəsi X2 iştirak etdiyi məhkəmənin 18 sentyabr 2024-cü il tarixli hazırlıq iclasında iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əkin mövsümünün quraq keçməsi fors major hal kimi qiymətləndirilə bilməz, belə ki, bu, qanunvercilikdə nəzərdə tutulmamışdır. Bundan başqa, cavabdehin ərazi üzrə fəaliyyət göstərən suvarma idarəsi arasında suvarma suyunun təchizatı ilə bağlı hər hansı müqavilə bağlanmamışdır, belə olan halda cavabdeh öhdəliyin lazımi qaydada icra edilməməsinə görə mülki məsuliyyət daşıyır. İş materiallarında olan: İddiaçı MMC-nin “MKT-Tərtər” filialı (“Alıcı”) və Cavabdeh (“Satıcı”) arasında bağlanmış 27 dekabr 2022-ci il tarixli 23 272 5032 saylı “2023-cü il mövsümü üzrə xam pambığın alğı-satqı müqaviləsi”nin 2.1.2-ci bəndinə əsasən, cavabdeh 9 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu İddiaçıya satmağı öhdəsinə götürmüşdür; müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı Satıcının aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam pambığın dəyərindən çıxılmalıdır, Satıcının təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürür; müqavilənin 4.2-ci bəndinin şərtlərinə əsasən, Satıcı müqavilədə göstərilən xam pambığı təhvil verməsə, bunun nəticəsində yaranmış əsas borcun hər gecikdirilən gün üçün 0,1 faiz miqdarında Alıcıya cərimə ödəyir, əsas borc dedikdə bu müqavilə ilə bağlı Satıcı tərəfindən Alıcı qarşısında bu müqailə üzrə tədarük mövsümü bitənədək ödənilməyən avans məbləği nəzərdə tutulur; 5.1-ci bəndinin şərtlərinə əsasən, Fors major şəraitində (hərbi vəziyyət, blokada şəraiti, tərəflərdən asılı olmayan ümumi sel, daşqın, zəlzələ) müqaviləyə əsasən götürülən öhdəliklərin yerinə yetirilməsi qeyri-mümkün ola bilər; 5.2-ci bəndinə əsasən, Fors major şəraitinin mövcud olması ilə əlaqədar tərəflərdən biri fors major şəraitindədirsə və müqavilə öhdəliyini vaxtında yerinə yetirə bilmirsə, fors major şəraiti qurtaranadək öhdəliyin yerinə yetirilməsindən azad edilir (müqavilənin mahiyyətindən görünür ki, həmin müqavilə alğı-satqı və podrat müqavilələrinin ünsürlərini əhatə edən qarışıq müqavilədir-hakimin qeydi). İş materiallarında olan: MKT İstehsalat Kommersiya” MMC-nin “MKT-Tərtər” filialının direktoru tərəfindən Cavabdeh göndərilmiş pretenziyadan görünür ki, Cavabdeh cəmiyyət tərəfindən avans olaraq cəmi 13725 manat 20 qəpik dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, tədarük mövsümü vaxtı alınan avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verilən xam pambığın dəyərindən çıxılmalıdır. Nəticədə Cavabdeh tərəfindən 9913 kq, 7930 manat 4 qəpik dəyərində xam-pambıq təhvil verilmişdir ki, bu da həm müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur, bununla da təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Əlavə olaraq, 7918 manat 50 qəpik dəyərində avans vəsaitləri Cəmiyyətə geri təhvil verilmişdir. Son nəticədə Cəmiyyətə təhvil götürülən avans vəsaitlərin dəyərinə görə 5806 manat 71 qəpik əsas borcu yaranmışdır. İş materiallarında olan: 25 avqust 2023-cü il tarixdə aşağıda adları qeyd olunan şəxslərin- 1) Tərtərə Rayon İcra Hakimiyyətində baş məsləhətçi vəzifəsində çalışan Natiq Musayev, 2) Tərər DAİM-in Bitkiçilik sektorunun müdiri Arif Behbudov, 3) “MKT-Tərtər” filialının baş aqronomu Zabil Quliyev, 4) “MKT-Tərtər” filialının aqronomu Füzuli Yusibov, 5) “MKT-Tərtər” filialının aqronomu Baxşeyiş Mehtiyevin iştirakları ilə tərtib edilmiş aktda qeyd edilmişdir ki, “MKT-Tərtər filialında 2023-cü il mövsümündə Tərtər rayonu üzrə pambıq əkilmiş 1287,70 ha pambıq sahəsindən 1162,61 hektar hissəsində 21 avqust 2023-cü il tarixədək Tərtər rayonunun 8 (səkkiz) kəndi üzrə 24 fermerin sahəsində birinci vegetasiya suvarması aparılmamışdır. Pambıq əkini sahələrinin suvarılmamasının əsas səbəbləri sahələrin suvarılmasınd istifadə olunan artezianların növbəliliyinin nəzarətsizliyi və magistral Goranboy kanalının təmirə dayanması olmuşdur. Həmin sahələrin suvarılmaması səbəbindən məhsuldarlıq gözlənilmir. Vegetasiya suvarılması aparılmayan sahələr barədə adlı siyahı və fotoşəkillər akta əlavə olunur (Həmin siyahıda iddiaçı Cavabdehun adı 22-ci sırada göstərilmiş, səbəb olaraq “kanal suyunun olmaması və artezian növbəliliyi” göstərilmişdir). İş materiallarında olan: “Azərtac” - Azərbaycan Dövlət İnformasiya Agentliyinin rəsmi xəbər saytının 25 avqust 2023-cü il tarixə yayımladığı “Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı birgə bəyanat yayılıb” başlıqlı məlumatdan görünür ki, “Ermənistan və onun himayə etdiyi qüvvələr ekoloji təcavüzlə yanaşı, böyük kənd təsərrüfatı potensialı və münbit torpaq ehtiyatlarına malik Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının ərazilərinə suvarma tələb olunan mövsümlərdə su anbarından qərəzli şəkildə suyun verilməsinə mane olaraq Azərbaycanın iqtisadiyyatına külli miqdarda ziyan vurmuş və vurmaqda davam edir. Sərsəng su anbarının öz təyinatı üzrə istifadə olunmaması nəticəsində yaranan su çatışmazlığı səbəbindən həmin rayonların ərazisində 100 min hektar əkin sahəsi aktiv kənd təsərrüfatı dövriyyəsinə cəl ediləbilmir. Eyni zamanda, əhalinin içməli suya olan tələbatının ödənilməsi və qismən suvarılmanın aparılması məqsədilə yeraltı sulardan intensiv istifadə edilməsi təbii resursların tarazlığının pozulmasına səbəb olub”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: Mülki Məcəllə) 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 389.3-cü maddəsinə əsasən, bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur, borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 443.7-ci maddəsinə əsasən, əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir, əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Mülki Prosessual Məcəllə) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh ondan asılı olmayan obyektiv səbəbdən – Azərbaycan Respublikasının Ermənistan silahlı birləşmələrinin müvəqqəti nəzarətində olduğu ərazidən Tərtərçayın suyunun təbii axarının süni surətdə dəyişdirilməsi və nəticədə Tərtərçay hövzəsi ərazisində lazımı suvarmanın aparıla bilməməsi səbəbindən üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmişdir. Qeyd olunan hal da fors major olaraq, yəni pozuntunun cavabdehdən asılı olmayan haldan irəli gəldiyi və müqavilə bağlanarkən cavabdehin həmin halı nəzərə ala biləcəyini gözləməyin mümkün olmadığı hal kimi qiymətləndirilməli (Mülki Məcəllənin 448.4-cü maddəsi) və tərəflər arasında bağlanan 27 dekabr 2022-ci il tarixli ********* saylı “2023-cü il mövsümü üzrə xam pambığın alğı-satqı müqaviləsi”nin 5.2-ci bəndinin şərtinə əsasən, cavabdeh öhdəliyin yerinə yetirilməsindən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə elektron qaydada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-834/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-834/2024
18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver