Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-845/2025 09.07.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, müəyyənеtdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 1) 20 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********41589 SAMSUNG GALAXY A24 markalı telefon üçün 514,98 (beş yüz on dörd manat 98 qəpik) manat ödənilməmiş hissə, innovativ layihələr mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 51,50 (əlli bir manat 50 qəpik) manat cərimə; 2) 20 oktyabr 2024cü il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********53506 X1 13 markalı telefon, qızıl zəmanət ultra 3 il xıdməti (müqavilədə Samsung charger qeyd olunub) üçün 54 (əlli dörd) manat ödənilməmiş hissə, 5,4 (beş manat 40 qəpik) manat cərimə; 3) 12 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********36375 SAMSUNG GALAXY A06 markalı telefon (müqavilədə OPPO A3X, qızıl zəmanət ultra 2 il xidməti, paket M xidməti) üçün, 432,90 (dörd yüz otuz iki manat 90 qəpik) manat ödənilməmiş hissə, innovativ layihələr mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 43,29 (qırx üç manat 29 qəpik) manat cərimə olmaqla, üç müqavilə üzrə cəmi 1149,27 (bir min yüz qırx doqquz manat 27 qəpik) manat borcun, həmçinin ödənilmiş 31,50 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağlanmış 20 oktyabr 2024-cü il, 20 oktyabr 2024-cü il, 12 noyabr 2024-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********41589 SAMSUNG GALAXY A24 markalı telefon, İMEİ KOD **********53506 X1 13 markalı telefon, qızıl zəmanət ultra 3 il xidməti (Samsung charger), İmei kod **********36375 SAMSUNG GALAXY A06 (OPPO A3X, qızıl zəmanət ultra 2 il xidməti, paket M xidməti) markalı telefon almış və nəticədə 1149,27 (min yüz qırx doqquz manat 27 qəpik) manat borc yaranmışdır. Belə ki, qeyd ediləm əşyaları aldıqdan sonra, cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə: 1) 20 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 514,98 manat (ilkin ödəniş 0 manat etməklə, 12 ay müddətinə hər ay 61 manat ödəmək şərti ilə) olan, İmei kod **********41589 SAMSUNG GALAXY A24 markalı telefon üçün, 514,98 (beş yüz on dörd manat 98 qəpik) manat ödənilməmiş hissə, innovativ layihələr mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 51,50 (əlli bir manat 50 qəpik) manat cərimə, 2) 20 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 54 manat (ilkin ödəniş 0 manat etməklə, 12 ay müddətinə hər ay 4,5 manat ödəmək şərti ilə) olan İMEİ KOD **********53506 X1 13 markalı telefon, qızıl zəmanət ultra 3 il xidməti (müqavilədə Samsung charger qeyd olunub) üçün 54 (əlli dörd) manat ödənilməmiş hissə, 5,40 (beş manat 40 qəpik) manat cərimə, cəmi 59,40 manat, 3) 12 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 432,90 manat (ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətinə hər ay 24,05 manat ödəmək şərti ilə) olan İmei kod **********36375 SAMSUNG GALAXY A06 markalı telefon (müqavilədə OPPO A3X, qızıl zəmanət ultra 2 il xidməti, paket M xidməti) üçün 432,9 (dörd yüz otuz iki manat 90 qəpik) manat ödənilməmiş hissə, innovativ layihələr mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 43,29 (qırx üç manat 29 qəpik) manat cərimə, ümumilikdə 499,79 manat olmaqla, cəmi üç müqavilə üzrə 1149,27 manat məbləğində borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 20 oktyabr 2024-cü il tarixli 09535852 saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 514,98 manat olan İmei kod **********41589 SAMSUNG GALAXY A24 markalı telefon əldə edərək, həmin məbləği ilkin ödəniş 0 manat etməklə, 12 ay müddətinə hər ay 61 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 20 oktyabr 2024-cü il tarixli 02019043 müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 54 manat olan Samsung charger əldə edərək, həmin məbləği ilkin ödəniş 0 manat etməklə, 12 ay müddətinə hər ay 4,50 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 12 noyabr 2024-cü il tarixli 02029392 müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 432,90 manat olan OPPO A3X, qızıl zəmanət ultra 2 il xidməti, paket M xidməti əldə edərək, həmin məbləği ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətinə hər ay 24,05 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan:"xxxx" MMC tərəfindən verilmiş 14 may 2025-ci il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh üç müqavilə üzrə cəmi 204,99 manat ödəniş etmiş, onun: 1) 20 oktyabr 2024-cü il tarixli 09535852 müqavilə üzrə İmei kod **********41589 SAMSUNG GALAXY A24 markalı telefon üçün 514,98 manat ödənilməmiş hissə, innovativ layihələr mərkəzinə ödənilən 23,60 manat rüsum, 51,50 manat cərimə, 2) 20 oktyabr 2024-cü il tarixli 02019043 müqavilə üzrə Samsung charger üçün 54 manat ödənilməmiş hissə, 5,40 manat cərimə, 3) 12 noyabr 2024-cü il tarixli 02029392 müqavilə üzrə OPPO A3X, qızıl zəmanət ultra 2 il xidməti, paket M xidməti üçün 432,90 manat ödənilməmiş hissə, innovativ layihələr mərkəzinə ödənilən 23,60 manat rüsum, 43,29 manat cərimə borcu vardır. İş materiallarında olan: 20 oktyabr 2024-cü il tarixli, 20 oktyabr 2024-cü il tarixli və 12 noyabr 2024-cü il tarixli əşyaların təhvil-təslim aktlarından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə etdiyi məhsulu tam və qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 07 may 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; -600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hesab edirəm ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən üç alqı-satqı müqaviləsi üzrə yaranmış 1001,88 (bir min bir manat 88 qəpik) manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin cəriməyə aid hissəsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdehə üç müqavilə üzrə hesablanmış 100,19 manat məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində: 1) 20 oktyabr 2024-cü il tarixli 09535852 müqavilə üzrə 5,14 (beş manat 14 qəpik) manat, 2) 20 oktyabr 2024-cü il tarixli 02019043 müqavilə üzrə 0,54 (54 qəpik) manat, 3) 12 noyabr 2024-cü il tarixli 02029392 müqavilə üzrə 4,32 manat (dörd manat 32 qəpik), cəmi üç müqavilə üzrə 10 manat (on) məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə - 90,19 manat cərimə borcu və iki müqavilə üzrə innovativ layihələr mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat 60 qəpik) manat rüsum, cəmi 47,20 (qırx yeddi manat 20 qəpik) manat hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 31,50 manat dövlət rüsumunun 30,11 manat hissəsi pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qətеtdim: İddia qismən təmin edilsin. Cavabdeh 1) 20 oktyabr 2024-cü il tarixli 09535852 saylı müqavilə üzrə 514,98 (beş yüz on dörd manat 98 qəpik) manat ödənilməmiş hissə, 5,14 (beş manat 14 qəpik) manat cərimə, 2) 20 oktyabr 2024-cü il tarixli 02019043 saylı müqavilə üzrə 54 (əlli dörd) manat ödənilməmiş hissə, 0,54 (54 qəpik) manat cərimə, 3) 12 noyabr 2024-cü il tarixli 02029392 müqavilə üzrə 432,90 (dörd yüz otuz iki manat 90 qəpik) manat ödənilməmiş hissə, 4,32 (dörd manat 32 qəpik) olmaqla, cəmi üç müqavilə üzrə 1011,88 (bir min on bir manat 88 qəpik) manat borc, həmçinin ödənilmiş 30,11 (otuz manat 11 qəpik) manat dövlət rüsumunun pul əvəzi, ümumilikdə 1041,99 (bir min qırx bir manat 99 qəpik) manat tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-845/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-845/2025
09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver