Məhkəmə qərarları › İş №e-2(040)-912/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-912/2025

24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-912/2025 24.07.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “Nisyə alğı-satqı müqaviləsindən yaranmış borcun ödənilməsi” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, müəyyənеtdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 1) 13 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən “Paket XXXL”xidməti və “Samsung Charger” üçün 192,09 AZN (bir yüz doxsan iki manat-09 qəpik) ödənilməmiş hissə, 19,21 AZN (on doqquz manat-21 qəpik) cərimə, 2) 29 iyul 2024-cü il tarixli müqaviləyə əsasən “Pioneer” markalı maqnitofon üçün 219,52 AZN (iki yüz on doqquz manat-52 qəpik) ödənilməmiş hissə, 21,95 AZN (iyirmi bir manat-95 qəpik) cərimə olmaqla, ümumilikdə 452,77 AZN (dörd yüz əlli iki manat-77 qəpik) borc və 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 13 oktyabr 2024-cü il, 29 iyul 2024-cü il tarixli müqavilələrə əsasən, İMEİ kod: **********86292 “Samsung Galaxy S23” markalı telefon, “Paket XXXL” xidməti, “Samsung Charger”, “Pioneer” markalı maqnitofon almış və nəticədə 452,77 AZN (dörd yüz əlli iki manat-77 qəpik) manat borc yaranmışdır. Cavabdeh 13 oktyabr 2024-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 1879,02 AZN (bir min səkkiz yüz yetmiş doqquz manat-2 qəpik) olan (ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 104,39 AZN (bir yüz dörd manat-39 qəpik) ödəmək şərtilə İMEİ kod: **********86292 “Samsung Galaxy S23” markalı telefon, “Paket XXXL” xidməti, “Samsung Charger” üçün ümumilikdə 211,30 AZN (iki yüz on bir manat-30 qəpik) olmaqla, ondan 192,09 AZN (bir yüz doxsan iki manat-09 qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19,21 AZN (on doqquz manat-21 qəpik) cərimə pulu, 29 iyul 2024-cü il tarixli müqaviləyə əsasən alğısatqı qiyməti 300 AZN (üç yüz manat) olan (ilkin ödəniş etmədən 12 ay müddətinə hər ay 25 AZN (iyirmi beş manat) ödəmək şərtilə) “Pioneer” markalı maqnitofon üçün ümumilikdə 241,47 AZN (iki yüz qırx bir manat-47 qəpik) olmaqla, ondan 219,52 AZN (iki yüz on doqquz manat-52 qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21,95 AZN (iyirmi bir manat-95 qəpik) cərimə borcu yaranmışdır. Cavabdeh 13 oktyabr 2024-cü il tarixli müqaviləsinə əsasən, 16 oktyabr 2024-cü il tarixində İMEİ kod: **********86292 “Samsung Galaxy S23” markalı telefon və “Ödəniş təminatı” xidmətindən imtina etmiş və məhsul 1671,93 AZN (bir min altı yüz yetmiş bir manat-93 qəpik) qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 13 oktyabr 2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 15 AZN (on beş manat), məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1671,93 AZN (bir min altı yüz yetmiş bir manat-93 qəpik), 29 iyul 2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 80.48 AZN (səksən manat-48 qəpik) təşkil edir. Cavabdehlə aralarında bağlanılmış 13 oktyabr 2024-cü il, 29 iyul 2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 12 may 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 13 oktyabr 2024-cü il tarixli ********* saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alğı-satqı qiyməti 1879,02 manat olan “Samsung Galaxy S23” markalı telefon, “Paket XXXL” xidməti, “Samsung Charger” əldə edərək ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 104,39 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 29 iyul 2024-cü il tarixli 03859151 saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alğı-satqı qiyməti 300 manat olan “Pioneer” markalı maqnitofon əldə edərək ilkin ödəniş etmədən 12 ay müddətinə hər ay 25 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan:"xxxx" MMC tərəfindən verilmiş 03 iyun 2025-ci il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh 13 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 1686,93 manat ödəniş etmiş, onun 192,09 manat ödənilməmiş hissə, 19,21 manat cərimə borcu olmaqla, ümumilikdə 211,30 manat, 29 iyul 2024-cü il tarixli müqavilə üzrə 0 manat ödəniş etmiş, onun 219,52 manat ödənilməmiş hissə, 21,95 manat cərimə borcu olmaqla, ümumilikdə 241,47 manat, iki müqavilə üzrə cəmi 452,77 manat borcu vardır. İş materiallarında olan: 13 oktyabr 2024-cü il tarixli əşyaların təhvil-təslim aktlarından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “Samsung Galaxy S23” markalı telefon, “Paket XXXL” xidməti, “Samsung Charger”i tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: 29 iyul 2024-cü il tarixli əşyaların təhvil-təslim aktlarından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “Pioneer” markalı maqnitofonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 12 may 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; -600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hakim hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alğı-satqı müqavilələri əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən 1) 29 iyul 2024-cü il tarixli 03859151 saylı müqavilə üzrə yaranmış 219,52 AZN (iki yüz on doqquz manat-52 qəpik), 2) 13 oktyabr 2024-cü il tarixli ********* saylı müqavilə üzrə yaranmış 192,09 AZN (bir yüz doxsan iki manat-09 qəpik) əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, tərəflər arasında bağlanmış 29 iyul 2024-cü il tarixli və 13 oktyabr 2024-cü il tarixli müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin hakim hesab edir ki, cavabdehə 29 iyul 2024-cü il tarixli 03859151 saylı müqavilə üzrə hesablanmış 21,95 AZN (iyirmi bir manat-95 qəpik) məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 2,19 (iki manat-19 qəpik), 13 oktyabr 2024-cü il tarixli ********* müqavilə üzrə hesablanmış 19,21 AZN (on doqquz manat-21 qəpik) cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 1,92 AZN (bir manat-92 qəpik) məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə - 29 iyul 2024-cü il tarixli 03859151 saylı müqavilə üzrə 19,76 AZN (on doqquz manat-76 qəpik) cərimə borcu və 13 oktyabr 2024cü il tarixli ********* saylı müqavilə üzrə 17,29 AZN (on yeddi manat-29 qəpik) cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qətеtdim: İddia qismən təmin edilsin. Cavabdeh 1) 29 iyul 2024-cü il tarixli 03859151 saylı müqavilə üzrə 219,52 AZN (iki yüz on doqquz manat-52 qəpik) əsas borc, 2,19 (iki manat-19 qəpik) cərimə olmaqla, cəmi 221,71 AZN (iki yüz iyirmi bir manat-71 qəpik) borc; 2) 13 oktyabr 2024-cü il tarixli ********* saylı müqavilə üzrə 192,09 AZN (bir yüz doxsan iki manat-09 qəpik) əsas borc, 1,92 AZN (bir manat-92 qəpik) cərimə olmaqla, cəmi 194,01 AZN (bir yüz doxsan dörd manat-01 qəpik) borc, iki müqavilə üzrə cəmi 415,72 AZN (dörd yüz on beş manat-72 qəpik) borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi, ümumilikdə 445,72 AZN (dörd yüz qırx beş manat-72 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar