Məhkəmə qərarları › İş №e-2(040)-923/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-923/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-923/2024 18.09.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, müəyyənеtdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1) 26 dekabr 2023-cü il tarixli müqaviləsinə əsasən Ninebot skuter üçün 1245,06 manat ödənilməmiş hissə, 124,94 manat cərimə 2) 28 sentyabr 2023-cü il tarixli müqaviləsinə əsasən Paltaryuyan Beko üçün 855,22 manat ödənilməmiş hissə, 85,78 manat cərimə və 3) 15 sentyabr 2022-ci il tarixli müqaviləsinə əsasən Babil - Yataq -Dolab, Babil - Yataq - Termo üçün 501,74 manat ödənilməmiş hissə, 50,26 manat cərimə olmaqla, cəmi üç müqavilə üzrə 2863 manat borcun, həmçinin ödənilmiş 48,63 manat dövlət rüsumunun əvəzinin tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı 26 dekabr 2023-cü, 28 sentyabr 2023-cü və 15 sentyabr 2022-ci il tarixli müqavilələrə əsasən, Ninebot skuter, Paltaryuyan Beko və Babil - Yataq -Dolab, Babil - Yataq - Termo almış və üç müqavilə üzrə cəmi 2863 manat borcu yaranmışdır. Belə ki, qeyd edilən əşyaları aldıqdan sonra, cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə: 1) 26 dekabr 2023-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1245,06 manat (ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətinə hər ay 69,17 manat ödəmək şərti ilə), Ninebot skuter üçün 1245,06 manat ödənilməmiş hissə, 124,94 manat cərimə, 2) 28 sentyabr 2023-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1026,36 manat (ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətində hər ay 57,02 manat ödəmək şərti ilə) olan Paltaryuyan Beko üçün 855,22 manat ödənilməmiş hissə, 85,78 manat cərimə, 3) 15 sentyabr 2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1341,6 manat (ilkin ödəniş 0 manat etməklə, 24 ay müddətinə hər ay 55,9 manat ödəmək şərti ilə) olan, Babil - Yataq -Dolab, Babil - Yataq - Termo üçün 501,74 manat ödənilməmiş hissə, 50,26 manat cərimə olmaqla, cəmi üç müqavilə üzrə 2863 manat məbləğində borcu yaranmışdır. Cavabdehin üç müqavilə üzrə cəmi ödədiyi məbləğ 1011 manat təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilələr üzrə öhdəlikləri icra etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 26 dekabr 2023-cü il tarixli 03926838 saylı müqavilədən və müqaviləyə Əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 1245,06 manat olan “Ninebot skuter” əldə edərək, həmin məbləği ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətinə hər ay 69,17 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 28 sentyabr 2023-cü il tarixli 14484376 saylı müqavilədən və müqaviləyə Əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 1026,36 manat olan Paltaryuyan Beko əldə edərək, ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətində hər ay 57,02 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 15 sentyabr 2022-ci il tarixli 04171457 saylı müqavilədən və müqaviləyə Əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 1341,6 manat olan Babil - Yataq -Dolab, Babil - Yataq - Termo əldə edərək, həmin məbləği ilkin ödəniş 0 manat etməklə, 24 ay müddətinə hər ay 55,9 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 17 iyul 2024-cü il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh üç müqavilə üzrə cəmi 1011 manat ödəniş etmiş, onun 1) 26 dekabr 2023-cü il tarixli müqavilə üzrə 1245,06 manat ödənilməmiş hissə, 124,94 manat cərimə borcu, 2) 28 sentyabr 2023-cü il tarixli müqavilə üzrə 855,22 manat ödənilməmiş hissə, 85,78 manat cərimə və 3) 15 sentyabr 2022-ci il tarixli müqavilə üzrə 501,74 manat ödənilməmiş hissə, 50,26 manat cərimə olmaqla, ümumilikdə üç müqavilə üzrə 2863 manat (2602,02 manat əsas və 260,98 manat cərimə) borcu vardır. İş materiallarında olan: 26 dekabr 2023-cü, 28 sentyabr 2023-cü və 15 sentyabr 2022-ci əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Ninebot skuter, Paltaryuyan Beko və Babil - Yataq -Dolab, Babil - Yataq - Termonu tam qüsursuz halda təhvil almışdır İş materiallarında olan: cavabdehə göndərilmiş 14 iyun 2024-cü il tarixli xəbərdarlıq məktubundan (poçt qəbzi var) görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsindəəşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdəödəmək vəzifəsini icra etmədikdə satıcı verilmişəşyanın ödənilməsini və ya ödənilməmişmalın qaytarılmasını tələb edə bilər; -600.5-ci maddəsinə əsasən, alıcı verilmişəşyanı müqavilədə nəzərdə tutulan müddətdəödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görəödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir, müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər; -601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissəödənilməsi nəzərdə tutula bilər, hissə-hissəödəməşərti iləəşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşıəşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; -601.2-ci maddəsinə əsasən, hissə-hissəödəməşərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; -385.1-cimaddəsinə əsasən: öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. vəyamüəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-cimaddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə iləayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hesab edirəm ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən üç alqı-satqı müqavilələri üzrə yaranmış 2602,02 manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, tərəflər arasında bağlanmış 26 dekabr 2023-cü, 28 sentyabr 2023-cü və 15 sentyabr 2022-ci il tarixli müqavilələrdə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmənin tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edirəm ki, 26 dekabr 2023-cü il tarixli müqaviləyə əsasən iddia tələbi üzrə dəbbə pulu azaldılaraq 8 (səkkiz) manat, 28 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən iddia tələbi üzrə dəbbə pulu azaldılaraq 6 (altı) manat və 15 sentyabr 2022-ci il tarixli müqaviləyə əsasən iddia tələbi üzrə dəbbə pulu azaldılaraq 3 (üç) manat məbləğində müəyyən olunmalıdır. Qalan hissədə - 243,98 manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 48,63 manat dövlət rüsumunun 46,19 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə hakim hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 26 dekabr 2023-cü il tarixli müqaviləsi üzrə 1245,06 manat (min iki yüz qırx beş manat 06 qəpik) əsas, 8 (səkkiz) manat cərimə, 28 sentyabr 2023-cü il tarixli müqaviləsi üzrə 855,22 manat (səkkiz yüz əlli beş manat 22 qəpik) əsas, 6 (altı) manat cərimə və 15 sentyabr 2022-ci il tarixli müqaviləsi üzrə 501,74 manat (beş yüz bir manat 74 qəpik) əsas, 3 (üç) manat cərimə borcu olmaqla, cəmi 2619,02 manat (iki min altı yüz on doqquz manat 02 qəpik) borc, həmçinin ödənilmiş 46,19 manat dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qətеtdim: İddia qismən təmin edilsin. Cavabdeh 26 dekabr 2023-cü il tarixli müqaviləsi üzrə 1245,06 manat (min iki yüz qırx beş manat 06 qəpik) əsas, 8 (səkkiz) manat cərimə, 28 sentyabr 2023-cü il tarixli müqaviləsi üzrə 855,22 manat (səkkiz yüz əlli beş manat 22 qəpik) əsas, 6 (altı) manat cərimə və 15 sentyabr 2022-ci il tarixli müqavilə üzrə 501,74 manat (beş yüz bir manat 74 qəpik) əsas, 3 (üç) manat cərimə borcu olmaqla, cəmi 2619,02 manat (iki min altı yüz on doqquz manat 02 qəpik) borc, həmçinin ödənilmiş 46,19 manat (qırx altı manat 19 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar