Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-952/2024 28.11.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 02 may 2023-cü il tarixli müqaviləyə əsasən MARVİN CARPAYİ- İKİ MƏRTƏBƏLİ, 2 ədəd MATRAS üçün 723 manat ödənilməmiş hissə, 72 manat cərimə, 19 aprel 2023-cü il tarixli müqaviləyə əsasən SAMSUNG GALAXY A23 markalı telefon, VİNİL Şəffaf, tozsoran Gorenje, URBANİSTA qulaqlıq üçün 1026 manat ödənilməmiş hissə, 102 manat cərimə olmaqla, ümumilikdə iki müqavilə üzrə 1923 manat borcun və 39,23 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağlanmış 02 may 2023-cü il və 19 aprel 2023-cü il tarixli iki müqaviləyə əsasən, MARVİN ÇARPAYİ- İKİ MƏRTƏBƏLİ, 2 ədəd MATRAS və SAMSUNG GALAXY A23 markalı telefon, VİNİL Şəffaf, tozsoran Gorenje, URBANİSTA qulaqlıq almış və cəmi 1923 manat borcu yaranmışdır. Belə ki, qeyd olunan avadanlıqları aldıqdan sonra, cavabdeh, müqavilələrin şərtlərini pozmuş və nəticədə: 1) 02 may 2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 900 manat olan (ilkin ödəniş 0 manat etməklə, 24 ay müddətində hər ay 37,5 manat ödəmək şərti ilə) MARVİN CARPAYİ- İKİ MƏRTƏBƏLİ, 2 ədəd MATRAS üçün ümumilikdə 795 manat olmaqla ondan, 723 manat ödənilməmiş hissə, 72 manat cərimə, 2) 19 aprel 2023cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1089 manat olan (ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətində hər ay 60,5 manat ödəmək şərti ilə) SAMSUNG GALAXY A23 markalı telefon, VİNİL Şəffaf, tozsoran Gorenje, URBANİSTA qulaqlıq üçün ümumilikdə 1128 manat olmaqla ondan 1026 manat ödənilməmiş hissə, güzəşt olaraq 102 manat cərimə borcu yaranmışdır. Cavabdehin iki müqavilə üzrə cəmi ödədiyi məbləğ 240 manat təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh iki müqavilə üzrə öhdəliklərini icra etmir. Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, ərizə məhkəməyə daxil olduğu gündən 1 (bir) ay müddətin keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ərizəyə qarşı münasibətini əks etdirən heç bir mülahizə və ya etiraz daxil olmamış, cavabdehə göndərilmiş bildirişin alınmasını təsdiq edən sənəd də məhkəməyə daxil olmamışdır. Kəlbəcər Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli 2(040)-952/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi”nə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçilməsi qərara alınmışdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək, məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh 23 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında izahat verərək iddia tələbini qismən qəbul etdiyini, 2 müqavilə üzrə cəmi 1749 manat əsas borcu ödəməyə razı olduğunu bildirmişdir. İş materiallarında olan: 02 may 2023 -cü il tarixli 03973299 nömrəli müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 900 manat olan MARVİN CARPAYİ- İKİ MƏRTƏBƏLİ, 2 ədəd MATRAS əldə edərək, ilkin ödəniş 0 manat etməklə, 24 ay müddətində hər ay 37,5 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 19 aprel 2023-cü il tarixli 04003772 nömrəli müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 1089 manat olan SAMSUNG GALAXY A23 markalı telefon, VİNİL Şəffaf, tozsoran Gorenje, URBANİSTA qulaqlıq əldə edərək, ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətində hər ay 60,5 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 11 iyul 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iki müqavilə üzrə cəmi 240 manat ödəniş etmiş, onun 02 may 2023 -cü il tarixli müqavilə üzrə 723 manat əsas, 72 manat cərimə, 19 aprel 2023 -cü il tarixli ikinci müqavilə üzrə 1026 manat əsas, 102 manat cərimə olmaqla, cəmi iki müqavilə üzrə 1923 manat (1749 manat əsas, 174 manat cərimə) borcu vardır. İş materiallarında olan: 02 may 2023-cü il və 19 aprel 2023-cü il tarixli əşyaların təhvil-təslim aktlarından görünür ki, Cavabdeh "xxxx" MMC-dən MARVİN CARPAYİ- İKİ MƏRTƏBƏLİ, 2 ədəd matrası və SAMSUNG GALAXY A23 markalı telefon, VİNİL Şəffaf, tozsoran Gorenje, URBANİSTA qulaqlığı tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 31 may 2024-cü il tarixli məktubdan (poçt qəbzi var) görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 567ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. - 601-ci maddəsinin tələbinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. - 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəlləsi) 14.2, 217.4 və 218.3-cü maddələrinin müddəalarından görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən iki alqı-satqı müqaviləsi üzrə yaranmış 1749 manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, tərəflər arasında bağlanmış 02 may 2023-cü və 19 aprel 2023-cü il tarixli müqavilələrdə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmənin tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, 02 may 2023-cü il tarixli müqavilə üzrə dəbbə pulu 1 (bir) manat, 19 aprel 2023-cü il tarixli müqavilə üzrə dəbbə pulu 2 (iki) manat məbləğində müəyyən olunmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 39,23 manat dövlət rüsumunun 37,51 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 02 may 2023-cü il tarixli müqaviləyə əsasən 723 manat (yeddi yüz iyirmi üç manat) əsas, 1 (bir) manat cərimə, 19 aprel 2023-cü il tarixli ikinci müqaviləyə əsasən 1026 manat (bir min iyirmi altı) əsas, 2 (iki) manat cərimə olmaqla, iki müqavilə üzrə cəmi 1752 (bir min yeddi yüz əlli iki) manat borc, həmçinin ödənilmiş 37,52 manat (otuz yeddi manat 52 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumulikdə 1789,52 manat tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1) 02 may 2023-cü il tarixli 03973299 nömrəli müqavilə üzrə yaranmış 723 AZN (yeddi yüz iyirmi üç manat) əsas borc və 1 AZN (bir manat) cərimə borcu olmaqla, həmin müqavilə üzrə cəmi 724 AZN (yeddi yüz iyirmi dörd manat) borc, 2) 19 aprel 2023cü il tarixli 04003772 nömrəli müqavilə üzrə yaranmış 1026 AZN (bir min iyirmi altı manat) əsas borc və 2 AZN (iki manat) cərimə borcu olmaqla, həmin müqavilə üzrə cəmi 1028 AZN (bir min iyirmi səkkiz manat) borc, iki müqavilə üzrə cəmi 1752 (bir min yeddi yüz əlli iki manat) AZN borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 37,52 AZN (otuz yeddi manat-52 qəpik) hissəsinin pul əvəzi, ümumilikdə 1789,52 AZN (min yeddi yüz səksən doqquz manat-52 qəpik) məbləğdə pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-952/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-952/2024
28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver