Məhkəmə qərarları › İş №e-2(040)-978/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-978/2025

18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-978/2025 18.11.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “nisyə alğı-satqı müqaviləsindən yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 09 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********70639 olan “İphone 14 Plus” markalı telefon, “Paket XXXL xidməti”, “Apple” markalı adapter, 2 ədəd şəffaf “Vinil” üçün 1979,93 AZN (bir min doqquz yüz yetmiş doqquz manat-93 qəpik) ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 AZN (iyirmi üç manat-60 qəpik) rüsum, 197,99 AZN (yüz doxsan yeddi manat-99 qəpik) cərimə olmaqla, ümumilikdə 2201,52 AZN (iki min iki yüz bir manat-52 qəpik) məbləğdə borcun və iddiaçı tərəfindən ödənilmiş 42,02 AZN (qırx iki manat-02 qəpik) dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış 09 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********70639 olan “İphone 14 Plus” markalı telefon, “Paket XXXL xidməti”, “Apple” markalı adapter, 2 ədəd şəffaf “Vinil” almış və nəticədə 2201,52 AZN (iki min iki yüz bir manat-52 qəpik) borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2529,93 AZN (iki min beş yüz iyirmi doqquz manat-93 qəpik) olan (yəni 300,99 manat ilkin ödəniş etməklə 18 ay müddətinə aylıq 123,83 manat ödəmək şərtilə) İMEİ kodu **********70639 olan “İphone 14 Plus” markalı telefon, “Paket XXXL xidməti”, “Apple” markalı adapter, 2 ədəd şəffaf “Vinil” üçün ümumilikdə, 2201,52 AZN (iki min iki yüz bir manat-52 qəpik) olmaqla ondan 1979,93 AZN (bir min doqquz yüz yetmiş doqquz manat-93 qəpik) ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 AZN (iyirmi üç manat-60 qəpik) rüsum, müştəriyə güzəşt olunaraq 197,99 AZN (yüz doxsan yeddi manat-99 qəpik) cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 550 AZN (beş yüz əlli manat) təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış 09 oktyabr 2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 04 iyun 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, Cavabdeh Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli e-2(040)-978/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi barədə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cərimə məbləğinin əsas borcun 1 (bir) faizi miqdarında müəyyən edilməsinə etiraz etmir. İş materiallarında olan: 09 oktyabr 2024-cü il tarixli 06652853 nömrəli müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alğı-satqı qiyməti 2529,93 manat olan “İphone 14 Plus” markalı telefon, “Paket XXXL xidməti”, “Apple” markalı adapter, 2 ədəd şəffaf “Vinil” əldə edərək, 300,99 manat ilkin ödəniş etməklə, 18 ay müddətində hər ay 123,83 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 21 iyun 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh müqavilə üzrə cəmi 550 manat ödəniş etmiş, 1979,93 manat əsas, 23,60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 197,99 manat cərimə olmaqla, cəmi 2201,52 manat borcu vardır. İş materiallarında olan: 09 oktyabr 2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh “İphone 14 Plus” markalı telefon, “Paket XXXL xidməti”, “Apple” markalı adapter, 2 ədəd şəffaf “Vinil”i tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 04 iyun 2025-ci il tarixli məktubdan (poçt qəbzi var) görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. İş materiallarında olan: 23 iyun 2025-ci il tarixli 74696511 nömrəli qəbzdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırılması üçün 42,02 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 567ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -601-ci maddəsinin tələbinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. -600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəlləsi) 14.2, 217.4 və 218.3-cü maddələrinin müddəalarından görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən- 1979,93 AZN (bir min doqquz yüz yetmiş doqquz manat-93 qəpik) əsas borc və 19,79 AZN (on doqquz manat-79 qəpik) cərimə borcu olmaqla, cəmi 1999,72 AZN (bir min doqquz yüz doxsan doqquz manat-72 qəpik) borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 39,99 AZN (otuz doqquz manat-99 qəpik) hissəsinin pul əvəzi, ümumilikdə 2039,71 AZN (iki min otuz doqquz manat-71 qəpik) məbləğdə pul vəsaitinin tələbinə dair hissədə qanuni və əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Belə ki, Cavabdeh alğı-satqı müqaviləsi əsasında əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən alqı-satqı müqaviləsi üzrə yaranmış 1979,93 AZN (bir min doqquz yüz yetmiş doqquz manat-93 qəpik) əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, tərəflər arasında bağlanmış 09 oktyabr 2024-cü il tarixli 06652853 nömrəli müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsəsən məhkəmənin tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, 09 oktyabr 2024-cü il tarixli 06652853 nömrəli müqavilə üzrə dəbbə pulu 19,79 AZN (on doqquz manat-79 qəpik) məbləğində müəyyən olunmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 39,99 AZN (otuz doqquz manat-99 qəpik) hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 09 oktyabr 2024-cü il tarixli 06652853 nömrəli müqavilə üzrə yaranmış 1979,93 AZN (bir min doqquz yüz yetmiş doqquz manat-93 qəpik) əsas borc və 19,79 AZN (on doqquz manat- 79 qəpik) cərimə borcu olmaqla, cəmi 1999,72 AZN (bir min doqquz yüz doxsan doqquz manat-72 qəpik) borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 39,99 AZN (otuz doqquz manat-99 qəpik) hissəsinin pul əvəzi, ümumilikdə 2039,71 AZN (iki min otuz doqquz manat-71 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə- 178,20 AZN (yüz yetmiş səkkiz manat-20 qəpik) cərimə borcunun tələbinə dair hissədə Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən (yəni cərimə borcu məhkəmə tərəfindən azaldığından), həmin hissədə, həmçinin İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 AZN (iyirmi üç manat-60 qəpik) rüsum hissəsində əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 09 oktyabr 2024-cü il tarixli 06652853 nömrəli müqavilə üzrə yaranmış 1979,93 AZN (bir min doqquz yüz yetmiş doqquz manat-93 qəpik) əsas borc və 19,79 AZN (on doqquz manat-79 qəpik) cərimə borcu olmaqla, cəmi 1999,72 AZN (bir min doqquz yüz doxsan doqquz manat-72 qəpik) borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 39,99 AZN (otuz doqquz manat-99 qəpik) hissəsinin pul əvəzi, ümumilikdə 2039,71 AZN (iki min otuz doqquz manat-71 qəpik) məbləğdə pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar