Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-100/2024 22.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədirliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “İcbari Sığorta Bürosu” X7 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İcbari Sığorta Bürosu” X14 məhkəməyə müraciət edərək göstərmişdir ki, LPO ASC "xxxx" Sığorta şirkətindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası“ növü üzrə Cavabdeh adına sığortalanmış QAZ 310290 markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 1/14/2020 10:30:00 PM tarixində Bakı şqəhəri, Qazax yolu 202 km. Cavabdeh tərəfindən idarə olunarkən baş vernmiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 əmlakına maddi zərər vurulmuşdur. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini idarə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmamış və orta dərəcədə sərxoş olmuşdur. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar X18 tərəfindən tərtib edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə“ Arayışdan məlum olur ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh QAZ 310290 markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmamış və nəqliyyat vasitəsini idarə edərkən sərxoş olmuşdur. Hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən zərərçəkənə dəymiş zərərə görə zərərçəkən X3 750 manat sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankın ərizəsi üzrə Bakı Kommersiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ASC "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi qət olunmuşdur. Ona görə də subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 750 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 780 manat pulun iddiaçı “İcbari Sığorta Bürosu” X7 xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılan müddətdə iddiaçı “İcbari Sığorta Bürosu” X14 iddia həcminin artırılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh tərəfindən həmçinin X11 FORD tranzit markalı avtomobilinə 4500 manat məbləğində maddi zərər dəymiş, və onun səhhətinə az ağır xəsarət yektirilmişdir. Bununla əlaqədar olaraq “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən “İcbari sığorta haqqında” Qanunun 14-cü və 56.1-ci maddəsinə uyğun olaraq az ağır xəsarətlərə görə 1500 manat və əmlaka dəymiş zərər üzrə 4500 manat sığorta ödənişi (kompensasiya ödənişi) həyata keçirilmişdir. Ona göbrə də iddia məbləğinin həcminin 6000 manat artırılaraq 6750 manat və ödənilmiş dövlət rüsumunun 57,5 manat artırılaraq 87,5 manat, ümumilikdə iddianın yekun məbləğinin artırılaraq 6837,5 manat pulun Cavabdeh tutularaq “İcbari Sığorta Bürosu” HŞİ-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı “İcbari Sığorta Bürosu” X10 lazımi qaydada məlumat verilmiş, “İcbari Sığorta Bürosu” X7 etibarnamə əsasında səlahiyyətli nümayəndəsi Əziz Quliyev məhkəməyə ərizə göndərib iddia tələbini müdafiə etdiklərini bildirib, mülki işə onların iştirakı olmadan baxılmaqla iddia ərizəsində nəzərdə tutulan məbləğdə ödənişin cavabdehdən tutularaq “İcbari Sığorta Bürosu” X7 bank hesabına köçürülməsini təmin edən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə “İcbari Sığorta Bürosu” X7 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə idarə etdiyi özünə məxsus QAZ-310290 minik markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Qazax yolunda Qazax istiqamətində 80 km/saat sürətlə hərəkətdə olarkən, qarşıda onunla eyni istiqamətdə hərəkət edən Ford Tranzit markalı avtomobili həmin avtomobili soldan ötmək istəyərkən avtomobilinin qabaq sağ yan tərəfi həmin avtomobilin sol yan tərəfi ilə toqquşmuşdur. Törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində Ford Tranzit markalı avtomobilə maddi ziyan dəymişdir. Törətdiyi hadisəyə görə cəzasını çəkmiş, “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.3 bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İdarə etdiyi QAZ-310290 minik markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil sığortalı olduğuna görə zərərçəkmiş şəxs olan X4 "xxxx" Sığorta şirkəti tərəfindən 750 manat məbləğində sığorta ödənişi edilmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh məxsus QAZ 310290 markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Sığorta şirkəti tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi 1 il müddətinə 5000 manat məbləğində sığorta olunmuşdur. İş materiallarına əlavə edilmiş İC AA 5148/20 saylı işə dair Sığorta aktının surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 22.30 radələrində Bakı-Qazax yolunun 202-ci kilometrliyində sığortalanmış avtomobili idarə etmə hüququ olmadan idarə edən Cavabdeh ehtiyyatsızlığından yüngül xəsarət alan X4 750 manat məbləğində sığorta ödənişi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş İC AA 5147/20 saylı işə dair Sığorta aktının surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 22.30 radələrində Bakı-Qazax yolunun 202-ci kilometrliyində sığortalanmış avtomobili idarə etmə hüququ olmadan idarə edən Cavabdeh ehtiyyatsızlığından az ağır xəsarət alan X12 1500 manat məbləğində sığorta ödənişi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş İC AA 4364/20 saylı işə dair Sığorta aktının surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 22.30 radələrində Bakı-Qazax yolunun 202-ci kilometrliyində sığortalanmış avtomobili idarə etmə hüququ olmadan idarə edən Cavabdeh ehtiyyatsızlığından X11 idarə etdiyi X4 məxsus Ford Tranzit markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobilə 4500 manat manat məbləğində sığorta ödənişi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş PAŞA BANKİN Ölkədaxili # 001XOH********** nömrəli ödəniş qəbzinin surətindən görünür ki, “İcbari Sığorta Bürosu” X14 tərəfindən X4 750 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarına əlavə edilmiş PAŞA BANKİN Ölkədaxili # 001XOH********** nömrəli ödəniş qəbzinin surətindən görünür ki, “İcbari Sığorta Bürosu” X14 tərəfindən X12 1500 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarına əlavə edilmiş PAŞA BANKİN Ölkədaxili # 001XOH********** nömrəli ödəniş qəbzinin surətindən görünür ki, “İcbari Sığorta Bürosu” X14 tərəfindən X4 4500 manat məbləğində sığorta ödənişi edilmişdir. Məhkəmə Cavabdeh izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, LPO ASC "xxxx" Sığorta şirkətindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası“ növü üzrə Cavabdeh adına sığortalanmış QAZ 310290 markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 1/14/2020 10:30:00 PM tarixində Bakı şqəhəri, Qazax yolu 202 km. Cavabdeh tərəfindən idarə olunarkən baş vernmiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 əmlakına maddi zərər vurulmuşdur. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini idarə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmamış və orta dərəcədə sərxoş olmuşdur. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar X18 tərəfindən tərtib edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə“ Arayışdan məlum olur ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh QAZ 310290 markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmamış və nəqliyyat vasitəsini idarə edərkən sərxoş olmuşdur. xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən zərərçəkən şəxslər X3 ona məxsus avotomobilə dəyən maddi ziyana görə 4500 manat, sağlamlığına yetirilmiş xəsarətə görə 750 manat, X1 yetirilmiş xəsarətə görə 1500 manat, ümumilikdə 6750 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Qeyd olunan yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən “İcbari Sığorta Bürosu” X10 vurulmuş maddi zərərə görə 6750 manat məbləğində pul qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrəsığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İş materiallarında göründüyü kimi Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 6750 manat məbləğində sığorta ödənişi “İcbari Sığorta Bürosu” X14 tərəfindən zərərçən şəxslərə ödənildiyindən “İcbari Sığorta Bürosu” X14 həmin məbləğdə pulu Cavabdeh tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikd) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlıfəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmişfiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ il əvə ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnı tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə cavabdeh X6 6750 manat və ödənilmiş dövlət rüsumuna görə 87,5 manat, ümumilikdə 6837,5 manat pul alınaraq “İcbari Sığorta Bürosu” X7 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X6 6750 manat və ödənilmiş dövlət rüsumuna görə 87,5 manat, ümumilikdə 6837,5 manat pul alınaraq “İcbari Sığorta Bürosu” X7 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №e-2(041)-100/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-100/2024
22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver