Məhkəmə qərarları › İş №e-2(041)-1058/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1058/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1058/2024 27.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərib Bəybala oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı 750 manat məbləğində sığorta ödənişinin subroqasiya hüququ əsasında tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Vaz-2106 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli, PSS********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən "xxxx" ASC-də sığortalanmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə Kürdəmir şəhəri, Babək prospekti ərazisində sürücülük vəsiqəsi olmadan idarə edərkən Mersedes Benz C230 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı və Nissan Tida markalı, ** TZ *** dövlət nömrə nişanlı avtomobillərlə toqquşaraq onlara maddi ziyan vurmuşdur. Kürdəmir RPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın”dan və Kürdəmir rayonu YNH inspektoru polis kapitanı X2 xx.xx.2021-ci i l tarixli İnzibati xəta haqqında protokolundan görünür ki, 2021-ci ilin 17 sentyabr tarixində Kürdəmir şəhəri, Babək prospekti ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yolnəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinmişdir. X6 C230 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı və Nissan Tida markalı ** TZ *** dövlət nömrə nişanlı avtomobillərə dəymiş zərərin miqdarı “İcbari Sığortalar haqqında“ qanunun 16-cı və “Sığorta fəaliyyəti haqqında“ qanunun 10.10-cu maddələrinin tələblərinə əsasən, müqavilə üzrə Cəmiyyətlə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs “Qafqaz Ticarət“ MMC tərəfindən qiymətləndirilərək Mersedes Benz C230 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil üçün 250 manat, Nissan Tida markalı ** TZ *** dövlət nömrə nişanlı avtomobil üçün 500 manat, ümumilikdə 750 manat məbləğində müəyyən edtilmişdir. Bundan öncə cavabdehə zərər məbləğinin qiymətləndirilməsində iştirak etmək üçün servis mərkəzinə yaxınlaşmalı olması, gəlmədiyi və hərəkətsizlik edəcəyi təqdirdə susmasının zərər məbləği ilə razılaşması kimi qəbul ediləcəyi izah olunmuşdur. Mersedes Benz C230 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil üçün ödəniş xx.xx.2021-ci il tarixli, İ-1803/21 saylı sığorta ödənişi aktında və onun əsasında verilmiş **********4 saylı ödəniş tapşırığında və Nissan Tida markalı ** TZ *** dövlət nömrə nişanlı avtomobil üçün isə xx.xx.2021-ci il tarixli, İ-1725/21 saylı sığorta ödənişi aktında və onun əsasında verilmiş **********5 saylı ödəniş tapşırığında öz əksini tapmış və faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Faydalanan şəxslərə ödənilmiş 750 manat məbləğ cavabdeh tərəfindən cəmiyyətə qaytarılmalıdır. Cavabdehə bu barədə xx.xx.2024-cü il tarixli, 24/064 saylı pretenziya məktubu göndərilmiş, lakin müsbət nəticə olmamışdır. Ona görə də "xxxx" ASC tərəfindən əmlaka dəyən zərərə görə ödənilmiş 750 manat, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 780 manat pulun cavabdeh X3 tutularaq "xxxx" ASC-nin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırki iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdiriliş qaydada baxılmasına yol verilir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarına əlavə edilmiş İ-1725/21 və İ-1803/21 nömrəli İcbari Sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X1 məxsus Cavabdeh idarə etdiyi Vaz-2106 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-cil il tarixədək olmaqla, 1 il müddətinə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş “Qafqaz Ticarət“ MMC-nin qiymətləndirməyə dair yekun aktının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Mersedes Benz C230 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə 250 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “Qafqaz Ticarət“ MMC-nin qiymətləndirməyə dair yekun aktının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Nissan Tida markalı ** TZ *** dövlət nömrə nişanlı avtomobilə 500 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, **********5 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən Nissan Tida markalı ** TZ *** dövlət nömrə nişanlı avtomobilin sahibi X4 500 manat məbləğində sıborta ödənişi edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, **********4 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən Mersedes Benz C230 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5 250 manat məbləğində sıborta ödənişi edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik oldukğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortası subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikd) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərlə ki, zərərin qarşısıalınmazqüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etməkhüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsmin öhdəsinə qoyulur. Məhkəmə işdə olan sənədləri tədqiq edərək müəyyən edir ki, Cavabdeh "xxxx" ASC-nə ümumilikdə 750 manat məbləğində sığorta borcu var. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” reyestrdən çıxarışdan görünür ki, Cavabdeh məhkəmə bildirişini qəbul etmiş, lakin qəbul etdiyi tarixdən 10 (on) iş günü müddəti keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, müəyyən olunmuş müddət ərzində iddiaya qarşı etirazının daxil olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olunduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağrılmaqla dindirilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına maneə olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materiallarından görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 750 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla, cəmi 780 manat məbləğində pul alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 750 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla, cəmi 780 manat məbləğində pul alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar