Məhkəmə qərarları › İş №e-2(041)-1175/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №e-2(041)-1175/2024

30.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № e-2(041)-1175/2024 30.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə, İddiaçın Cavabdeh qarşı lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair mülki işə Kürdəmir rayonu, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək lizinq obyekti olan 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 10 noyabr 2020-ci il tarixli, MAS-3018 saylı “Daxili lizinq“ müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 17 aprel 2024-cü il tarixə 1374,82 manat gecikdirilmiş əsas, 220,31 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 232,65 manat dəbbə pulu, cəmi 1827,78 manat borc və ödənilmiş 100,40 manat rüsumun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilərək məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilmiş, İddiaçı MMC məhkəməyə ərizə göndərib mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsimni xahiş etmişdir. Cavabdeh isə məhkəməyə gəlməmiş və mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçın Cavabdeh qarşı lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması barədə İddiaçı MMC-nin ərizəsi qəbul edilməli və ərizə baxılmamış saxlanılmal və İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu büdcədən İddiaçınə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçın Cavabdeh qarşı lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı MMC-nə qaytarılsın. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən Elektron hökumət ödəniş portalı vasitəsi ilə Kürdəmir rayon məhkəməsinin hesabına ödədiyi 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçınə qaytarılsın. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar