Məhkəmə qərarları › İş №e-2(041)-1393/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1393/2025

14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1393/2025 14.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aidə Sədrəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən "xxxx" MMC-nin xeyrinə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, zəmanət + 2 il xidməti, QƏHVƏBİŞİRƏN Delonghı üçün 2611.28 (iki min altı yüz on bir manat, 28 qəpik) manat ödənilməmiş hissə, 261.13 (iki yüz altmış bir manat, 13 qəpik) manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, X1 2 il xidməti, Plyonka İstehsalı, İmei Kodu **********21930 İphone 13 markalı telefon üçün 1944.54 (min doqquz yüz qırx dörd manat, 54 qəpik) manat ödənilməmiş hissə, 194.45 (yüz doxsa dörd manat, 45 qəpik) manat dəbbə ümumilikdə 5011.40 manat borc, 70.12 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən Zəmanət + 2 il xidməti, Qəhvəbişirən Delonghı, X1 2 il xidməti, Plyonka istehsalı, İmei Kod **********21930 İphone 13 markalı telefon almış və nəticədə 5011.40 (beş min on bir manat, 40 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3401.28 (üç min dörd yüz bir manat, 28 qəpik) manat (24 ay x 112.97 manat + 690 manat ilkin ödəniş) olan Zəmanət + 2 İL xidməti, Qəhvəbişirən Delonghı üçün ümumilikdə, 2872.41 (iki min səkkiz yüz yetmiş iki manat, 41 qəpik) manat olmaqla ondan, 2611.28 (iki min altı yüz on bir manat, 28 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 261.13 (iki yüz altmış bir manat, 13 qəpik) manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2074.54 (iki min yetmiş dörd manat, 54 qəpik) manat (18 ay x 108.03 manat + 130 manat ilkin ödəniş) olan X1 2 il Xidməti, Plyonka İstehsalı, İmei Kodu **********21930 İphone 13 markalı telefon üçün ümumilikdə, 2138.99 (iki min yüz otuz səkkiz manat, 99 qəpik) manat olmaqla ondan, 1944.54 (min doqquz yüz qırx dörd manat, 54 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 194.45 (yüz doxsa dörd manat, 45 qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 920 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə daxil olmuş ərizədə onların iştirakları olmadan məhkəmə iclaslarının keçirilməsi və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələblərini qəbul edərək bildirdi ki, ailəlidir. Qəhvə bişirən aparatı yoldaşının qohumuna, telefonu isə qardaşına hədiyyə almışdır. Bir müddət ödənişlər etsə də hal-hazırda ödəməyə maddi imkanı yoxdur. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 16656657 saylı alqı-satqı müqaviləsindən və həmin müqaviləyə əlavə edilən ödəniş cədvəlindən müəyyən olunur ki, alıcı qiyməti 3401.28 manat “Qəhvəbişirən Delonghı” ilkin ödəniş 690 manat olmaqla, 24 ay müddətinə hər ay 112.97 manat olmaqla hissə-hissə ödəmək şərti ilə alıcıya satmışdır. Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 03458415 saylı alqı-satqı müqaviləsindən və həmin müqaviləyə əlavə edilən ödəniş cədvəlindən müəyyən olunur ki, alıcı qiyməti 2074.54 manat olan İmei Kodu **********21930 İphone 13 markalı telefonu ilkin ödəniş 130 manat olmaqla 18 ay müddətinə hər ay 108.03 manat olmaqla hissə-hissə ödəmək şərti ilə alıcıya satmışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 2611.28 manat, dəbbə puluna görə 261.13 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 1944.54 manat, dəbbə puluna görə 194.45 manat olmaqla, cəmi 5011.40 manat borcu vardır. "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, satıcı alıcıya borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh malın nisyə-alqı satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, hesablanmış cərimənin götürülmüş borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, xx.xx.2024-cü il tarixli, 16656657 saylı müqavilə üzrə 130,56 manat, xx.xx.2024-cü il tarixli 03458415 saylı müqavilə üzrə 97,22 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, 16656657 saylı müqavilə üzrə müqavilə üzrə 2611.28 manat əsas borc, 130,56 manat dəbbə borcu, xx.xx.2024-cü il tarixli 03458415 saylı müqavilə üzrə 1944.54 manat əsas borc, 97,22 manat dəbbə borcu olmaqla, ümumilikdə 4783,6 (dörd min yeddi yüz səksən üç manat altmış qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 70.12 (yetmiş manat on iki qəpik) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 16656657 saylı müqavilə üzrə 2611.28 manat əsas borc, 130,56 manat dəbbə borcu, xx.xx.2024-cü il tarixli, 03458415 saylı müqavilə üzrə 1944.54 manat əsas borc, 97,22 manat dəbbə borcu olmaqla, ümumilikdə 4783,6 (dörd min yeddi yüz səksən üç manat altmış qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 70.12 (yetmiş manat on iki qəpik) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar