Məhkəmə qərarları › İş №e-2(041)-1731/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1731/2024

28.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1731/2024 28.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Qurbanov Ruslan Baxşəli oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “yaşayış binasının saxlanması üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “yaşayış binasının saxlanması üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, yaşayış binasının saxlanması üçün yaranmış 1858.14 (bir min səkkiz yüz əlli səkkiz manat on dörd qəpik) manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38.59 manatın Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 may 2014-cü il tarixli 03/36 nömrəli müqaviləyə əsasən, İddiaçı MMC Abşeron rayonu, Xırdalan şəhəri, Qafqaz Universitetinin qərb hissəsində inşa etdiyi 3 saylı yaşayış binasının 7-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 83,71 kv.m olan 2 otaqlı 36 saylı mənzili Cavabdeh təhvil verməyi öhdəsinə götürmüşdür. Qeyd edilən binanın tikintisi 2016-cı ilin yanvar ayında tam başa çatdırılaraq, cavabdehə təhvil verilmişdir. Tərəflər arasında bağlanmış həmin müqavilənin 5.5-ci bəndinə əsasən, Cavabdeh binada istifadədə olan liftin, blokun təmizliyini, məişət tullantılarının daşınması, blokun işıqlandırılması, mənzilin ümumi sahəsinin hər kvadrat metri üçün 0,30 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Nəzərə alsaq ki, cavabdehə təhvil verilmiş mənzilin ümumi sahəsi 83,71 kv.nı- dir, deməli cavabdeh qeyd edilən xidmətlərə görə İddiaçı MMC-yə hər ay 25,11 manat pul ödəməli idi. Cavabdehin bu günə olan ümumi borcu 1858,14 (bir min səkkiz yüz əlli səkkiz manat on dörd qəpik) manat təşkil edir. Cavabdehə dəfələrlə müraciət edilərək yaranmış borcunu ödəməsi tələb olunsa da, o, heç bir ödəniş etmək niyyətində olmadığını bildirir. Buna görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanlandığı iddiaya qarşı etirazda iddiaçının əsaslandığı müqavilənin alqı-satqı müqaviləsi olduğunu, xidmət müqaviləsinin olmadığını, həmin müqavilənin 5.5-ci bəndinin hüquq normalarına zidd olduğunu, binanın sahə mülkiyyətçiləri tərəfindən yaradılmadığı, mənzil mülkiyyəçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi olmadığını və sahə mülkiyyətçilərinin ona idarəedici səlahiyyət vermədiyini göstərmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən **********08-05303-093036 nömrəli reyestr kitabının 87 nömrəli çıxarışın surətinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 74.6 m2 olan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı MMC-nin mülkiyyətindədir və bu barədə xx.xx.2020-ci il tarixdə, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 03-36 nömrəli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Qafqaz Universitetinin qərb hissəsində 3 saylı yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 7 mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 83.71 m2 təşkil edən 2 otaqlı 36 saylı mənzilin “Cəmiyyət” “Payçı”-ya verilməsini, “Payçı” isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.5-ci maddəsinə əsasən, “payçı” tərəfindən istifadə olunan liftin, blokun təmizliyini, məişət tullantılarının daşınması, blokun işıqlandırılması, mənzilin ümumi sahəsinin hər kvadrat metri üçün 0,30 manat olmaqla hesablanır və “cəmiyyət”ə ödənilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 74.6 m2 olan mənzilin iş üzrə Cavabdeh satılması rəsmiləşdirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 64/01KM nömrəli İddiaçı MMC-nin direktoru tərəfindən imzalanmış məktubdan görünür ki, -2016-cı il üzrə 6 ay ödəniş edilməyib və borc: 78,43x0,30x6 = 141,17 manat -2017-ci il üzrə 6 ay ödəniş edilməyib və borc: 78,43x0,30x6 =141,17 manat -2019-ci il üzrə 7 ay ödəniş edilməyib və borc: 78,43x0,30x7 = 164,70 manat -2020-ci il üzrə 12 ay ödəniş edilməyib və borc: 78,43x0,30x12 = 282,36 manat -2021 -ci il üzrə 12 ay ödəniş edilməyib və borc: 78,43x0,30x12 = 282,36 manat -2022-ci il üzrə 12 ay ödəniş edilməyib və borc: 78,43x0,30x12 = 282,36 manat -2023-cü il üzrə 12 ay ödəniş edilməyib və borc: 78,43x0,30x12 = 282,36 manat -2024-cü il üzrə 8 ay ödəniş edilməyib və borc: 78,43x0,30x8 = 188,24 manat olmaqla cəmi: 78.43x0.3x75 = 1764.75 manat təşkil edir. Cavabdeh 2016-cı ilin yanvarında həmin mənzilə köçməsini və hazıradək həmin mənzildə yaşadığını qəbul etsə də məhkəməyə ünvanladığı etirazında iddiaçının əsaslandığı müqavilənin alqı-satqı müqaviləsi olduğunu, xidmət müqaviləsinin olmadığını, həmin müqavilənin 5.5-ci bəndinin hüquq normalarına zidd olduğunu, binanın sahə mülkiyyətçiləri tərəfindən yaradılmadığı, mənzil mülkiyyəçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi olmadığını və sahə mülkiyyətçilərinin ona idarəedici səlahiyyət vermədiyini göstərmişdir. İşin halları ondan ibarətdir ki, mübahisə predmeti olan yaşayış sahəsi Cavabdeh mülkiyyətindədir. O, ünvan 1 ünvanında yerləşən evə 2016-cı ilin yanvar ayından tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən köçmüş, hazırkı vaxtadək orada yaşayır, xx.xx.2014-cü il tarixdə Cavabdeh iddiaçı ilə müqavilə bağlamasına baxmayaraq o, kommunal xidmətlərə dair ödənişi etməkdən yayınmışdır. Nəticədə cavabdehin 1764.75 manat borcu yaranmışdır. Məhkəmə iddianı 1764.75 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdr ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev küçəsi, ev 25, 36 saylı mənzilin mülkiyyətçisi Cavabdeh 2016 – 2024-cü il tarixləri üçün yaşayış binasının saxlanılması xərci olan 1764.75 (min yeddi yüz altmış dörd manat yetmiş beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 38 (otuz səkkiz) manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev küçəsi, ev 25, 36 saylı mənzilin mülkiyyətçisi Cavabdeh 2016-2024-cü il tarixləri üçün yaşayış binasının saxlanılması xərclərinin əvəzi olaraq 1764.75 (min yeddi yüz altmış dörd manat yetmiş beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 38 (otuz səkkiz) manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar