Məhkəmə qərarları › İş №e-2(041)-1868/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №e-2(041)-1868/2024

25.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № e-2(041)-1868/2024 25.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X8 Baxşəli oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X3 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC-nin cavabdeh X3 oğlunun istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 2581 manat və ödənilmiş 45.81 manat məbləğində dövlət rüsumunun cavabdeh X1 tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Belə ki, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 2581 manat və ödənilmiş 45.81 manat məbləğində dövlət rüsumunun cavabdeh X1 tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmiş, daha sonra isə iddia ərizəsində və ona əlavə olunmuş sənədlərdə yanlışlığa yol verildiyini, həmin iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə işə əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 ərizəsi təmin edilməli və iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3. və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Vəsatət təmin edilsin. İddiaçı "xxxx" ASC-nin cavabdeh X3 qarşı borc tələbinə dair iddia ərizəsi iddiaçının ərizəsinə əsasən qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar