Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № e-2(041)-2065/2024 06.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki iş üzrə İddiaçı MMC-nin Problemli kreditlər departamentinin rəhbəri Nümayəndə iddia ərizəsinin qaytarılması barədə ərizəsinə məhkəmənin binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı borc tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmişdir. İddiaçı MMC-nin Problemli kreditlər departamentinin rəhbəri Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, borclu borc öhdəliyini yerinə yetirdiyi üçün iddia ərizəsini və ona əlavə edilmiş sənədləri dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi və dövlət rüsumu da daxil olmaqla ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin Problemli kreditlər departamentinin rəhbəri Nümayəndə iddia ərizəsinin qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi və dövlət rüsumu da daxil olmaqla ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №e-2(041)-2065/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №e-2(041)-2065/2024
06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver