Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-2119/2025 25.11.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X7, İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçı Cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X3 qarşı məhkəməyə müraciət edərək, müqaviləyə əsasən ödənilmiş 9 650 manat (müqavilə bağlananda ödənilmiş 7 000 manat və daha sonra əlavə olaraq ödənilmiş 2 650 manat) məbləği, müqavilənin 4-cü maddəsinin 4.1-ci bəndinə əsasən hesablanmalı olan cərimə məbləği və iddiaçı tərəfindən məhkəmə prosesi üçün xərclənəcək məbləğlər rəsmi qaydada geri qaytarılsın barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, 05 iyul 2025-ci il tarixində, X4 (09 avqust 2025-ci il tarixindən etibarən, ailə qurduğu üçün İddiaçı Rəhim qızı) tərəfindən (bundan sonra, iddiaçı), Cavabdeh Ələkbər oğlu (bundan sonra, cavabdeh) ilə mebelin hazırlanması, gətirilməsi, quraşdırılması və tam təhvil verilməsi üzrə 14 000 manat məbləğində (bundan sonra, ümumi məbləğ) alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin müddəalarına əsasən, ilkin ödəniş olaraq iddiaçı tərəfindən ümumi məbləğin 50%-i (7 000 manat) ödənməli və 10 avqust 2025-ci il tarixində işin tam təhvil verilməsindən sonra iddiaçı tərəfindən ümumi məbləğin qalan hissəsi ödənilməlidir. Müqaviləyə əsasən nəzərdə tutulan ümumi məbləğin 50%-i (7 000 manat) müqavilə bağlanılan tarixdə iddiaçı tərəfindən əvvəlcədən ödənilmiş, lakin bu ödəniş barədə cavabdeh tərəfindən heç bir rəsmi sənəd (qəbz və ya qaimə) təqdim edilməmişdir. Bundan əlavə, sifarişin icrası prosesində cavabdeh tərəfindən işin müqavilədə qeyd edilən tam təhvil verilmə tarixindən əvvəl (05 avqust 2025-ci il) təhvil veriləcəyi əsas gətirilərək əlavə olaraq 2 650 manat qeyri-rəsmi olaraq tələb olunmuş və bu məbləğ də iddiaçı tərəfindən kartdankarta köçürmə yolu ilə ödənmişdir. Bu ödəniş üzrə də cavabdeh tərəfindən heç bir rəsmi sənəd təqdim edilməmişdir. Göndərilmiş xx.xx.2025 05 avqust 2025-ci il tarixində cavabdeh tərəfindən işin tam olaraq vaxtından əvvəl bitiriləcəyi bildirilsə də, bu öhdəlik yerinə yetirilməmişdir. Müqavilədə göstərilən 10 avqust 2025-ci il tarixi də keçmiş, lakin iş təhvil verilməmişdir. Sonrakı dövrdə cavabdeh ilə əlaqə saxlamaq çətinləşmiş, çoxsaylı zənglər və yazışmalar nəticəsiz qalmışdır və verilən vədlərə əməl edilməmişdir. Sonradan cavabdeh tərəfindən 27 avqust 2025-ci il tarixində bildirilmişdir ki, mebelin hazırlanması mümkün olmamışdır və pulun geri qaytarılması təmin ediləcəkdir. Lakin bu günə qədər, nə mebelin hazırlanması, nə də pulun qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və işin qeyd edilən hallarını nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X5 izahatında göstərdi ki, iddia ərizəsi ilə tanış olub, İddiaçı 9650 manat borcunu etiraf edərək, hissə-hissə ödəyəcəyini bildirdi və bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: - xx.xx.2025-ci il tarixli mebel alqı-satqı müqaviləsindən görünür ki, ZÖVQ MEBEL nümayəndəsi Kürdəmir rayonunda qeydiyyatda olan, AA******* seriyalı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsinin sahibi Cavabdeh (bundan sonra «Təchizatçı» adlandırılacaq), digər tərəfdən X6 (Ş/V AA6312300) (bundan sonra «Alıcı» adlandırılacaq) arasında xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. - İddiaçı tərəfindən X3 xx.xx.2025 tarixli mebel alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi barədə pretenziya məktubu göndərilmişdir. İş materiallarına eyni zamanda ödəniş qəbzləri əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1. alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. - 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. - 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı borcunu cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə araşdırması müddətində tərəflər aralarında olan borcun məbləğini dəqiqləşdirərək, 9650 manat olduğunu müəyyən etmiş, cavabdeh məhkəmə iclasında izahatında və məhkəməyə müraciət etdiyi ərizədə həmin məbləğdə borcunu etiraf etmişdir. Məhkəmə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 9650 (doqquz min altı yüz əlli) manat borc tutularaq İddiaçı ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh X1 9650 (doqquz min altı yüz əlli) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 ( otuz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №e-2(041)-2119/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-2119/2025
25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver