Məhkəmə qərarları › İş №e-2(041)-2295/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-2295/2025

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-2295/2025 11.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2 Məhkəmə iclas katibi X1, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, SAMSUNG TV üçün, 3296.88 (üç min iki yüz doxsan altı manat, 88 qəpik) manat ödənilməmiş hissə, 329.69 (üç yüz iyirmi doqqquz manat, 69 qəpik) manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, SOYUDUCU BOSCH üçün 3290.94 (üç min iki yüz doxsan, 94 qəpik) manat ödənilməmiş hissə, 329.09 (üç yüz iyirmi doqquz, 9 qəpik) manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, LG TV üçün , 2870.46 (iki min səkkiz yüz yetmiş manat, 46 qəpik) manat ödənilməmiş hissə, 287.05 (iki yüz səksən yeddi manat,5 qəpik) manat dəbbə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, HİSENSE TV, ZƏMANƏT + 1 İL xidməti üçün 638.04 (altı yüz otuz səkkiz mamat, 4 qəpik) manat ödənilməmiş hissə, 63.80 (altmış üç manat, 80 qəpik) manat dəbbə; ümumilikdə 11105.95 manat borcun və 123.32 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmı xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, SAMSUNG TV, SOYUDUCU BOSCH, LG TV, HİSENSE TV, ZƏMANƏT + 1 İL xidməti almış və nəticədə 11105.95 (on bir min yüz beş manat, 95 qəpik) manat borc yaranmışdır. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından da görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı "xxxx" MMC -nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, SAMSUNG TV, SOYUDUCU BOSCH, LG TV, HİSENSE TV, ZƏMANƏT + 1 İL xidməti almış və nəticədə 11105.95 (on bir min yüz beş manat, 95 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3296.88 (üç min iki yüz doxsan altı manat, 88 qəpik) manat (24 ay x 137.37 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG TV üçün ümumilikdə, 3626.57 (üç min altı yüz iyirmi altı manat, 57 qəpik) manat olmaqla ondan, 3296.88 (üç min iki yüz doxsan altı manat, 88 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 329.69 (üç yüz iyirmi doqqquz manat, 69 qəpik) manat dəbbə; xx.xx.2025 -cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3290.94 (üç min iki yüz doxsan manat,94 qəpik) manat (18 ay x 182.83 manat + 0 manat ilkin ödəniş) olan SOYUDUCU BOSCH üçün ümumilikdə, 3620.03 (üç min altı yüz iyirmi manat, 3 qəpik) manat olmaqla ondan, 3290.94 (üç min iki yüz doxsan, 94 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 329.09 (üç yüz iyirmi doqquz, 9 qəpik) manat dəbbə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4090.46 (dörd min doxsan manat, 46 qəpik) manat (18 ay x 159.47 manat + 1220 manat ilkin ödəniş) olan LG TV üçün ümumilikdə, 3157.51 (üç min yüz əlli yeddi manat, 51 qəpik) manat olmaqla ondan, 2870.46 (iki min səkkiz yüz yetmiş manat, 46 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 287.05 (iki yüz səksən yeddi manat,5 qəpik) manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 638.04 (altı yüz otuz səkkiz mamat, 4 qəpik) manat (12 ay x 53.17 manat + 0 manat ilkin ödəniş) olan HİSENSE TV, ZƏMANƏT + 1 İL xidməti üçün ümumilikdə, 701.84 (yeddi yüz bir manat, 84 qəpik) manat olmaqla ondan, 638.04 (altı yüz otuz səkkiz mamat, 4 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 63.80 (altmış üç manat, 80 qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1220 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı tərəfindən yaranmış borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 700318 nömrəli müqavilənin 5.1-ci bəndinə əsasən, Müqavilə imzalandığı andan qüvvəyə minir və 10(on) il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində müştərinin bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə ABC-dən mal və (və ya) xidmət əldə etmək hüququ var. İş materiallarında olan, "xxxx" MMC Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda cavabdehə üzərinə götürdüyü öhdəliyi yerinə yetirilməsi barədə məlumat verilmiş, "xxxx" MMC-yə olan bocunu ödəmədiyi təqdirdə aidiyyəti üzrə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - Vergilər Nazirliyinin kommersiya qurumlarının dövlət reyestri məlumatından görünür ki, "xxxx" MMC (VÖEN **********) xx.xx.2006-cı ildə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1. alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. - 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. - 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi avadanlığın dəyərini cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, SAMSUNG TV üçün, 3296.88 (üç min iki yüz doxsan altı manat, 88 qəpik) manat ödənilməmiş hissə, 329.69 (üç yüz iyirmi doqqquz manat, 69 qəpik) manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, SOYUDUCU BOSCH üçün 3290.94 (üç min iki yüz doxsan, 94 qəpik) manat ödənilməmiş hissə, 329.09 (üç yüz iyirmi doqquz, 9 qəpik) manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, LG TV üçün , 2870.46 (iki min səkkiz yüz yetmiş manat, 46 qəpik) manat ödənilməmiş hissə, 287.05 (iki yüz səksən yeddi manat,5 qəpik) manat dəbbə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, HİSENSE TV, ZƏMANƏT + 1 İL xidməti üçün 638.04 (altı yüz otuz səkkiz mamat, 4 qəpik) manat ödənilməmiş hissə, 63.80 (altmış üç manat, 80 qəpik) manat dəbbə, ümumilikdə 11105.95 manat borc Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı 123.32 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, SAMSUNG TV üçün 3296.88 (üç min iki yüz doxsan altı manat, 88 qəpik) manat ödənilməmiş hissə, 329.69 (üç yüz iyirmi doqqquz manat, 69 qəpik) manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, SOYUDUCU BOSCH üçün 3290.94 (üç min iki yüz doxsan, 94 qəpik) manat ödənilməmiş hissə, 329.09 (üç yüz iyirmi doqquz, 09 qəpik) manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, LG TV üçün 2870.46 (iki min səkkiz yüz yetmiş manat, 46 qəpik) manat ödənilməmiş hissə, 287.05 (iki yüz səksən yeddi manat 05 qəpik) manat dəbbə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, HİSENSE TV, ZƏMANƏT + 1 İL xidməti üçün 638.04 (altı yüz otuz səkkiz mamat 04 qəpik) manat ödənilməmiş hissə, 63.80 (altmış üç manat, 80 qəpik) manat dəbbə, ümumilikdə 11105.95 (on bir min bir yüz beş manat 95 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 123.32 (bir yüz iyirmi üç manat 32 qəpik) manat Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar