Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-2580/2025 29.01.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aidə Sədrəddin qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********52548 İPHONE 16 PRO MAX markalı telefon, APPLE ADAPTER, PAKET XXXL XİDMƏTİ üçün 3936 (üç min doqqz yüz otuz altı) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 393.60 (üç yüz doxsan üç manat, 60 qəpik) manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********89546 İPHONE 16 PRO MAX markalı telefon, APPLE ADAPTER, PAKET XXXL XİDMƏTİ üçün 3883,08 (üç min səkkiz yüz səksən üç manat, 08 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 388,31 (üç yüz səksən səkkiz manat, 31 qəpik) manat dəbbə, olmaqla ümumilikdə 8648,19 manat borc, 106,49 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-cü il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən İMEİ KODU **********52548 İPHONE 16 PRO MAX markalı telefon, APPLE ADAPTER, PAKET XXXL XİDMƏTİ İMEİ KODU **********89546 İPHONE 16 PRO MAX markalı telefon, APPLE ADAPTER, PAKET XXXL XİDMƏTİ almış və nəticədə 8648,19 (səkkiz min altı yüz qırx səkkiz manat, 19 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3936 (üç min doqquz yüz otuz altı) manat (12 ay x 328 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********52548 İPHONE 16 PRO MAX markalı telefon, APPLE ADAPTER, PAKET XXXL XİDMƏTİ üçün ümumilikdə, 4353,20 (dörd min üç yüz əlli üç manat, 20 qəpik) manat olmaqla ondan, 3936 (üç min doqqz yüz otuz altı) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 393.60 (üç yüz doxsann üç manat, 60 qəpik) manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3933,08 (üç min doqquz yüz otuz üç manat, 08 qəpik) manat (12 ay x 323,59 manat + 50 manat ilkin ödəniş) olan İMEİ KODU **********89546 İPHONE 16 PRO MAX markalı telefon, APPLE ADAPTER, PAKET XXXL XİDMƏTİ üçün ümumilikdə, 4294,99 (dörd min iki yüz doxssan dörd manat, 99 qəpik) manat olmaqla ondan, 3883,08 (üç min səkkiz yüz səksən üç manat, 08 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 388,31 (üç yüz səksən səkkiz manat, 31 qəpik) manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 50 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2025-cü il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli ********** saylı alqı-satqı müqaviləsindən və həmin müqaviləyə əlavə edilən ödəniş cədvəlindən müəyyən olunur ki, alıcı qiyməti 3936 manat “İmei Kodu **********52548 İPHONE 16 PRO MAX markalı telefon, APPLE ADAPTER, PAKET XXXL XİDMƏTİ” ilkin ödəniş olmadan, 12 ay müddətinə hər ay 328 manat olmaqla hissə-hissə ödəmək şərti ilə alıcıya satmışdır. Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli ********** saylı alqı-satqı müqaviləsindən və həmin müqaviləyə əlavə edilən ödəniş cədvəlindən müəyyən olunur ki, alıcı qiyməti 4294.99 manat olan “İmei Kodu **********89546 İPHONE 16 PRO MAX markalı telefon, APPLE ADAPTER, PAKET XXXL XİDMƏTİ” ilkin ödəniş 50 manat olmaqla 12 ay müddətinə hər ay 323.59 manat olmaqla hissə-hissə ödəmək şərti ilə alıcıya satmışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə əsas borca görə 3936 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, dəbbə puluna görə 393.60 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə əsas borca görə 3883.08 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, dəbbə puluna görə 388.31 manat olmaqla, cəmi 8648.19 manat borcu vardır. "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, satıcı alıcıya 03 iş günü ərzində borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarında müəyyən olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə müqavilə üzrə 3936 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, 393.60 manat dəbbə borcu, xx.xx.2025-ci il tarixli ********** saylı müqavilə üzrə 3883.08 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, 388.31 manat dəbbə borcu olmaqla, ümumilikdə 8648.19 (səkkiz min altı yüz qırx səkkiz manat on doqquz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 106.49 (yüz altı manat qırx doqquz qəpik) manat məbləğində pul iddiaçı "xxxx" MMCnin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə müqavilə üzrə 3936 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, 393.60 manat dəbbə borcu, xx.xx.2025-ci il tarixli ********** saylı müqavilə üzrə 3883.08 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, 388.31 manat dəbbə borcu olmaqla, ümumilikdə 8648.19 (səkkiz min altı yüz qırx səkkiz manat on doqquz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 106.49 (yüz altı manat qırx doqquz qəpik) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №e-2(041)-2580/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-2580/2025
29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver