Məhkəmə qərarları › İş №e-2(041)-2596/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-2596/2025

10.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-2596/2025 10.03.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3 Məhkəmə iclas katibi X1, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, 2 ədəd LG Tv , İmei kod 62865/05PT01222 XİAOMİ PAD, 3 ədəd ZƏMANƏT + 1 il xidməti üçün, 4144.86 (dörd min yüz qırx dörd manat 86 qəpik) manat ödənilməmiş hissə, 414.49 (dörd yüz on dörd manat 49 qəpik) manat dəbbə; xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, 2 ədəd, LG Tv , 2 ədəd ZƏMANƏT + 3 İL xidməti üçün 2154.06 (iki min yüz əlli dörd manat 06 qəpik) manat ödənilməmiş hissə, 215.41 (iki yüz on beş manat, 41qəpik) manat dəbbə, ümumilikdə 6928.81 manat borcun və 89.29 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən 2 ədəd LG Tv , İmei kod 62865/05PT01222 XİAOMİ PAD, 3 ədəd ZƏMANƏT + 1 İL xidməti , 2 ədəd, LG Tv, 2 ədəd ZƏMANƏT + 3 İL xidməti almış və nəticədə 6928.81 (altı min doqquz yüz iyirmi səkkiz manat 81 qəpik) manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1678 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı "xxxx" MMC -nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2026-cı il tarixində keçirilən məhkəmə iclasında cavabdeh X2 iddia tələbini qəbul etdiyini bildirdi və bununla bağlı ərizəsini məhkəməyə təqdim etdi. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən 2 ədəd LG Tv , İmei kod 62865/05PT01222 XİAOMİ PAD, 3 ədəd ZƏMANƏT + 1 İL xidməti, 2 ədəd, LG Tv, 2 ədəd ZƏMANƏT + 3 İL xidməti almış və nəticədə 6928.81 (altı min doqquz yüz iyirmi səkkiz manat 81 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4712.86 (dörd min yeddi yüz on iki manat 86qəpik) manat (18 ay x 230.27 manat + 568 manat ilkin ödəniş) olan 2 ədəd LG Tv , İmei kod 62865/05PT01222 XİAOMİ PAD, 3 ədəd ZƏMANƏT + 1 İL xidməti üçün ümumilikdə, 4559.35 (dörd min beş yüz əlli doqquz manat 35 qəpik) manat olmaqla ondan, 4144.86 (dörd min yüz qırx dörd manat 86 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 414.49 (dörd yüz on dörd manat 49qəpik) manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3264.06 (üç min iki yüz atmış dörd manat 06 qəpik) manat (18 ay x 119.67 manat + 1110 manat ilkin ödəniş) olan 2 ədəd, LG Tv, 2 ədəd ZƏMANƏT + 3 İL xidməti üçün ümumilikdə, 2369.47 (iki min üç yüz atmış doqquz manat 47 qəpik) manat olmaqla ondan, 2154.06 (iki min yüz əlli dörd manat 06 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 215.41 (iki yüz on beş manat, 41qəpik) manat dəbbə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1678 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı tərəfindən yaranmış borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli ******* nömrəli müqavilənin 5.1-ci bəndinə əsasən, Müqavilə imzalandığı andan qüvvəyə minir və 10(on) il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində müştərinin bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə ABC-dən mal və (və ya) xidmət əldə etmək hüququ var. İş materiallarında olan, "xxxx" MMC Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda cavabdehə üzərinə götürdüyü öhdəliyi yerinə yetirilməsi barədə məlumat verilmiş, "xxxx" MMC-yə olan bocunu ödəmədiyi təqdirdə aidiyyəti üzrə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İddianın əsaslı və qanuni olması işdə olan sübutlarla tam olaraq öz təsdiqini tapdığına görə məhkəmə belə qənaətə gəlir ki, cavabdehin etirafı qəbul edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, 2 ədəd LG Tv, İmei kod 62865/05PT01222 XİAOMİ PAD, 3 ədəd ZƏMANƏT + 1 İL xidməti üçün, 4144.86 (dörd min yüz qırx dörd manat 86 qəpik) manat ödənilməmiş hissə, 414.49 (dörd yüz on dörd manat 49qəpik) manat dəbbə; xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, 2 ədəd, LG Tv, 2 ədəd ZƏMANƏT + 3 İL xidməti üçün 2154.06 (iki min yüz əlli dörd manat 06 qəpik) manat ödənilməmiş hissə, 215.41 (iki yüz on beş manat, 41qəpik) manat dəbbə, ümumilikdə 6928.81 manat borc Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı 89.29 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, 2 ədəd LG Tv, İmei kod 62865/05PT01222 XİAOMİ PAD, 3 ədəd ZƏMANƏT + 1 İL xidməti üçün, 4144.86 (dörd min yüz qırx dörd manat 86 qəpik) manat ödənilməmiş hissə, 414.49 (dörd yüz on dörd manat 49qəpik) manat dəbbə; xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, 2 ədəd, LG Tv, 2 ədəd ZƏMANƏT + 3 İL xidməti üçün 2154.06 (iki min yüz əlli dörd manat 06 qəpik) manat ödənilməmiş hissə, 215.41 (iki yüz on beş manat, 41qəpik) manat dəbbə, ümumilikdə 6928.81 (altı min doqquz yüz iyirmi səkkiz manat 81 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 89.29 (səksən doqquz manat 29 qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar