Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-268/2025 06.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X9 Sabir oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi, İddiaçı "xxxx" Acıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) nümayəndəsi X6 və Cavabdeh İsgəndər oğlunun iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh İsgəndər oğluna qarşı “ pul” tələbinə dair və iddiaçı Cavabdeh İsgəndər oğlunun "xxxx"ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddiaları üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" ASC məhkəmədə iddia qaldıraraq, cababdeh Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 2133.67 manat borc və ödəilmiş 41.74 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia qaldıraraq, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən qanunsuz tərtib olunmuş xx.xx.2018-ci il tarixli, 097777 nömrəli (abunə haqqında məlumatda tarix xx.xx.2018-ci il kimi göstərilib) xx.xx.2021-ci il tarixli,220183 nömrəli(abunə haqqında məlumatda tarixi xx.xx.2021-ci il kimi göstərilib),xx.xx.2021-ci il tarixli243287 nömrəli aktın etibarsız hesab edilməsi və həmin aktlara əsasən qanunsuz hesablanmış 1497.95 manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kürdəmir rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2(041)-401/2025 saylı qərardadı ilə, Kürdəmir Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair 2(041)-401/2025 saylı və iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcla əlaqədar pul” tələbinə dair 2(041)-268/2025 saylı mülki işlərin bir icraatda birləşdirilməsi, hər iki mülki iş üzrə icraatın 2(041)-268/2025 nömrə ilə davam etdirilməsi qərara alınmışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X7 iddia tələbini onunla əsaslandırdı ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis ediliş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təhcizatdır. İstehlakçıları verilən elektrik enerjisi sayğac vasitəsi ilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Abonenet kodu **********0018 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 2133.67 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdeh olan Cavabdeh dəfələrlə müraciət olunmuş,lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elektrik enerjisi haqqı olan 2133.67 manat borcu bugünə qədər ödəməyərək "xxxx" ASCyə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay Cavabdeh ünvanına gedərək sayğacın göstəricisini götürməklə ona olan borcu haqqında bildiriş xəbərdarlıq (hesabfaktura) təqdim etməsini tələbimi irəli sürməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyə miqdara ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Hesab edir ki, onların iddia tələbləri əsaslıdır və təmin edilməlidir. Belə ki, xx.xx.2018-ci il tarixli, R097777 saylı akt üzrə 1.1 kvt x 24 saat x 0.7 x 257 gün=4752 kvts, tarif (-1800kvts x 0.07 man =126 manat, tarif (-2952 kvts x 0.11 man= 324.72 manat cəmi 450.72 manat, xx.xx.2021-cü il tarixli, R 243287 saylı akt üzrə-1.36 kvt x24 saat x 270 gün x 0.7 = 619 kvts,tarif-(-2700 kvts x 0.07 man =189 manat, tarif-(-3469 kvts x 0.11 man =381.59 manat,cəmi 570.59 manat, xx.xx.2021-cü il tarixli, R 243287 saylı akt üzrə, 0.70 kvt x 24 saat x 180 gün x0.7 = 2117 kvts, tarif- (1800 kvts x 0.07 man = 126 manat,tarif (-317 kvts x 0.11 man = 34.87 manat, cəmi 160.37 manat ümumilikdə 1182.18 manatdır. Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı "xxxx" ASC-yə 2133.67 manat borcu vardır. Həmin borcun 951,49 manat hissəsi onun faktiki istifadə etdiyi, lakin elektrik enerjisi haqqının vaxtında ödəməmisi səbəbindən, 1182.18 manat hissəsi isə cavabdeh tərəfindən “Elektrik enerjisindən istifdə Qaydaları” nın pozulması haqqına tərtib olunmuş müvafiq aktlara əsasən yaranmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini onlara qarşı irəli sürülmüş iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Eləcə də, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 Faiq İskəndər oğlunun iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdeh X8 ona qarşı olan iddia tələbini qismən etiraf etdi və öz iddia tələbini müdafiə edib bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu, Təklə kəndində yaşayır. "xxxx" ASC tərəfindən tərtib edilmiş aktlarla razı deyildir. Həmin aktlar onun iştitakı olamadan tərtib edilmişdir. Elektrik sayğacına kənar müdaxilə olmayıb və bu barədə heç bir sübut yoxdur. Yalnız fərziyələrə uyğun olaraq həmin cəriməni yazmışlar. Borcun hesablandığı illər ərzində sayğaca nəzarət edən işçi tərəfindən müdaxilə olunmasına dair heç bir sübut qeydə alınmayıb.Hazırda onun evinə verilən elektrik enerjisi kəsilmişdir. Onun eletktrik enerjisinə sərfiyyat borcu nə qədərdisə onu şdəyə bilər. Amma akt üzrə hesablanmış borcla razı deyildir. Odur ki, bu məsələ ilə bağlı ədalətli qərar qəbul edilməsini xahi etdi. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, İddiaçı "xxxx" ASC-nin Cavabdeh İsgəndər oğluna qarşı “pul” tələbinə dair və iddiaçı Cavabdeh İsgəndər oğlunun "xxxx"ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddiaları qismən əsaslıdır. Belə ki, işdə olan “Enenrjitəhcizatı müəsissəsi ilə məişət abonenti(əhalı) arasında elektrik enerjisinin alğı-satqının birtipli müqaviləsindən çıxarışın təsdiqlənmiş surətindən görünür ki, abonent kodu **********00018 olan Kürdəmir rayonu, Təklə kəndində yaşayan Cavabdeh Kərim oğlu ilə elektrik enerjisinin alğı-satqı müqviləsi bağlanmışdır. İş materiallarında olan abonentin ödəniş və sərfiyyatı barədə məlumat” vərəqindən görünür ki, Cavabdeh Kərim oğlunun xx.xx.2024-cü il tarixədək elektrik enerjisi sərfiyyatına görə yaranmış borcu 951,49 manat, aktlar əsasında cərimnənin məbləği isə 1182,18 manat təşkil etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, 65 nöçmrəli “pretenziya”dan görünür ki, abonent kodu **********00018 olan Kürdəmir rayonu, Təklə kəndində yaşayan Cavabdeh Kərim oğluna məhkəmədən kənar 1934.96 manat borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş, elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli, R 097777 nömrəli aktdan görünür ki, həmin akt "xxxx" ASC-nin əməkdaşları F.Əhmədov, M.Hüseynov və U.Qədirov tərəfindən tərtib edilmiş, Cavabdeh evini elektrik enerjisi ilə təmin edən elektrik sayğacına baxış keçirilən zaman kənar xəttdən istifadə edildiyi, axan yükün İ=5 A,P=5x 0.22=1.1 kvts, kənr xətin ləğv edilməsi sayğacın yenisi ilə əvəz edilməsi, sərhəd nöqtəsinə yerləşdirilməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş, elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, R 220183 nömrəli aktdan görünür ki, həmin akt "xxxx" ASC-nin əməkdaşları Vəliyev. A, Əliyev.E, Səlimov.V və Cəfərov.A tərəfindən tərtib edilmiş, Cavabdeh evini elektrik enerjisi ilə təmin edən elektrik sayğacına baxış keçirilən zaman kənar xəttdən istifadə edildiyi, axan yükün İ=6.2 A, U=0.22, R=1.36 kənar xətin ləğv edilməsi sayğacın yenisi ilə əvəz edilməsi, sayğacın sərhəd nöqtəsinə yerləşdirilməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş, elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, R 243287 nömrəli aktdan görünür ki, həmin akt "xxxx" ASC-nin nümayəndələri Gulalıyev.Ş, Mahmudov.C və Əhmədov.Ə tərəfindən tərtib edilmiş, Cavabdeh evini elektrik enerjisi ilə təmin edən elektrik sayğacına baxış keçirilən zaman kənar xəttdən istifadə edildiyi, axan yükün İ=3.2 A, U=0.22 kv, P=0.70 kənar xətin ləğv edilməsi sayğac uçot dəstinin yoxlanıldığı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Elektrik enerjisindən istifаdə qаydаlаrı”nın 8.16-ci maddəsinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin qaydaların 9.4-cu maddəsinə əsasən, istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan hüquq norması sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “İstehlakçıların hüquqlarının müdafıəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, X5 ilə istehlakçı Cavabdeh arasında elektrik enerjisinin alqı-satqısının birtipli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunması barədə öhdəliklər götürmüşdür. İddiaçı "xxxx" ASC-nin əməkdaşları tərəfindən Kürdəmir rayonunun Təklə kəndində yerləşən evə quraşdırılmış Cavabdeh Kərim oğlunun adına olan sayğaca baxış keçirilərkən sayğacdan kənar elektrik enerjisindən birbaşa istifadə edildiyi müəyyən edilmiş və itirilmiş enerjinin bərpasına görə 2133.67 manat borc müəyyən edilmişdir. Belə ki, Cavabdeh hesablanmış borcun 951,49 manat hissəsi onun faktiki istifadə etdiyi, 1182.18 manat hissəsi isə cavabdeh tərəfindən “Elektrik enerjisindən istifdə Qaydaları” nın pozulması haqqına tərtib olunmuş müvafiq aktlara əsasən yaranmışdır. Məhkəmə Cavabdeh tərəfindən kənar qoşulmanın əvvəlinin müəyyən edilməsi mümkün olmadığını nəzərə alaraq hesab edir ki, dəymiş ziyanın bərpasına dair akt üzrə Cavabdeh yaşadığı fərdi yaşayış evində Kürdəmir Xidmət Sahəsinin görəcəyi işlər barədə tələblərdə itirilmiş elektrik enerjisinin bərpası üçün dəymiş ziyan ( elektrik enerjisinin saatlıq sərfi 2.00 x 24 saat x 30 gün =158 manat, 1.36 x 24 saat x 30 gün = 107.12manat , 0.70 x 24 saat x 30 gün = 55.44 manat) 320.56 manat və 951.81 manat debitor borc olmaqla ümumilikdə 1272.37 manat məbləğində hesablanmalıdır. Bundan başqa cavbadeh Cavabdeh "xxxx" ASC tərəfindən ona dəymiş ziyana görə hesablanmış pul vəsaitinin 862,18 (səkkiz yüz altmış iki manat on səkkiz qəpik) manat hissəsinin silinməsini tələb etməkdə haqlıdır. Həmçinin məhkəmə iddiaçı "xxxx" ASC-nin əməkdaşları tərəfindən Cavabdeh barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 097777 nömrəli (abunə haqqında məlumatda tarix xx.xx.2018-ci il kimi göstərilib), xx.xx.2021-ci il tarixli, 220183 nömrəli (abunə haqqında məlumatda tarixi xx.xx.2021-ci il kimi göstərilib),xx.xx.2021-ci il tarixli, 243287 nömrəli aktların etibarsız hesab edilməsi hissəsində iddiaçının tələbinə qiymət verərək hesab edir ki, həmin aktlar iddiaçının yaşadığı yaşayış evində Azərişıq” ASC-nin əməkdaşları tərəfindən təbii elektrik enerjisinin uçotu və elektrik enerjisindən istifadə qaydalarına riayət olunmasının yoxlanılması qaydasında tərtib edilmiş, "xxxx" ASC-nin əməkdaşları tərəfindən imzalanmışdır. Həmin aktların ləgv edilməsi və ya etibarsız hesab edilməsi barədə əsaslar müəyyən edilmir. Odur ki, həmin hissədə məhkəmə Cavabdeh iddiasının təmin edilməməsi qənaətinə gəlir. "xxxx" ASC-nin nümayəndəsi X7 cavabdehin iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmiş, bu barədə vəsatət təqdim etmişdir. Bununla əalaqədar, məhkəmə qeyd edir ki, cavabdehin bu tələb üzrə iddia müddətinin tətbiqi barədə vəsatəti əsassızdır və hazırkı iddia tələbi üzrə tətbiq oluna bilməz. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X2rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. Qeyd edilməlidir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı F. İskəndərov hazırkı iddia tələbi ilə cavabdehdən hər hansı öhdəliyin icrasını tələb etmir, cavabdeh tərəfindən hesablanmış borc silinməsini tələb edir ki, bu da tərəflər arasında öhdəliklə əlaqədar deyil, hüquqazidd əməlin nəticəsində akt üzrə yaranmış borcun silinməsi ilə əlaqədardır. Odur ki, cavabdeh tərəfindən təqdim edilmiş vəsatətin hazırkı iddia tələbinə tətbiq edilməsi mümkün deyildir. Məhkəmə işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələblərinə uyğun hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda istehlakçının (hazırki iş üzrə iddiaçının) üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qeyd edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, "xxxx" ASC-nin Cavabdeh qarşı iddia tələbi qismən, yəni 1272.37 manat hissədə, iddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsı hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddiası isə qismən, Cavabdeh abonent hesabından 862,18 (səkkiz yüz altmış iki manat on səkkiz qəpik) pul vəsaitinin silinməsi hissəsində təmin edilməli, hər iki iddia tələbləri qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, V Qət etdi: "xxxx" ASC-nin iddia tələbi qismən təmin edilsin. Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış debirot borca görə 951.81 manat və dəymiş ziyana görə 320.56 manat olmaqla ümumilikdə 1272, 37 (bir min iki yüz yetmiş iki manat otuz yeddi qəpik) tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Cavabdeh "xxxx"ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilsin. "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli, R 097777saylı, xx.xx.2021-ci il tarixli, R 220183 saylı və xx.xx.2021-ci il tarixli, R 243287 saylı aktlar üzrə dəymiş ziyana görə hesablanmış 1182.18 manatdan 862,18 (səkkiz yüz altmış iki manat on səkkiz qəpik) manat məbləğində hissəsi Cavabdeh abonent hesabından silinsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №e-2(041)-268/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-268/2025
06.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver