Məhkəmə qərarları › İş №e-2(041)-276/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-276/2025

28.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-276/2025 28.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1, Cavabdeh, iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı debitor “borcun tutulması”, Cavabdeh "xxxx" ASC-yə qarşı “hesablanan məbləğin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh elektrik enerjisindən istifadəyə görə yaranmış 934 manat borc və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən onun barəsində yazılmış xx.xx.2022-ci il tarixli R 282540 nömrəli və xx.xx.2023-cü il tarixli R 310338 nömrəli aktlar əsasında hesablanmış ümumilikdə 744 manat borcun onun hesabında silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia ərizəsi 2(041)-604/2025 saylı qeydiyyat nömrəsi ilə məhkəmənin icraatına düşmüşdür. Mülki iş eyni tərəflər arasında və eyni tərkibli iş olduğu üçün bir icraatda birləşdirilərək 2(041)-276/2025 qeydiyyat nömrəsi ilə icraata götürülmüşdür. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, digər iddia üzrə cavadehin nümayəndəsi X2 ilkin iddianı müdafiə etdiyini, Cavabdeh iddiasını qəbul etmədiyini bildirib izahatında göstərdi ki, iddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********00220 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı "xxxx" ASC-yə cəmi 934 manat borcu yaranmışdır. Həmin borcun 188.87 hissəsi onun faktiki istifadə etdiyi, lakin elektrik enerjisinin haqqının vaxtında ödəməməsi səbəbindən, 745.13 manat hissəsi isə cavabdeh tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın pozulması haqqında tərtib olunmuş müvafiq aktlara əsasən yaranmışdır. Hesab edir ki, ilkin iddia təmin edilməli, Cavabdeh iddiası isə əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə iclasında cavabdeh, iddiaçı Cavabdeh ilkin iddianı qəbul etmədiyini, iddialarını müdafiə edərək izahatında göstərdi ki, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu Pirili kəndində yaşayır. İstifadə etdiyi elektrik enerjisinin dəyərini hər ay vaxtında ödəyir. Heç vaxt sayğaca müdaxilə etməmişdir. Sayğc darvazadan çöldə yerləşir. xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin mərkəzi Aran regional idarəsinin əməkdaşları onların kəndinə gələrək sayğacları yoxlamaq istəmişlər. Həmin vaxt onun da sayğacına baxış keçirilmişdir. Sayğacda heç bir çatışmamazlıq aşkar edilməmişdir. Sonradan ona 744 manat borc yazıldığının şahidi olmuşdur. Həmin borcun necə yazıldığını soruşduqda isə sayğaca müdaxilə olunduğu bildirilmişdir. Bir müddət kənar xəttdən istifadə etsə də, sayğac dəyişdirildikdən sonra heç bir müdaxilə etməmişdir. İddiaçı işin qeyd edilən hallarını nəzərə alaraq, iddianın təmin edilməsini, "xxxx" ASC-nin iddiasının isə qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddialar qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024cü il tarixdə 987306 nömrəli elektrik enerjisinin alqı-satqısı müqaviləsinin surətinə əsasən "xxxx" ASC Kürdəmir rayonu Pirili kəndində yaşayan istehlakçı Cavabdeh elektrik enerjisi ilə təchiz etməyi, Cavabdeh isə istifadə edilmiş elektrik enerjisinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh adına xx.xx.2022-ci il tarixli R 282540 nömrəli akt üzrə 548.57 manat borc və xx.xx.2023-cü il tarixli R 310338 nömrəli akt üzrə 196.56 manat borc hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli bildirişin surətinə əsasən Kürdəmir rayonu Pirili kəndində yaşayan istehlakçı Cavabdeh elektrik enerjisindən istifadəyə görə 863.04 manat məbləğində borcun 7 gün müddətində ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarında olan abunə haqqında xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, Cavabdeh "xxxx" ASC-yə borcu 934 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı ilə cavabdeh arasında elektrik enerjisinin alqı-satqısı barədə müqavilə bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı cavabdehi elektrik enerjisi ilə təmin etsə də, cavabdeh öhdəliyini pozaraq bunun əvəzində yaranmış borcu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli qərarının 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin qərarın 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qərarın 8.26-cı bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması”, Cavabdeh "xxxx" ASC-yə qarşı “akt əsasında hesablanan məbləğin silinməsi” tələbinə dair iddiaları qismən təmin edilməli, Cavabdeh elektrik enerjisindən istifadəyə görə xx.xx.2022-ci il tarixli R 282540 nömrəli akt üzrə (1.14 kvt x 24 saat x 30 gün = 820.80 kvts x 0.13 man = 106.70 man) 106.70 manat, xx.xx.2023-cü il tarixli R 310338 nömrəli akt üzrə (1 kvt x 24 saat x 30 gün = 720 kvts x 0.13 man = 93.60 man) 93.60 manat, faktiki istifadə etdiyi lakin elektrik enerjisinin haqqını ödəmədiyi üçün 188.87 manat olmaqla, cəmi 389.17 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30.40 (otuz manat qırx qəpik) manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3.-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə qeyd edir ki, iddia qismən tam təmin olunduğundan ödənilmiş dövlət rüsumunun əvəzi olan 30.40 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı “akt əsasında hesablanan məbləğin silinməsi” tələbinə dair, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiaları qismən təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli R 282540 nömrəli və xx.xx.2023-cü il tarixli R 310338 nömrəli aktlar üzrə əlavə olaraq hesablanmış 544.83 (beş yüz qırx dörd manat səksən üç qəpik) manat iddiaçı Cavabdeh hesabından silinsin. Cavabdeh istifadə etdiyi təbii qaza görə borclu qaldığı 389.17 (üç yüz səksən doqquz manat on yeddi qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30.40 (otuz manat qırx qəpik) manat məbləğində pul tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Hər iki iddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar