Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-277/2025 28.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh2 elektrik enerjisindən istifadəyə görə yaranmış 3651 manat borc və ödənilmiş 56.96 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, iddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********01224 olan Cavabdeh2 elektrik enerjisindən istifadə etməsi ilə bağlı "xxxx" ASC-yə cəmi borcu yaranmışdır. Həmin borcun 535.33 hissəsi onun faktiki istifadə etdiyi, lakin elektrik enerjisinin haqqının vaxtında ödəməməsi səbəbindən, 2781.84 manat hissəsi isə cavabdeh tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın pozulması haqqında tərtib olunmuş müvafiq aktlara əsasən yaranmışdır. Belə ki: 1). xx.xx.2020-ci il tarixli NDM 019593 saylı akt üzrə, 2,42 kvt x 24 saat x 0,7 x 120 gün = 4878 kvts, Tarif (-1200 kvts x 0,07 man 84,00 man, Tarif (-3678 kvts x 0,11 man = 404,58 man, cəmi 488,58 manat, 2). xx.xx.2021 il tarixli, R 210572 saylı akt üzrə, 2,2 kvt x 24 saat x 120 gün x 0,7 = 4435 kvts, Tarif (-1200 kvts x 0,07 man = 84,00 man, Tarif (- 3235 kvts x 0,11 man = 355,85 man, cəmi: 439,85 manat, 3). 22.02. 2021 il tarixli, R 216287 saylı akt üzrə, 3,2 kvt x 24 saat x 40 gün x 0,7 = 2150 kvts, Tarif (-400 kvts x 0,07 man 28,00 man, Tarif (1750 kvts x 0,11 man = 192,50 man, cəmi: 220,5 manat, 4). xx.xx.2021 il tarixli, R 220185 saylı akt üzrə, 0,57 kvt x 24 saat x 100 gün x 0,7 = 942 kvts, Tarif (-510 kvts x 0,07 man = 35,70 man, Tarif (-432 kvts x 0,11 man = 47,52 man, cəmi: 83,22 manat, 5). 04.10. 2021 il tarixli, R 242905 saylı akt üzrə, 0,7 kvt x 24 saat x 240 gün x 0,7 = 2822 kvts, Tarif (-2400 kvts x 0,07 man 168,00 man, Tarif (-422 kvts x 0,11 man = 46,42 man, cəmi: 214,42 manat, 6). xx.xx.2022 il tarixli, R 247747 saylı akt üzrə, 0,7 kvt x 24 saat x 120 gün x 0,7 = 1411 kvts, Tarif (-800 kvts x 0,08 man = 64,00 man, Tarif (-400 kvts x 0,09 man = 36,00 man, Tarif (-211 kvts x 0,13 man = 27,43 man, cəmi: 127,43 manat, 7). 02.04. 2022-ci il tarixli, R 256508 saylı akt üzrə, 0,5 kvt x 24 saat x 90 gün x 0,7 = 756 kvts, Tarif (-756 kvts x 0,13 man = 98,28 man, 8) xx.xx.2022-ci il tarixli, R 258578 saylı akt üzrə, 1,5 kvt x 24 saat x 30 gün x 0,7 = 756 kvts, Tarif (-200 kvts x 0,08 man = 16 man, Tarif (-100 kvts x 0,09 man = 9.00 man, Tarif (-456 kvts x 0,13 man = 59,28 man, cəmi: 84,28 man, 9) xx.xx.2022-ci il tarixli, R 268695 saylı akt üzrə, 1,1 kvt x 24 saat x 60 gün x 0,7 = 1109 kvts, Tarif (-400 kvts x 0,08 man = 32,00 man, Tarif (-200 kvts x 0,09 man = 18,00 man, Tarif (-509 kvts x 0,13 man = 66,17 man, cəmi: 116,17 manat, 10). xx.xx.2022-ci il tarixli, R 276084 saylı akt üzrə, 1,1 kvt x 24 saat x 30 gün x 0,7 = 554 kvts, Tarif (-200 kvts x 0,08 man = 16,00 man, Tarif (-100 kvts x 0,09 man = 9,00 man, Tarif (- 254 kvts x 0,13 man = 33, 02 man, cəmi: 58,02 manat, 11)xx.xx.2022-ci il tarixli, R 282444 saylı akt üzrə, 0,83 kvt x 24 saat x 63 gün x 0,7 = 885 kvts, Tarif (-420 kvts x 0,08 man = 33.60 man, Tarif (-210 kvts x 0.09 man = 18.90 man, Tarif (-255 kvts x 0,13 man = 33,15 man, cəmi: 85,65 manat, 12)xx.xx.2022-ci il tarixli, R 285921 saylı akt üzrə, 0,92 kvt x 24 saat x 28 gün x 0,7 = 435 kvts, Tarif (-187 kvts x 0.08 man = 14.96 man, Tarif (-93 kvts x 0.09 man, = 8.37 man, Tarif (-155 kvts x 0,13 man= 20,15 man, cəmi: 43,48 manat, 13)xx.xx.2023-cü il tarixli, R 292127 saylı akt üzrə, 1 kvt x 24 saat x 110 gün x 0,7 = 1811 kvts, Tarif (-653 kvts x 0,08 man = 52.24 man, Tarif (-327 kvts x 0,09 man = 29.43 man, Tarif (-831kvts x 0,13 man = 108,03 man, cəmi: 189,7 manat, 14) xx.xx.2023-cü il tarixli, R 301365 saylı akt üzrə, 2,8 kvt x 24 saat x 30 gün x 0,7 = 1411 kvts, Tarif (-1411 kvts x 0,13 man = 183,43 man, 15)xx.xx.2023-cü il tarixli, R 310339 saylı akt üzrə, 1,00 kvt x 24 saat x 30 gün x 0,7 = 504 kvts, Tarif (-200 kvts x 0,08 man = 16,00 man, Tarif (-100 kvts x 0,09 man = 9,00 man, Tarif (-204 kvts x 0,13 man = 26,52 man, cəmi: 51,52 manat, 16) xx.xx.2023-cü il tarixli, R 313871 saylı akt üzrə, 1,1kvt x 24 saat x 25 gün x 0,7 = 462 kvts, Tarif (-462 kvts x 0,13 man = 60,06 manat, 17) xx.xx.2023-cü il tarixli, R 314165 saylı akt üzrə, 1,1 kvt x 24 saat x 30 gün x 0,7 = 554 kvts, Tarif (-554 kvts x 0,13 man = 72,02 manat, 18) xx.xx.2024-cü il tarixli, R 329883 saylı akt üzrə, 1,4 kvt x 24 saat x 30 gün x 0,7 = 706 kvts, Tarif (-200 kvts x 0,08 man = 16.00 man, Tarif (-100 kvts x 0.09 man = 9.00 man, Tarif (406 kvts x 0,13 man = 52,78 man, cəmi: 77,78 manat, 19) xx.xx.2024-cü il tarixli, R 329986 saylı akt üzrə, 1,1kvt x 24 saat x 30 gün x 0,7 = 554 kvts, Tarif (-200 kvts x 0.08 man = 16.00 man, Tarif (-100 kvts x 0.09 man = 9.00 man, Tarif (-254 kvts x 0,13 man = 33, 02 man, cəmi: 58,02 manat, 20) xx.xx.2024-cü il tarixli, R 347673 saylı akt üzrə, 2,2 kvt x 24 saat x 60 gün x 0,7 = 2218 kvts, Tarif (-400 kvts x 0,08 man = 32.00 man, Tarif (-200 kvts x 0.09 man= 18.00 man, Tarif (-1618 kvts x 0,13 man = 210,43 man, cəmi: 260,43 manat olmaqla, ümumilikdə 2781.84 manat təşkil edir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə tərəfin izahatını və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 817806 nömrəli elektrik enerjisinin alqı-satqısı müqaviləsinin surətinə əsasən "xxxx" ASC Kürdəmir rayonu Sığırlı kəndində yaşayan istehlakçı Cavabdeh2 elektrik enerjisi ilə təchiz etməyi, Cavabdeh2 isə istifadə edilmiş elektrik enerjisinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan sənədlərin surətlərindən görünür ki, Cavabdeh2 adına xx.xx.2020-ci il tarixli NDM 019593 nömrəli akt üzrə 488.58 manat borc, xx.xx.2021-ci il tarixli R 210572 nömrəli akt üzrə 439.85 manat borc, xx.xx.2021-ci il tarixli R 216287 nömrəli akt üzrə 220.5 manat borc, xx.xx.2021-ci il tarixli R 220185 nömrəli akt üzrə 83.22 manat borc, xx.xx.2021-ci il tarixli R 242905 nömrəli akt üzrə 214.42 manat borc, xx.xx.2022-ci il tarixli R 247747 nömrəli akt üzrə 127.43 manat borc, xx.xx.2022-ci il tarixli R 256508 nömrəli akt üzrə 98.28 manat borc, xx.xx.2022-ci il tarixli R 258578 nömrəli akt üzrə 84.28 manat borc, xx.xx.2022-ci il tarixli R 268695 nömrəli akt üzrə 116.17 manat borc, xx.xx.2022-ci il tarixli R 276084 nömrəli akt üzrə 58.02 manat borc, xx.xx.2022-ci il tarixli R 282444 nömrəli akt üzrə 85.65 manat borc, xx.xx.2022-ci il tarixli R 285921 nömrəli akt üzrə 43.48 manat borc, xx.xx.2023-cü il tarixli R 292127 nömrəli akt üzrə 189.70 manat borc, xx.xx.2023-cü il tarixli R 301365 nömrəli akt üzrə 183.43 manat borc, xx.xx.2023-cü il tarixli R 310339 nömrəli akt üzrə 51.52 manat borc, xx.xx.2023-cü il tarixli R 313871 nömrəli akt üzrə 60.06 manat borc, xx.xx.2023-cü il tarixli R 314165 nömrəli akt üzrə 72.02 manat borc, xx.xx.2024-cü il tarixli R 329883 nömrəli akt üzrə 77.78 manat borc,xx.xx.2024-cü il tarixli R 329986 nömrəli akt üzrə 58.02 manat və xx.xx.2024-cü il tarixli R 347673 nömrəli akt üzrə 260.43 manat borc hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli bildirişin surətinə əsasən Kürdəmir rayonu Çərtiyəz kəndində yaşayan istehlakçı Cavabdeh2 elektrik enerjisindən istifadəyə görə 3317.17 manat məbləğində borcun 7 gün müddətində ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarında olan abunə haqqında xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, Cavabdeh2 "xxxx" ASC-yə borcu 3651 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı ilə cavabdeh arasında elektrik enerjisinin alqı-satqısı barədə müqavilə bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı cavabdehi elektrik enerjisi ilə təmin etsə də, cavabdeh öhdəliyini pozaraq bunun əvəzində yaranmış borcu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli qərarının 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin qərarın 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qərarın 8.26-cı bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 elektrik enerjisindən istifadəyə görə xx.xx.2020-ci il tarixli NDM 019593 nömrəli akt üzrə (2.42 kvt x 24 saat x 30 gün = 1742.4 kvts x 0.11 man = 191.60 man) 191.60 manat, xx.xx.2021-ci il tarixli R 210572 nömrəli akt üzrə (2.2 kvt x 24 saat x 30 gün = 1584 kvts x 0.11 man = 174.24 man) 174.24 manat, xx.xx.2021-ci il tarixli R 216287 nömrəli akt üzrə (3.2 kvt x 24 saat x 30 gün = 2304 kvts x 0.07 man = 161.28 man) 161.28 manat, xx.xx.2021-ci il tarixli R 220185 nömrəli akt üzrə (0.57 kvt x 24 saat x 30 gün = 410.4 kvts x 0.11 man = 45.10 man) 45.10 manat, xx.xx.2021-ci il tarixli R 242905 nömrəli akt üzrə (0.7 kvt x 24 saat x 30 gün = 504 kvts x 0.11 man = 55.44 man) 55.44 manat, xx.xx.2022-ci il tarixli R 247747 nömrəli akt üzrə (0.7 kvt x 24 saat x 30 gün = 504 kvts x 0.11 man = 55.44 man) 55.44 manat, xx.xx.2022-ci il tarixli R 256508 nömrəli akt üzrə (0.5 kvt x 24 saat x 30 gün = 360 kvts x 0.13 man = 46.80 man) 46.80 manat, xx.xx.2022-ci il tarixli R 268695 nömrəli akt üzrə (1.1 kvt x 24 saat x 30 gün = 792 kvts x 0.09 man = 71.28 man) 71.28 manat, xx.xx.2022-ci il tarixli R 282444 nömrəli akt üzrə (0.83 kvt x 24 saat x 30 gün = 418.32 kvts x 0.13 man x 0.7 = 54.40 man) 54.40 manat, xx.xx.2023-cü il tarixli R 292127 nömrəli akt üzrə (1 kvt x 24 saat x 30 gün x 0.7 = 504 kvts x 0.13 man = 65.52 man) 65.52 manat, xx.xx.2024-cü il tarixli R 347673 nömrəli akt üzrə (2.2 kvt x 24 saat x 30 gün = 1584 kvts x 0.09 man = 142.56 man) 142.56 manat olmaqla hesablaşma aparılmalı və istifadə etdiyi elektrik enerjisinin haqqı 535.99 manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin olunduğundan ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq dövlət rüsumunun əvəzi olan 45.08 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 elektrik enerjisindən istifadəyə görə 2508.76 (iki min beş yüz səkkiz manat yetmiş altı qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 45.08 (qırx beş manat səkkiz qəpik) manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №e-2(041)-277/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-277/2025
28.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver