Məhkəmə qərarları › İş №e-2(041)-311/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-311/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-311/2025 04.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X5 Sabir oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “debitor borcun tutulması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək, Kürdəmir rayonu, Pirili kənd sakini Cavabdeh oğlundan elektrik enerjisindən istifadəyə görə yaranmış 2162.51 manat məbləğində debitor borcun və iddia ərizəsi üçün məhkəməyə ödənilmiş 41.68 manat dövlət rüsumunun, cəmi 2204.19 manat pulun alınaraq "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İsehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsi ilə ölçülür və Tarif Şurasının qərarı ilə muəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********00796 olan Cavabdeh (X2) elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 2162.51 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin cavabdeh borcu ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay Cavabdeh ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsi tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Odur ki, tərtib olunmuş akta və sərfiyyata görə ödənilməmiş 2162.51 manat məbləğində borcun ödənilməsi barədə iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə sonuncu məlum qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, lakin o, heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan 978305 nömrəli “Enenrjitəhcizatı müəsissəsi ilə məişət abonenti (əhalı) arasında elektrik enerjisinin alqı-satqının birtipli müqaviləsindən çıxarışın təsdiqlənmiş surətindən görünür ki, abonent kodu **********00796 olan Kürdəmir rayonu, Sığırlı kəndində yaşayan Cavabdeh ilə elektrik enerjisinin alqı-satqı müqviləsi bağlanmışdır. İş materiallarında olan “xx.xx.2015-xx.xx.2024-cü il dövrdə abonentin ödəniş və sərfiyyatı barədə məlumat” vərəqindən görünür ki, Cavabdeh oğlunun xx.xx.2024-cü il tarixədək elektrik enerjisi sərfiyyatına görə yaranmış borcu 2162.51 manat təşkil etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli,64 nömrəli “Pretenziya”dan görünür ki, abonent kodu **********00796 olan Kürdəmir rayonu, Sığırlı kəndində yaşayan Cavabdeh məhkəmədən kənar borcun ödənilməsi,əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan AZ-İ 794261 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görüür ki, Mirzaliyev əvəz Dolxan oğlu xx.xx.2016-cı il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir. Həmin Məcəllənin 2.3-cü maddəsinə görə, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı və işdə olan sübutlarla müəyyən edilir ki, abonent kodu **********00796 olan Kürdəmir rayonu, Sığırlı kəndində yaşayan Cavabdeh ilə iddiaçı "xxxx" ASC arasında xx.xx.2024-cü ildə elektrik enerjisinin alğı-satqısının birtipli müqviləsi bağlanmışdır. Müqaviləyə əsasən, tərəflər üzərinə öhdəliklər götürmüş, iddiaçı təşkilat cavabdehə enerji satışını həyata keçirməyi, cavabdeh isə sərfiyyat üzrə enerjinin haqqını ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə şərtlərini lazımınca yerinə yetirməmiş və onun 2162.51 manat debitor borcu yaranmışdır. Cavabdeh oğluna xəbərdarlıq bildirişi göndərilmiş, lakin o, cəmi hesablanmış və hazırkı vaxta olan 2162.51 manat borcu ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 8.14-cü bəndinə görə, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerji təchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qərarın 9.1-ci bəndində əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qərarın 8.32-ci bəndində göstərilmişdir ki, 8.32-ci bəndinə əsаsən məişət аbоnenti (mənzillər üzrə hesаblаşmа elektrik sаyğаcı yаşаyış binаsının girişində, yаxud pilləkən meydаnçаsındа qurаşdırılmış məişət аbоnenti istisnа оlmаqlа) tərəfindən 6 hesаblаşmа sаyğаclаrının qоşulmа sxeminin dəyişdirilməsi, sаyğаcın bаxış şüşəsinin sındırılmаsı, plоmbun qırılmаsı, sаyğаcın diskinin süni şəkildə dаyаndırılmаsı və elektrik enercisindən istifаdə göstərişini аzаltmаq məqsədi ilə edilmiş digər pоzuntulаrа yоl verildiyi аşkаr edildikdə, enerjitəchizаtı müəssisəsi оnu şəbəkədən аçmаlı və hesаblаşmа sаyğаcının sоnuncu dəfə əvəz оlunmаsı və yа qоşulmа sxeminin yоxlаnmаsı tаrixindən sоnrаkı müddət üçün, аncаq Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsində nəzərdə tutulmuş iddiа müddəti dаxilində eletrik enercisindən istifаdəyə görə yenidən hesаblаşmа аpаrmаğа bоrcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd olunan hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı həm enerji sərfiyyatı üzrə borcun cavabdeh tərəfindən ödənilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin olunduğundan cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iddia tələbini əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 238-241, 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Kürdəmir rayonu, Sığırlı kəndində yaşayan Cavabdeh istehlak etdiyi elektrik enerjisinə görə cəmi 2162 (iki min altı yüz altmış iki) manat 51(əlli bir) qəpik təşkil edən pul vəsaiti və ödənilmiş 41.68 manat dövlət rüsumunun əvəzi alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov AZƏRBAYCAN RESPUBLİKASİ KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ AZ 2100, Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 Tel: (020) 255-25-25, Faks: 5-25-55 www.kurdamircourt.gov.az Elektron ünvan İş № 2(041)-2164/2024 04 dekabr 2024*-cü il "xxxx" ASC-yə Bakı şəhəri, Nəsimi ray., A.Bakıxanov küçəsi 13 Cavabdeh oğluna Kürdəmir rayonu, Pirili kəndi Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2(041)-2164/2024 №-li qətnaməsi məlumat üçün sizə göndərilir. Qoşma: qətnamənin surəti – vərəq hər birinə. Hakim Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar