Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-403/2024 02.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC-nin Cavabdeh qarşı borc məbləğinin tutulmasına dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2813 nömrəli “nisyə alqısatqı” haqqında müqavilə üzrə qalıq ümumi borc məbləği olan 3040 manat borcun, 18,24 manat müqavilə üzrə hesablanmış cərimə borcunun, 40 manat yol xərcinin və 51 manat dövlət rüsumu qismində ödənilmiş məbləğin, cəmi 3149 manat, 24 qəpik məbləğin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 2813 nömrəli nisyə-alqı satqı haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən satış obyekti olan yeni “DL 500-A” almaz dermabraziya cihazı xx.xx.2023-cüil tarixli təhvil-təslim aktına əsasən Cavabdeh təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı Cavabdeh tərəfindən şəxsən imzalanmış və həmin akta əsasən o, təhvil aldığı predmetlərin öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını təsdiq etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən satış obyektinin toplam satış qiyməti 3648 manat müəyyən edilmişdir. Müqavilənin 2.3-cü bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən hissə-hissə olmaqla ümumilikdə 608 manat ödəniş edilmişdir. Belə ki, müqavilə üzrə öhdəliklər Cavabdeh tərəfindən bir tərəfli qaydada pozulmuş, xx.xx.2023-cü il tarixdə 304 manat ödənilməli olduğu halda həmin ödəniş Cavabdeh tərəfindən edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh təyin edilmiş məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bundan əvvəlki məhkəmə iclasında cavabdeh bildirmişdir ki, “DL 500-A” almaz dermabraziya cihazını xx.xx.2023-cüil tarixli təhvil-təslim aktına əsasən almış, lakin sonradan həmin cihazı geri qaytarmaq üçün bir neçə dəfə cəhd etsə də, İddiaçı MMC-nin bu işə baxan səlahiyyətli şəxsləri cihazı ondan qəbul etməmişlər. Həmin cihazı iddiaçı tərəf ondan geri qəbul edərsə qalan məbləği ödəyə bilər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan: - xx.xx.2023-cü il tarixli 2813 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı dəyəri 3648 manat olan DL-500A almaz dermabraziya cihazını alıcıya satmağı, alıcı aldığı malın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən “DL 500-A” almaz dermabraziya cihazı Cavabdeh təhvil verilmiş, Cavabdeh təhvil-təslim aktını imzalamışdır. - xx.xx.2023-cü il tarixli maliyyə arayışında cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3149 manat borcu olması göstərilmişdir. - "xxxx" MMC tərəfindən Cavabdeh göndərilmiş xəbərdarlıq məktubunda müqavilə üzrə öhdəliklərin icrasının gecikdirilməsi onun nəzərinə çatdırılaraq, borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuşdur. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi avadanlığın dəyərini cavabdehdən tələb etməkdə haqlıdır. Cavabdehin aldığı cıhazın geri qaytarılması məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 600.4-cü maddəsində əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Normanın məzmunundan görünür ki, alqı-satqı müqaviləsi ilə nisyə satılmış malın dəyərini və ya nisyə satılmış malın tələb hüququ satıcıya məxsusdur. Yəni satıcı seçiminə görə ya malın dəyərini, yaxud da satdığı malı natura şəklində alıcıdan tələb edə bilər. Cavabdeh aldığı malın geri qaytarılması məsələsini qaldırsa da, buna əsas verən hallar, habelə malın keyfiyyəti, təyinatı üzrə istifadəyə yararlı olub-olmaması ilə bağlı heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə, alqı-satqı müqaviləsi ilə əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əşyanın geri alınması barədə iddia irəli sürərsə tərəflərin vəzifəsi, malın dəyişdirilməsi və sair məsələlər müqavilədə nəzərdə tutulmasa da, mülki qanunvericiliklə tam şəkildə tənzimlənmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 571.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. - 571.3. Əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riskinin malın birinci daşıyıcıya təhvil verildiyi andan alıcıya keçməsi barədə müqavilə şərti alıcının tələbi ilə məhkəmə tərəfindən o halda etibarsız sayıla bilər ki, müqavilənin bağlandığı anda satıcı əşyanın itirildiyini və ya zədələndiyini bilirdi və ya bilməli idi, lakin bu barədə alıcıya məlumat verməmişdir. - 574.1. Əgər üçüncü şəxs alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsas üzrə alıcıya qarşı əşyanın geri alınması barədə iddia irəli sürərsə, alıcı satıcını işdə iştiraka cəlb etməyə, satıcı isə alıcının tərəfində bu işə daxil olmağa borcludur. - 574.2. Alıcının satıcını işdə iştiraka cəlb etməməsi satıcını alıcı qarşısında məsuliyyətdən azad edir, bu şərtlə ki, satıcı işdə iştirak etməklə satılmış əşyanın alıcıdan geri alınmasına yol verməyə biləcəyini sübuta yetirsin. - 574.3. Alıcının işdə iştiraka cəlb etdiyi, lakin işdə iştirak etməmiş satıcı alıcının işi yanlış apardığını sübuta yetirmək hüququndan məhrum olur. - 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. - 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. - 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. - 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. - 582.2. Alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. - 623.1. Əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyriqida məhsulunun ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. - 623.2. Alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. - 623.3. Bu maddədə göstərilmiş əsaslar üzrə dəyişdirilməli və ya qaytarılmalı olmayan malların siyahısı xüsusi hüquqi aktlar ilə müəyyənləşdirilmiş qaydada təyin edilir. Hazırki mübahisənin faktiki halları onu göstərir ki, xx.xx.2023-cü il tarixli 2813 nömrəli nisyə-alqı satqı haqqında müqavilə üzrə İddiaçı MMC satıcı qismində “DL 500-A” almaz dermabraziya cihazını alıcı qismində Cavabdeh satmış, xx.xx.2023-cüil tarixli təhviltəslim aktına əsasən adı çəkilən cihaz Cavabdeh təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı Cavabdeh tərəfindən şəxsən imzalanmış və həmin akta əsasən o, təhvil aldığı predmetlərin öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını təsdiq etmişdir. Sonradan cavabdeh müqavilənin 2.3-cü bəndinə uyğun olaraq hər ay 304 manat ödəməli olduğu halda, ilk 2 ayda 608 manat ödəniş etmiş, xx.xx.2023-cü il tarixdən ödənişi dayandırmaqla müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələblərinin müqavilə üzrə yaranmış borca aid hissəsi yuxarıda qeyd edilən əsaslara və hallara görə qanuni və əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin 40 manat yol xərci ilə bağlı sübut işə əlavə edilmədiyindən və məhkəmə xərclərinə aid edilmədiyindən həmin hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli 2813 nömrəli müqavilə üzrə 3040 manat əsas borc, müqavilə üzrə hesablanmış 18,24 manat cərimə borcu iddiaçıdan tutularaq cavabdeh ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı 51 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun 50 manatı cavabdehə aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2813 nömrəli müqavilə üzrə 3040 manat əsas borc, 18,24 manat müqavilə üzrə hesablanmış cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat olmaqla, cəmi 3108.24 (üç min bir yüz səkkiz manat 24 qəpik) manat Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №e-2(041)-403/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-403/2024
02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver