Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-583/2025 07.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh elektrik enerjisindən istifadəyə görə yaranmış 1103.70 manat borc və ödənilmiş 31.44 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********00097 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 1103,70 (bir min yüz üç) manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 1103,70 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay Cavabdeh ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona Dövlət rüsumunun ödənilməsi haqqında məlumat borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qeyd olunan iddia ərizəsinin məhkəmənin icraatında olan müddət ərzində istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış borcunun 602.75 manat artaraq 1706.45 manat olduğundan, həmin məbləğin tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azəbaycan Respublikasının MPM-nin 53-cü maddəsində göstərilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, əvvəllər kənar xətt çəkməyinin səbəbi 4 azyaşlı uşağı və onkoloji xəstə olan anasıdır. Heç bir yerdə işləmədiyi üçün mütəmadi olaraq ödənişlər edə bilməmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 176787 nömrəli elektrik enerjisinin alqı-satqısı müqaviləsinin surətinə əsasən "xxxx" ASC Kürdəmir rayonu Pirili kəndində yaşayan istehlakçı Cavabdeh elektrik enerjisi ilə təchiz etməyi, Cavabdeh isə istifadə edilmiş elektrik enerjisinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan aktın surətindən görünür ki, Cavabdeh adına xx.xx.2018-ci il tarixli R 094685 nömrəli akt üzrə borc 30 gündən artıq müddət üzrə hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli bildirişin surətinə əsasən Kürdəmir rayonu, Pirili kəndində yaşayan istehlakçı Cavabdeh elektrik enerjisindən istifadəyə görə 1029.68 manat məbləğində borcun 7 gün müddətində ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarında olan abunə haqqında xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, Cavabdeh "xxxx" ASC-yə borcu 1706,45 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı ilə cavabdeh arasında elektrik enerjisinin alqı-satqısı barədə müqavilə bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı cavabdehi elektrik enerjisi ilə təmin etsə də, cavabdeh öhdəliyini pozaraq bunun əvəzində yaranmış borcu ödəməmişdir. Eyni zamanda iş materiallarında olan aktdan müəyyən edilir ki, cavabdeh elektrik sayğacına və elektrik xətlərinə müdaxiləsi nəticəsində elektrik enerjisindən kənar istifadə etmişdir. Həmin aktlar mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”-na görə elektrik enerjisindən istifadəyə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Lakin, xx.xx.2018-ci il tarixli R 094685 nömrəli akt üzrə hesablaşma dövrü bir aydan artıq götürülmüşdür. Məhkəmə həmin aktlar üzrə hesablaşmanı azaldaraq bir ay üçün olan zərəri əsaslı hesab edir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli qərarının 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin qərarın 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qərarın 8.26-cı bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Məhkəmə qeyd edir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”-na görə elektrik enerjisindən istifadəyə görə hesablaşma dövrü bir aydan artıq götürüldüyündən elektrik enerjisindən istifadəyə görə akt üzrə 30 gün götürülməklə hesablaşma aparılmalı, həmin akt üzrə hesablanan borcun məbləği azaldırılaraq bir ay üçün olan zərər əsaslı hesab edilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh elektrik enerjisindən istifadəyə görə xx.xx.2018-ci il tarixli R 094685 nömrəli akt üzrə (1.2 kvt x 24 saat x 30 gün = 864 kvts x 0.11 man = 95.04 man) 95.04 manat hesablaşma aparılmalı,1436.35 manat məbləğində pul (1341.31+95.04=1436.35) "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin olunduğundan ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 31.44 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh elektrik enerjisindən istifadəyə görə 1436.35 (min dörd yüz otuz altı manat otuz beş qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 31.44 (otuz bir manat qırx dörd qəpik) manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №e-2(041)-583/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-583/2025
07.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver