Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-676/2024 15.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müştərək qaydada pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 məxsus olan və Cavabdeh1 idarə etdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətində «icbari sığorta» qaydasında sığortalanmış **-BH-*** dövlət qeydiyyat nişanlı «VAZ 21063» minik markalı avtomobil və X1 idarə etdiyi, **-BF-*** dövlət nömrə nişanlı «Mersedes Bens C200» minik markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinib və AR İXM-nin 332.1 və 327.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, PBA ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, **-BH-*** dövlət qeydiyyat nişanlı «VAZ 21063» markalı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti «icbari sığorta» qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023cü il tarixli. TP ******* saylı qərarın surətindən müəyyüən olununrki, xx.xx.2023-cü il tarixdə **-BH-*** dövlət qeydiyyat nişanlı «VAZ 21063» minik markalı avtomobil və **-BF-*** dövlət nömrə nişanlı «Mersedes Bens C200» minik markalı avtomobilin iştirakı ilə yolnəqliyyat hadisəsi baş vermiş, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinib və AR İXM-nin 332.1 və 327.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ dan (Forma 4) müəyyən olununr ki, yol-nəqliyyat hadisəsi törədilən vaxt **-BH-*** dövlət qeydiyyat nişanlı «VAZ 21063» minik markalı avtomobil mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olmuşdur. İddia ərizəsinə əlavə edilmiş nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan müəyyən olunur ki. Yol-nəqliyyat hadisəsi nəticəsində **-BF-*** dövlət nömrə nişanlı «Mersedes Bens C200» minik markalı avtomobilə dəymiş zərər zərərçəkən sığortaçı "xxxx" Sığorta ASC tərəfindən 2330 manat məbləğində qiymətləndirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli suburqasia tələblərinin reyesterindən müəyyən olunur ki, vurulmuş zərərə görə 2331 manat məbləğində pulun ödənilməsi zərərçəkənin sığortası "xxxx" Sığorta ASC tərəfindəq "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında irəli sürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli Bs-S- 24/0013 nömrəli geriyə tələb məktubundan və həmin məktubların cavabdehlərə çatdırılmasını təsdiq edən xəbərnamələrdən müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində **-BF-*** dövlət nömrə nişanlı «Mersedes Bens C200» minik markalı avtomobilə dəymiş zərərə görə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Sığorta ASC-yə ödənilmiş 2331 (iki min üç yüz otuz bir manat, qırx qəpik) manat pulun Cəmiyyətə ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. Ona görə də 2331 (iki min üç yüz otuz bir manat, qırx qəpik) manat sığorta ödənişi məbləği və iddia ərizəsinin venrilməsi ilə bağlı 44 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyəti ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırki iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdiriliş qaydada baxılmasına yol verilir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarına əlavə edilmiş İnzibat tənbeh vermə haqqında Kürdəmir DYPB-nin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli elektron qərarının surətindən görünür ki, İnzibati xəta törətmiş Cavabdeh1 Azərbaycan Respublikas ı İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib barəsində 80 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli hesabatdan görünür ki, «Mersedes Bens C200» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2330,00 manat məbləğində zərər dəyməsi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" Sığorta Şirkəti ASC-nin xx.xx.2023-cü il tarixli, CLM**********42 nömrəli Sığorta aktından görünür ki, Bahəddin Məmmədova məxsus «Mersedes Bens C200» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil 55000 manat məbləğində sığorta olunmuş, «Mersedes Bens C200» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2330 manat məbləğində ziyan hesablanmış və həmin məbləğdə sığorta ödənişi X2 ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrəsığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikd) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərlə ki, zərərin qarşısıalınmazqüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etməkhüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə işdə olan sənədləri tədqiq edərək müəyyən edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "xxxx" Sığorta Şirkəti ASC-yə 2331,4 manat məbləğində sığorta borcu var. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdehlər üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onların iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Sığorta Şirkəti ASC cavabdehlərdən müştərək qaydada sığorta ödənişini tələb etməkdə haqlıdır. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” reyestrdən çıxarışdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə bildirişini qəbul etmiş, lakin qəbul etdiyi tarixdən 10 (on) iş günü müddəti keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, müəyyən olunmuş müddət ərzində iddiaya qarşı etirazının daxil olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olunduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağrılmaqla dindirilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına maneə olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materiallarından görünür ki, iddiaçı 44 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2331 manat məbləğində sığorta ödənişi və ödənilmiş 44 manat dövlət rüsumu olmaqla cəmi 2375 manat pul tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2331,40 (iki min üç yüz otuz bir manat qırx qəpik) manat sığorta ödənişi məbləği və iddia ərizəsinin venrilməsi ilə bağlı 44 manat dövlət rüsumu olmaqla cəmi 2375,40 (iki min üç yüz yetmiş beş manat qırx qəpik) manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №e-2(041)-676/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-676/2024
15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver