Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-704/2025 17.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh sahibi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12376,61 (on iki min üç yüz yetmiş altı manat, 61 qəpik) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 127.13 (bir yüz iyirmi yeddi manat, 13 qəpik) manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 02:00-da Bakı- Qazax yolunun 37,5 km-də “X2 1840LS yük” markalı, 99-KK654 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və ona qoşulmuş “WİLLİG” markalı, **-ZD-*** dövlət qeydiyyat nişnlı yarımqoşqu Cavabdeh2 tərəfindən idarə ediərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də “Yük sığortası” üzrə CRG100372267 nömrəli sığorta şəhadətnaməsi əsasında könüllü qaydada sığortlanmış yükə (dizel yanacağı) maddi zərər dəymişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Hadisə nəticəsində yükə (dizel yanacağı) dəymiş maddi zərər 17376,61 (on yeddi min üç yüz yetmiş altı manat, altmış bir qəpik) manat təşkil edir. Hadisə üzrə,"xxxx" ASC tərəfindən CRG138437/23 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 425,00 (dörd yüz iyirmi beş) manat azadolma məbləği çıxılaraq 16951.61 (on altı min doqquz yüz əlli bir manat,altmış bir qəpik) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Hadisə zamanı Cavabdeh2 tərəfindən idarə edilən “X2 1840LS yük” markalı, 99-KK654 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və ona qoşulmuş “WİLLİG” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən icbari qaydada sığortalandığından dəymiş zərərin 4575,00 (dörd min beş yüz yetmiş beş manat) hissəsi qeyd edilən sığorta şikrəti tərəfindən “Xalq Sığorta “ ASC-nin hesabına ödənilmişdir. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək iştirakları olmadan məhkəmə iclaslarının keçirilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərdi ki, yol-nəqliyyat hadisəsi onun tərəfindən törədildiyi üçün iddia edilən məbləğ də onun tərəfindən ödənilməlidir. Cavabdeh2 avtomobilin sahibidir, onun bu işə heç bir aidiyyəti yoxdur. Odur ki, qeyd olunan məbləği hissə-hissə ödəməyə razıdır. Məhkəmə cavabdehin etirafını və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə, saat 02:00-da Bakı-Qazax yolunun 37,5 km-də “X2 1840LS yük” markalı, 99-KK654 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və ona qoşulmuş “WİLLİG” markalı, **-ZD-*** dövlət qeydiyyat nişnlı yarımqoşquCavabdeh2 tərəfindən idarə ediərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC -də “Yük sığortası” üzrə CRG100372267 nömrəlisığorta şəhadətnaməsiəsasında könüllü qaydada sığortlanmış yükə (dizel yanacağı) maddizərər dəymişdir İddia ərizəsi xx.xx.2023-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə Cavabdeh1, Cavabdeh2 prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. İş materiallarında olan, dəymiş zərərin hesabatı haqqında aktın sürətindən görünür ki, xx.xx.2022-ci il tarixdə 99-KK654 dövlət qeydiyyat nişanlı “Mersedes Benz” Axor 1840LS, qoşqu **-ZD-*** markalı avtomaşın saat 01:10 radələrində Ələt yaxınlığında qəza nəticəsində aşmışdır və 25633 litr Dizel yanacağı yerə dağılmışdır. İşdə olan, xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, "xxxx" ASC tərəfindən 425 manat məbləğində azadolma məbləği çıxılmaqla 16951.61 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarından məlum olur ki, Cavabdeh2 tərəfindən idarə edilən “X2 1840LS yük” markalı, 99-KK654 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və ona qoşulmuş “WİLLİG” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx"ASC tərəfindən icbari qaydada sığortalandığından dəymiş zərərin 4575,00(dörd min beş yüz yetmiş beş manat) hissəsi qeyd edilən sığorta şikrəti tərəfindən “Xalq Sığorta “ ASC-nin hesabına ödənilmişdir. İş materiallarına eyni zamanda, yol-nəqliyyat hadisəsinin sxemi, sığorta müqaviləsinə aid ümumi məlumatlar, tərəflərin izahatları, aktlar, avtomaşınların texniki pasportlarının surətləri, fotoşəkillər və digər sənədlər əlavə edilmişdir. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” reyestrdən çıxarışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 məhkəmə bildirişini qəbul etmiş, lakin qəbul etdiyi tarixdən 10 (on) iş günü müddəti keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2. faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 936.5. sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. -1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2. delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Hazırki iş üzrə də, yol nəqliyyat hadisəsi Cavabdeh1 tərəfindən törədildiyi üçün avtomobilin sahibi Cavabdeh2 ilə birlikdə 12376.61 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə işin yuxarıda qeyd edilən hallarına əsaslanaraq hesab edir ki, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilməlidir. İş materiallarından görünür ki, iddiaçı 127.13 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12376.61 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 127.13 manat tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12376,61 (on iki min üç yüz yetmiş altı manat, 61 qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 127.13 (bir yüz iyirmi yeddi manat, 13 qəpik) manat tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №e-2(041)-704/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-704/2025
17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver