Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-725/2025 10.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, TCL LED TV üçün, 390.2 (üç yüz doxsan manat, 20 qəpik) manat ödənilməmiş hissə, 117.06 (yüz on yeddi manat, 6 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********69494 OPPO A18 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF üçün, 242.3 (iki yüz qırx iki manat, 30 qəpik) manat ödənilməmiş hissə, 72.69 (yetmiş iki manat, 69 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, VELOSİPED VİSTA üçün, 407.04 (dörd yüz yeddi manat, 4 qəpik) manat ödənilməmiş hissə, 122.11 (yüz iyirmi iki manat, 11 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 2 ƏDƏD VİNİL ŞƏFFAF, İmei kod **********25776 OPPO A18 markalı telefon üçün, 182.9 (yüz səksən iki manat, 90 qəpik) manat ödənilməmiş hissə, 54.87 (əlli dörd manat, 87 qəpik) manat cərimə; Ümumilikdə 1589.17 manat borc, 35.90 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1. ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2. cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbinə dair” kiçik mübahisələr üzrə mülki işi sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) gün iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlı müqaviləlara asason TCL LED TV, İmei kod **********69494 OPPO A18 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF, VELOSİPED VİSTA, 2 ƏDƏD VİNİL ŞƏFFAF, İmei kod **********25776 OPPO A18 markalı telefon almış və nəticədə 1589.17 (bir min beş yüz səksən doqquz manat, 17 qəpik manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1500.12 (bir min beş yüz manat 12 qəpik) manat (18 ay x 83.34 manat 0 manat ilkin ödəniş) olan TCL LED TV üçün ümumilikdə, 507.26 (beş yüz yeddi manat 26 qapik) manat olmaqla ondan, 390.2 (üç yüz dossan manat 20 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 117.06 (yüz on yeddi manat 6 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 341.04 (üç yüz qırx bir manat, 4 qəpik) manat (12 ay x 28.42 manat 0 manat ilkin ödəniş) olan İmei kod **********69494 OPPO A18 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF üçün ümumilikdə, 314.99 (üç yüz on dörd manat 99 qəpik) manat olmaqla ondan, 242.3 (iki yuz qırx aki manat 30 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 72.69 (yetmis iki manat 69 qəpik) manat carimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 407.04 (dörd yüz yeddi manat 4 qəpik) manat (12 ay x 33.92 manat 0 manat ilkin ödəniş) olan VELOSİPED VİSTA üçün ümumilikdə, 529.15 (beş yüz iyirmi doqquz manat 15 qəpik) manat olmaqla ondan, 407.04 (dörd yüz yeddi manat, 4 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 122.11 (yüz iyirmi iki manat 11 qəpik) manat carimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiymati 319.92 (üç yüz on doqquz manat 92 qəpik) manat (12 ay x 26.66 manat 0 manat ilkin ödəniş) olan 2 ƏDƏD VİNİL ŞƏFFAF, İmei kod **********25776 OPPO A18 markalı telefon üçün ümumilikdə, 237.77 (iki yüz otuz yeddi manat 77 qəpik) manat olmaqla ondan, 182.9 (yüz səksən iki manat 90 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 54.87 (əlli dörd manat 87 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-ci il tarixində QİZİL ZƏMANƏT ULTRA 3 İL xidmətlərindən imtina etmiş və məhsul 300 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 809,92 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 300 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 235.76 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı tərəfindən yaranmış borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 02644800 nömrəli müqavilədən görünür ki, 1500.12 manat dəyərində TCL LED TV; xx.xx.2024-ci il tarixli, 10717092 nömrəli müqavilədən görünür ki, 341.04 manat dəyərində İmei kod **********69494 OPPO A18 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF; xx.xx.2024-ci il tarixli, 01911241 nömrəli müqavilədən görünür ki, 407.04 manat dəyərində VELOSİPED VİSTA; xx.xx.2024-ci il tarixli, 13866304 nömrəli müqavilədən görünür ki, 319.92 manat dəyərində 2 ƏDƏD VİNİL ŞƏFFAF, İmei kod **********25776 OPPO A18 markalı telefon almışdır. İş materiallarında olan, "xxxx" MMC Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda cavabdehə üzərinə götürdüyü öhdəliyi yerinə yetirilməsi barədə məlumat verilmiş, "xxxx" MMC-yə olan bocunu ödəmədiyi təqdirdə aidiyyəti üzrə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - Vergilər Nazirliyinin kommersiya qurumlarının dövlət reyestri məlumatından görünür ki, "xxxx" MMC (VÖEN **********) xx.xx.2006-cı ildə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1. alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. - 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. - 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi avadanlığın dəyərini cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, TCL LED TV üçün, 390.2 (üç yüz doxsan manat, 20 qəpik) manat ödənilməmiş hissə, 117.06 (yüz on yeddi manat, 6 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********69494 OPPO A18 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF üçün, 242.3 (iki yüz qırx iki manat, 30 qəpik) manat ödənilməmiş hissə, 72.69 (yetmiş iki manat, 69 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, VELOSİPED VİSTA üçün, 407.04 (dörd yüz yeddi manat, 4 qəpik) manat ödənilməmiş hissə, 122.11 (yüz iyirmi iki manat, 11 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 2 ƏDƏD VİNİL ŞƏFFAF, İmei kod **********25776 OPPO A18 markalı telefon üçün, 182.9 (yüz səksən iki manat, 90 qəpik) manat ödənilməmiş hissə, 54.87 (əlli dörd manat, 87 qəpik) manat cərimə; Ümumilikdə 1589.17 manat borc Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı 35.90 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, TCL LED TV üçün, 390.2 (üç yüz doxsan manat 20 qəpik) manat ödənilməmiş hissə, 117.06 (yüz on yeddi manat 6 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********69494 OPPO A18 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF üçün, 242.3 (iki yüz qırx iki manat 30 qəpik) manat ödənilməmiş hissə, 72.69 (yetmiş iki manat 69 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, VELOSİPED VİSTA üçün, 407.04 (dörd yüz yeddi manat 4 qəpik) manat ödənilməmiş hissə, 122.11 (yüz iyirmi iki manat 11 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 2 ƏDƏD VİNİL ŞƏFFAF, İmei kod **********25776 OPPO A18 markalı telefon üçün, 182.9 (yüz səksən iki manat 90 qəpik) manat ödənilməmiş hissə, 54.87 (əlli dörd manat 87 qəpik) manat cərimə; ümumilikdə 1589.17 (bir min beş yüz səksən doqquz manat 17 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35.90 ( otuz beş manat 90 qəpik) manat Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №e-2(041)-725/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-725/2025
10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver