Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-1186/2024 18.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subraqasiya qaydasında pul” tələbinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC məhkəmədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia qaldıraraq, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 4000 manat və ödənilmiş dövlət rüsumuna görə 60 manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması barədə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilmiş, lakin, cavabdeh tərəfindən iddia tələbinə qarşı hər hansı etiraz məhkəməyə daxil olmamışdır. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, PQA**********saylı şəhadətnamə ilə Cəmiyyətində sığortalanmış, “Vaz 21013” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə olunan zaman xx.xx.2022-ci il tarixdə Bakı-Qazax yolunun 342-ci km ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz C180” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə həmin avtomobilə maddi zərər vurulmuş, 2 nəfər sərnişinin sağlamlığına isə yüngül xəsarət yetirilmişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Mercedes Benz C180” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə 2500 manat, X1 dəymiş zərər üzrə 750 manat, X2 dəymiş zərər üzrə 750 manat, ümumilikdə isə 4000 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar aparılmış araşdırma və toplanmış materiallar əsasında müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh həmin nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Bu fakt DİN Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan YNH-nə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsi-nin tərtib etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda da öz əksini tapmışdır. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli 1582/23 nömrəli məktubla Cavabdeh qarşı 4000 manat məbləğində subroqasiya hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş və həmin məbləğin 7 (yeddi) iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hal-hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbimiz təmin olunmadığından həmin tələbimizin məhkəmə qaydasında təmin olunması zəruriyyəti yaranmışdır. Qeyd olunanlara əsasən, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını araşdırıb, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan icbari sığrota müqaviləsinə dair məlumat vərəqindən görünür ki, “Vaz 21013” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən "xxxx" ASC-də xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək icbari qaydada sığortalanmışdır. İşdə olan DİN Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan X5 dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsi tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, Cavabdeh tərəfindən idarə olunan “Vaz 21013” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Bakı- Qazax yolunun 342-ci km ərazisində Mercedes Benz C180” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İşdə olan DİN Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan X5 dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin 26 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı-Qazax yolunun 342-ci km ərazisində Cavabdeh tərəfindən idarə olunan “Vaz 21013” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes Benz C180” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılmış, Cavabdeh və X6 əməllərində cinayət tərkibi olmadığından barələrində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibi olduğundan barəsində həmin maddə inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır. İşdə olan qiymətləndirmə aktından görünür ki, “Mercedes Benz C180” markalı, **-FJ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5000 manat məbləğində ziyan dəymişdir. İşdə olan ödəniş tapşırıqlarından görünür ki, "xxxx" ASC tərəfindən baş vermiş nəqliyyat hadisəsi üzrə vurulmuş maddi ziyan və sağlamlığa vurulmuş ziyana görə ümumilikdə 4000 manat sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 881.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər . Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin - sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Qeyd olunan maddi hüquq norması baxımından məhkəmə qeyd etməyi zəruri sayır ki, “Vaz 21013” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən "xxxx" ASC-də xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək icbari qaydada sığortalanmışdır. Sığrota müqaviləsi qüvvədə olduğu tarixdə, yəni xx.xx.2022-ci il tarixdə Bakı-Qazax yolunun 342-ci km ərazisində Cavabdeh tərəfindən idarə olunan “Vaz 21013” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz C180” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə həmin avtomobilə maddi zərər vurulmuş, 2 nəfər sərnişinin sağlamlığına isə yüngül xəsarət yetirilmişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Mercedes Benz C180” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə 2500 manat, X1 dəymiş zərər üzrə 750 manat, X2 dəymiş zərər üzrə 750 manat, ümumilikdə isə 4000 manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyatı hadisəsi üzrə araşdırma aparılmış və DİN Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan X5 dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin 26 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarı ilə, Cavabdeh sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etməsi müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının 4000 manat sığorta ödənişini Cavabdeh subroqasiya qaydasında tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılarkən 60 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu və bank xidməti haqqı iddia tələbi təmin olunduğundan cavabdehə aid edilməlidir. Beləliklə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh vurulmuş zərərə üzrə ödənilmiş sığorta ödənişinə görə 4000 manat və ödənilmiş 60 manat dövlət rüsumunun əvəzi, cəmi 4060 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233.1, 284-1 – 284-6, və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş zərərə üzrə ödənilmiş sığorta ödənişinə görə 4000 manat və ödənilmiş 60 manat dövlət rüsumunun əvəzi, cəmi 4060 (dörd min altmış) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №e-2(042)-1186/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-1186/2024
18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver