Məhkəmə qərarları › İş №e-2(042)-1515/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-1515/2025

12.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-1515/2025 12.12.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iş (açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, alğı-satqı müqaviləsi üzə mübahisələr) İddiaçı (MMC) Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair ərizəsinə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) qarşı alğı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Xıaomı Redmı 14C və X1 1 il xidməti üçün 331.56 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsüm, 33.16 manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, Honor X6B və X1 2 İl xidməti üçün 318.86 manat ödənilməmiş hissə, 33.16 manat cərimə, ümumilikdə 739 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il il tarixli müqavilələrə əsasən cavabdeh müqavilədə qeyd edilən əşyaları almış, öhdəliklərini yerinə yetirməmiş və nəticədə 739 manat borc yaranmışdır.

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

İİİ. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir.

5. Belə ki, işdə olan: - xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsindən və onun ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Xıaomı Redmı 14C və X1 1 il xidməti almış və həmin əşyaya görə 12 ay müddətinə hər ay 27.63 manat olmaqla 331.56 manat ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsindən və onun ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Honor X6B və X1 2 İl xidməti almış və həmin əşyaya görə 12 ay müddətinə hər ay 36.62 manat olmaqla 439.44 manat ödəməyi öhdəsinə götürmüşdür. - Həmin müqavilənin 4.4-cü bəndinə əsasən, müştəri müqavilənin şərtlərini pozduğu, pul öhdəliyiini lazımi qaydada icra etmədiyi halda “ABC” malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ Kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikası rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə, müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə, adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. 4.5-ci bəndinə əsasən, 4.4 və 4.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh satılmış mobil telefonun açılıb-bağlanılması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,60 manat ödəniş edilmişdir. - 22 oktyabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə qeyd edilən əşyalar və xidmətlər üçün cəmi 318.8 manat ödənilməmiş hissə, cəmi 31.88 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, ümumilikdə 739 manat borcu yaranmışdır. - İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən cavabdeh tərəfindən öhdəliklərin icrasının gecikdirildiyini, odur ki, müqavilələr əsasında alınmış əşyanın saz və korlanmamış vəziyyətdə geri qaytarılmasını tələb etmiş, əks təqdirdə 3 iş günü müddətində məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.

6. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, işə təqdim edilmiş sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

7. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddia tələbinə etiraz daxil olmamışdır.

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 600.4 və 600.5-ci maddələrinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

9. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC Cavabdeh ilə bağlanılmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən qeyd edilən əşayaları cavabdehə satmışdır.Cavabdeh müqavilələrin şərtlərini pozmuş, müqavilə öhdəliklərini lazımınca və vaxtında yerinə yetirməmişdir. Nəticədə nisyə alğı-satqı müqavilələri üzrə cavabdehin iddiaçıya cəmi, 739 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi təmin edilməli, cavabdehdən, cəmi, 730 manat və 30 manat məhkəmə xərclərinin əvəzinin alınaraq, "xxxx" MMC-ə verilməlidir. IV. Nəticə:

10. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq,

qət etdi:

İddia tələbi təmin edilsin. Cavabdeh 739 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, "xxxx" MMC-ə verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar