Məhkəmə qərarları › İş №e-2(042)-1550/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-1550/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-1550/2025 14.01.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı (MMC) Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi barədə” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, alqı-satqı müqaviləsi üzə mübahisələr) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi ilə, İddiaçı (MMC) Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti

1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, 1 ədəd telefon əşyası və digər xidmətlər üçün İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 rüsum, 4.790,88 manat ödənilməmiş hissə, 479,09 manat dəbbə, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, 1 ədəd telefon, qol saatı və digər xidmətlər üçün 2.720,26 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 rüsum, 272,03 manat dəbbə, ümumilikdə 8.309,45 manat borc, 103,10 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il və xx.xx.2025-cü il tarixli müqavilələrə əsasən qeyd edilən əşyaları almış və nəticədə 8.309,45 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4.790,88 manat (18 ay x 266.16 manat + 0 manat ilkin ödəniş) olan 1 ədəd telefon əşyası və digər xidmətlər üçün ümumilikdə, 5.293,57 manat olmaqla ondan, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 rüsum, 4.790,88 manat ödənilməmiş hissə, güzəşt olunaraq 479,09 manat dəbbə, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2.881,26 manat (18 ay x 160.07 manat + 0 manat ilkin ödəniş) olan 1 ədəd telefon, qol saatı və digər xidmətlər üçün ümumilikdə, 3.015,89 manat olmaqla ondan, 2.720,26 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 rüsum, güzəşt olunaraq 272,03 manat dəbbə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 161 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər

II. Tərəflərin mövqeləri:

3. İddiaçı ABC Telecom” MMC-nin nümayəndəsi məhkəməyə ərizə verərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə qeyd olunan cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir.

7. Belə ki, mülki iş materiallarında olan; - xx.xx.2025-ci il tarixli, ********** nömrəli alqı-satqı müqaviləsindən, ona əlavə edilmiş müqavilə bildirişlərindən və təhvil təslim aktlarından görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixdə 1 ədəd telefon, qol saatı almış, digər xidmətlər göstərilmiş və həmin əşya və xidmətlərə görə 18 ay müddətinə hər ay 160,07 manat olmaqla 2.881,26 manat ödəməyi öhdəsinə götürmüş, xx.xx.2025-ci il tarixdə 1 ədəd telefon əşyası almış, digər göstərilmiş və həmin əşya və xidmətlərə görə 18 ay müddətinə hər ay 266,16 manat olmaqla 4.790,88 manat ödəməyi öhdəsinə götürmüşdür. - Həmin müqavilənin 4.4-cü bəndinə əsasən, müştəri müqavilənin şərtlərini pozduğu, pul öhdəliyiini lazımi qaydada icra etmədiyi halda “ABC” malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ Kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikası rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə, müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə, adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. 4.5-ci bəndinə əsasən, 4.4 və 4.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. - xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə alınmış əşyalar və digər xidmətlər üçün ümumilikdə 8.309,45 manat borcu yaranmışdır. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, , Cavabdeh satılmış mobil telefonların açılıb-bağlanılması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 47,20 manat ödəniş edilmişdir. - İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli eyni nömrəli və məzmunlu müqaviləyə əsasən cavabdeh tərəfindən öhdəliklərin icrasını gecikdirdiyi üçün müqavilə əsasında alınmış əşyanın saz və korlanmamış vəziyyətdə geri qaytarılmasını tələb etmiş, əks təqdirdə 3 iş günü müddətində məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.

8. İş materiallarında olan sənədlərlə müəyyən edildi ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən Cavabdeh "xxxx" MMC-dən müqavilədə qeyd edilən əşyaları və xidmətləri almış və həmin əşyanın dəyərini müqavilə ilə müəyyən edilmiş müddətdə hissəhissə olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və tam icra etməmiş, nəticədə sonuncunun "xxxx" MMC-yə ümumilikdə 7.511,14 manat ödənilməmiş əsas borcu yaranmışdır. Həmçinin "xxxx" MMC tərəfindən Cavabdeh satılmış mobil telefonun açılıb-bağlanılması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 47,20 manat ödəniş edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsas borc və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xərclərə münasibətdə təmin edilməlidir.

9. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 600.4 və 600.5-ci maddələrinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

10. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinə əsasən hesablanmış cəmi 751,11 qəpik cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

11. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

12. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

13. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

14. Belə olan halda məhkəmə həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulunun miqdarı azaldılaraq cəmi 20 manat məbləğində müəyyən edilməlidir.

15. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7.511,14 manat əsas, 20 manat cərimə borcu və 47,20 manat məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum olmaqla, cəmi 7.578,34 manat məbləğində pul tutularaq İddiaçınə verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 103,10 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

18. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh 7.511,14 manat əsas, 20 manat cərimə borcu və 47,20 manat məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum olmaqla, cəmi 7.578 (yeddi min beş yüz yetmiş səkkiz) manat 34 (otuz dörd) qəpik və ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 103 (bir yüz üç) manat 10 (on) qəpik məbləğində pul tutularaq İddiaçınə verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar