Məhkəmə qərarları › İş №e-2(042)-1650/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-1650/2025

16.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-1650/2025 16.02.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı MMC Cavabdeh qarşı 14 sentyabr 2022-ci il tarixli ALY-1500 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2025-ci il tarixə 213.80 manat gecikdirilmiş əsas, 100.62 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 330.25 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Cobalt” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 1014.20 manat məbləğində pulun, ümumillikdə 1658.60 manat borc və 36.60 manat dövlət rüsumunun xeyrinə tutulması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış 14 sentyabr 2022-ci il tarixli ALY-1500 saylı “Daxili lizinq” müqaviləsinə əsasən X1 ilə 2022-ci il buraxılışlı, “Chevrolet Cobalt” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, XWBJF69V9NA112838 ban, qara avtomobil 21375 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X4 illik 18 % hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 446.29 manat, ümumilikdə isə 30577 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. 17 aprel 2023-cü il tarixdə X4, X5 və İddiaçı MMC arasındaALY-1500 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 14 sentyabr 2022-ci il tarixli ALY-1500 saylı “Daxili lizinq” müqaviləsi üzrə X5 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 29 aprel 2023-cü il tarixdə X5, Cavabdeh və İddiaçı MMC arasındaALY-1500 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 14 sentyabr 2022-ci il tarixli ALY-1500 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil 30 iyun 2025-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1014.20 manat dəyərində ziyanın dəyməsi müəyyən edilmişdir. Cavabdeh saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 iyun 2025-ci il tarixə 213.80 manat gecikdirilmiş əsas, 100.62 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 330.25 manat dəbbə pulu, cəmi 644.40 manat borcu yaranmışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan 29 aprel 2023-cü il tarixli Aktın surətindən görünür ki, “Chevrolet Cobalt” LT markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehə saz vəziyyətdə təhvil verilmişdir. İşdə olan arayışdan görünür ki, borclu Cavabdeh İddiaçı MMC-ə 213.80 manat əsas, 100.62 manat mükafat, 330.25 mant cərimə borcu olmaqla, cəmi 644.40 manat borcu vardır. İşdə olan 30 iyun 2025-ci il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, “Chevrolet Cobalt” LT markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1014.20 manat ziyan dəymişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, cavabdeh Nuruyev X3 Cobalt” LT markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 21375 manat məbləğində pulu 18% ödəmək şərtilə 60 ay müddətinə ödəməsini öz öhdəsinə götürmüşdür. İşdə olan Qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə baxılması üçün 36.60 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədləri təhqiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Məcəllənin 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Məcəllənin 747.1-ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məcəllənin 748-1.12-ci maddəsinə əsasən Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; Məcəllənin 748-7.1-ci maddəsinə əsasən Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məcəlləinin 462.1-ci maddəsinə əsasən Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış 14 sentyabr 2022-ci il tarixli ALY-1500 saylı “Daxili lizinq” müqaviləsinə əsasən X1 ilə 2022-ci il buraxılışlı, “Chevrolet Cobalt” minik markalı, **-AC- *** dövlət qeydiyyat nişanlı, XWBJF69V9NA112838 ban, qara avtomobil 21375 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən X4 illik 18 % hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 446.29 manat, ümumilikdə isə 30577 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. 17 aprel 2023-cü il tarixdə X4, X5 və İddiaçı MMC arasında ALY-1500 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 14 sentyabr 2022-ci il tarixli ALY-1500 saylı “Daxili lizinq” müqaviləsi üzrə X5 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 29 aprel 2023-cü il tarixdə X5, Cavabdeh və İddiaçı MMC arasındaALY-1500 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 14 sentyabr 2022-ci il tarixli ALY-1500 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmişdir. İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Cobal”t minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil 30 iyun 2025-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən avtomobilə 1014.20 manat dəyərində ziyan dəyməsi müəyyən edilmişdir. Cavabdeh saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 iyun 2025-ci il tarixə 213.80 manat gecikdirilmiş əsas, 100.62 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 330.25 manat dəbbə pulu, cəmi 644.40 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh 1658.60 manat borc və 36.60 manat dövlət rüsumu alınaraq, İddiaçı MMC-ə verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 1658.60 manat borc və 36.60 manat məhkəmə xərci alınaraq, İddiaçı MMC-ə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar