Məhkəmə qərarları › İş №e-2(042)-237/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-237/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-237/2024 13.03.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Cavabdeh Tülman oğlu və onun vəkili X14 iştirakları ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən edit: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 4860 manat və ödənilmiş dövlət rüsumuna görə 68.60 manat, müvəqqəti təminat tədbirinin təmini barədə ərizəyə görə ödənilmiş dövlət rüsumuna görə 10 manat pulun cavabdən alınaraq, ona verilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən PQA nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Vaz 2107” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 14 mart 2023-cü il tarixdə Şəmkir rayonu ərazisində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Daewoo Racer” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21061” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurulmuş,sərnişin qismində əyləşən 3 nəfər isə xəsarət almışdır.Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Daewoo Racer” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 2060 manat, “VAZ 21061” markalı **-CA-*** dövlət qeydiyyat avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 550 manat, sərnişin qismində əyləşən X2 dəymiş zərər üzrə 750 manat, X1 dəymiş zərər üzrə 750 manat, X3 dəymiş zərər üzrə 750 manat, ümumillikdə 4860 manat sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılmış araşdırma və toplanmış materiallar əsasında müəyyən edilmişdir ki,yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh “Vaz 2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. Daha sonra araşdırılma aparılmış,Cavabdeh əməlində cinayət təkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. "xxxx" ASC tərəfindən 19 iyun 2023-cü il tarixli 1178/23 nömrəli məktubla Cavabdeh qarşı 4860 manat məbləğində subroqasiya hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş və həmin məbləğin 7 gün ərzində ödənilməsi tələb olunmuşdur. Lakin cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbi təmin olunmadığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə göndərərək işə onların nümayəndələrinin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə qismən etiraz etmiş, izahat verərək bildirmişdir ki, 14 mart 2023-cü il tarixdə Şəmkir rayonu ərazisində yol nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsi zamanı “Daewoo Racer” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21061” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurulmuş,sərnişin qismində əyləşən 3 nəfər isə xəsarət almışdır. Qala Sığorta ASC tərəfindən 4860 manat ödəniş həyata keçirilmişdir. Lakin Sığorta tərəfindən hesablanan məbləğ çoxdur. Ona görə iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan ödəniş tapşırığının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxslər X18,X21, X11, X8 və X7 ümumillikdə 4860 manat məbləğində ödəniş edilmişdir. İşdə olan BPQMİ-nin Map Şöbəsi tərəfindən verilmiş Arayışından görünür ki, Cavabdeh Gədəbəy rayonu, Çaldaş kəndində qeydiyyatdadır. İşdə olan Arayışdan görünür ki, xx.xx.2021-ci tarixdə Gədəbəy şəhəri, H.Əliyev prospektində X9 etibarnamə əsasında idarə etdiyi ”VAZ21063” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə zərərçəkmiş şəxs X12 məxsus “VAZ 21074” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İşdə olan Qiymətləndirmə Aktından görünür ki, “Daewoo Racer” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21061” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün ümumillikdə 2610 manat məbləğində pul vəsaiti ayrılmışdır. İşdə olan Cinayət İşinin rədd edilməsi haqqında 31 mart 2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X13” X24 tərəfindən verilmiş ekspert rəylərindən görünür ki, X11,X10, Cavabdeh və X8 yüngül dərəcəli xəsarətlər almışlar. İşdə olan Sığorta Ödənişi ilə bağlı Aktın surətindən görünür ki, “Vaz 2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 14 mart 2023-cü il tarixdə Şəmkir rayonu ərazisində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Daewoo Racer” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21061” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurulmuş,sərnişin qismində əyləşən 3 nəfər isə xəsarət almışdır.Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Daewoo Racer” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 2060 manat, “VAZ 21061” markalı, **-CA-*** dövlət qeydiyyat avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 550 manat, sərnişin qismində əyləşən X2 dəymiş zərər üzrə 750 manat, X1 dəymiş zərər üzrə 750 manat, X3 dəymiş zərər üzrə 750 manat, ümumillikdə 4860 manat sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdeh və nümayəndəsinin izahatlarını, işin faktiki hallarını araşdırıb, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məcəllənin 881.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Məcəllənin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər . "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 25.1. və 25.1.3-cü maddələrinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi zamanıyaranır. Azərbaycan Respublikası MPM-nin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən PQA nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Vaz 2107” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 14 mart 2023-cü il tarixdə Şəmkir rayonu ərazisində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Daewoo Racer” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21061” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurulmuş,sərnişin qismində əyləşən 3 nəfər isə xəsarət almışdır.Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Daewoo Racer” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 2060 manat, “VAZ 21061” markalı **-CA-*** dövlət qeydiyyat avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 550 manat, sərnişin qismində əyləşən X2 dəymiş zərər üzrə 750 manat, X1 dəymiş zərər üzrə 750 manat, X3 dəymiş zərər üzrə 750 manat, ümumillikdə, 4860 manat sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh “Vaz 2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmiş, lakin əməlində cinayət təkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 4860 manat və ödənilmiş dövlət rüsumun əvəzi olan 78.60 manat alınaraq, "xxxx" ASC-ə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 4860 manat, 78.60 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi, 4938.60 manat alınaraq, "xxxx" ASC-ə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar