Məhkəmə qərarları › İş №e-2(042)-585/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-585/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-585/2022 20.06.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC” məhkəmədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia qaldıraraq, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd Tekstil Süfrə, 3 ədəd X2 Seti, 2 ədəd Hali Tekstil, 2 ədəd NevresimTakımı üçün 959 manat ödənilməmiş hissə, 95 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 4 ədəd Yorgan Tekstil, 4 ədəd Yastık Tekstil üçün 808 manat ödənilməmiş hissə, 80 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, TWS Qulaqlıq, İmei Kodu **********58241 BQ-5016G markalı telefon üçün qiyməti 86 manat ödənilməmiş hissə, 8 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İmei Kodu **********94657 Samsung GalaxyA11 markalı telefon üçün 67 manat ödənilməmiş hissə, 6 manat cərimə miqdarında borc olmaqla ümumilikdə 2109 manat borc və 41.09 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması barədə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilmiş, lakin, cavabdeh tərəfindən iddia tələbinə dair etiraz daxil olmamamışdır. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd Tekstil Süfrə, 3 ədəd X2 Seti, 2 ədəd Hali Tekstil, 2 ədəd Nevresim Takımı, 4 ədəd Yorgan Tekstil, 4 ədəd Yastık Tekstil, TWS Qulaqlıq, İmei Kodu **********58241 BQ-5016G markalı telefon, İmei Kodu **********94657 Samsung GalaxyA11 markalı telefon almış və nəticədə 2109 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1478.4 manat (24 ay x 61.6 manat + 0 manat ilkin ödəniş) 2 ədəd Tekstil Süfrə, 3 ədəd X2 Seti, 2 ədəd Hali Tekstil, 2 ədəd Nevresim Takımı üçün ümumilikdə, 1054 manat olmaqla ondan, 959 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 95 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı 1142.4 manat (24 ay x 47.6 manat + 0 manat ilkin ödəniş) 4 ədəd Yorgan Tekstil, 4 ədəd Yastık Tekstil üçün ümumilikdə 888 manat olmaqla ondan, 808 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 80 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 294 manat (12 ay x 24.5 manat + 0 manat ilkin ödəniş) TWS Qulaqlıq, İmei Kodu **********58241 BQ-5016G markalı telefon üçün ümumilikdə, 94 manat olmaqla ondan, qiyməti 86 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 432 manat (12 ay x 30 manat + 72 manat ilkin ödəniş) İmei Kodu **********94657 Samsung GalaxyA11 markalı telefonüçün ümumilikdə, 73 manat olmaqla ondan, 67 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1426.8 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə ararlarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbləri əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər, tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Qeyd olunanlara əsasən, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını araşdırıb, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Maps arayışından görünür ki, Cavabdeh xx.xx.1978-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan xx.xx.2020-ci il tarixli, 20374688 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei Kodu **********94657 Samsung GalaxyA11 markalı telefon nisyə almış və həmin əşyaya görə 12 ay hər ay 30 manat olmaqla 432 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli, 22327946 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən TWS Qulaqlıq, İmei Kodu **********58241 BQ-5016G markalı telefon nisyə almış və həmin əşyaya görə 12 ay hər ay 24.5 manat olmaqla 294 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli, 21102540 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 4 ədəd Yorgan Tekstil, 4 ədəd Yastık Tekstil nisyə almış və həmin əşyaya görə 24 ay hər ay 47.6 manat olmaqla 1142.4 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli, 21102181 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 2 ədəd Tekstil Süfrə, 3 ədəd X2 Seti, 2 ədəd Hali Tekstil, 2 ədəd Nevresim Takımı nisyə almış və həmin əşyaya görə 24 ay hər ay 61.6 manat olmaqla 1478.4 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 26 aprel 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli müqavilələr üzrə ümumilikdə 2109 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinin tələbinə görə, tərəfin tələb və etirazlarının əsaslandırıldığı faktları digər tərəfin etiraf etməsi əks tərəfin gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Beləliklə, məhkəmə iclasında iş materiallarında olan sənədlərlə müəyyən edildi ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, 2 ədəd Tekstil Süfrə, 3 ədəd X2 Seti, 2 ədəd Hali Tekstil, 2 ədəd Nevresim Takımı, 4 ədəd Yorgan Tekstil, 4 ədəd Yastık Tekstil, TWS Qulaqlıq, İmei Kodu **********58241 BQ-5016G markalı telefon, İmei Kodu **********94657 Samsung GalaxyA11 markalı telefon almış və nəticədə 2109 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1478.4 manat (24 ay x 61.6 manat + 0 manat ilkin ödəniş) 2 ədəd Tekstil Süfrə, 3 ədəd X2 Seti, 2 ədəd Hali Tekstil, 2 ədəd Nevresim Takımı üçün ümumilikdə, 1054 manat olmaqla ondan, 959 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 95 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı 1142.4 manat (24 ay x 47.6 manat + 0 manat ilkin ödəniş) 4 ədəd Yorgan Tekstil, 4 ədəd Yastık Tekstil üçün ümumilikdə 888 manat olmaqla ondan, 808 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 80 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 294 manat (12 ay x 24.5 manat + 0 manat ilkin ödəniş) TWS Qulaqlıq, İmei Kodu **********58241 BQ-5016G markalı telefon üçün ümumilikdə, 94 manat olmaqla ondan, qiyməti 86 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 432 manat (12 ay x 30 manat + 72 manat ilkin ödəniş) İmei Kodu **********94657 Samsung GalaxyA11 markalı telefon üçün ümumilikdə, 73 manat olmaqla ondan, 67 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1426.8 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1 və 598.2-ci maddələrinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600-cü maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, borc verən borc öhdəliyinin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş formada zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində borcluya zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.3.-cü maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılarkən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu və bank xidməti haqqı iddia tələbi təmin olunduğundan cavabdehə aid edilməlidir. Beləliklə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd Tekstil Süfrə, 3 ədəd X2 Seti, 2 ədəd Hali Tekstil, 2 ədəd NevresimTakımı üçün 959 manat ödənilməmiş hissə, 95 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 4 ədəd Yorgan Tekstil, 4 ədəd Yastık Tekstil üçün 808 manat ödənilməmiş hissə, 80 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, TWS Qulaqlıq, İmei Kodu **********58241 BQ-5016G markalı telefon üçün qiyməti 86 manat ödənilməmiş hissə, 8 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İmei Kodu **********94657 Samsung GalaxyA11 markalı telefon üçün 67 manat ödənilməmiş hissə, 6 manat cərimə miqdarında borc olmaqla ümumilikdə 2109 manat manat borc, 41.09 manat ödənilmiş dövlət rüsumu, cəmi 2150.09 məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233.1, 284-1 – 284-6, və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd Tekstil Süfrə, 3 ədəd X2 Seti, 2 ədəd Hali Tekstil, 2 ədəd NevresimTakımı üçün 959 manat ödənilməmiş hissə, 95 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 4 ədəd Yorgan Tekstil, 4 ədəd Yastık Tekstil üçün 808 manat ödənilməmiş hissə, 80 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, TWS Qulaqlıq, İmei Kodu **********58241 BQ-5016G markalı telefon üçün qiyməti 86 manat ödənilməmiş hissə, 8 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İmei Kodu **********94657 Samsung GalaxyA11 markalı telefon üçün 67 manat ödənilməmiş hissə, 6 manat cərimə miqdarında borc olmaqla ümumilikdə 2109 manat manat borc, 41.09 manat ödənilmiş dövlət rüsumu, cəmi 2150 (iki min yüz əlli ) manat 09 (doqquz) qəpik məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar