Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-651/2024 05.09.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X25 oğlunun katibliyi, İddiaçı1, onun etibarnamə üzrə nümayəndəsi və vəkili X36, cavabdeh X14 etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə, İddiaçılar İddiaçı1, X15, İddiaçı3, İddiaçı4 və X9 cavabdehlər X21 və Gədəbəy rayon Notariat ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab olunması, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması, çıxarışın ləğv olunması, miras mülkün əvvəlki vəziyyətinə qaytarılması və miras əmlaka qanun üzrə vərəsə tanınmaları” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X37, İddiaçı3, İddiaçı4 və X26 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mərhum X10 adından cavabdeh X14 adına 15 yanvar 2014-cü il tarixində cavabdeh Gədəbəy rayon Notariat Kontorunda qeydə alınmış 2V-01-02 reyestrnömrəli vəsiyyətnamənin etibarsız hesab olunnmasına, həmin vəsiyyətnamə əsasında cavabdeh X14 adına cavabdeh Gədəbəyrayon Notariat Kontorunda tərtib edilmiş 31 yanvar 2018-ci il tarixli 2V-50 reyestr saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunmasına, mərhum X11 adına cavabdeh Gədəbəy rayon Notariat Kontorunda tərtib edilmiş 31 yanvar 2018-ci il tarixli 2V-51 reyestr saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv olunmasına, mərhum X11 adından cavabdeh Gədəbəy rayon Notariat Kontorunda cavabdeh X14 adına qoyulmuş 31 yanvar 2018-ci il tarixli vəsiyyətnamənin ləğv olunmasına, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən 08 fevral 2018-ci ildə cavabdeh X38 və mərhum X11 adına tərtib edilmiş ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunmasına, miras mülkün əvvəlki vəziyyətə qaytarılmasına, mərhum X6 və X7, Gədəbəy rayonunun Slavyanka kəndində yerlşən miras əmlaka – fərdi yaşayış evinə və evin yerləşdiyi 0.25 ha həyətyanı torpaq sahəsindən mərhum X16 çatacaq payına onların - iddiaçıların qanun üzrə vərəsə tanınmalarına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı4 oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, o, iddiaçı- Uğuzova X33 rayonu, Slavyanka kəndində ailə üzvüləri ilə birlikdə yaşayır. Mərhum əri X27 ilə 1987-ci ildə faktiki ailə qurmuşdur. Nikahlarını xx.xx.1989-cu ildə Gədəbəy rayonunun Slavyanka kənd İƏD üzrə nümayəndəliyində rəsmi qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.1988ci il təvəllüdlü X28, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı3, xx.xx.1994-cü il təvəllüdlü X26 və xx.xx.1996-cı il təvəllüdlü X39 adında dörd uşaqları doğulmuşdur. Həyat yoldaşı X27 ilə ailə quran gün, X1na məxsus olan, Gədəbəy rayonunun Slavyanka kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Uşaqları bu evdə doğulmuşdur. Həyat yoldaşı X27 15 yanvar 2007-ci ildə vəfat etmişdir. Ondan miras olaraq qalmış əmlakı onlar - iddiaçılar qəbul edib, onlar idarə etmişlər. Digər iddiaçılar onun uşaqlarıdır. Həyat yoldaşı Binnət vəfat edəndən sonra onlar mərhum qayınatası X12 məxsus olan fərdi yaşayış evində yaşamaqla, ondan qalan miras əmlakı faktiki qəbul edib, idarə etmişlər. X1 xx.xx.2017-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra miras mülkdə onlar - iddiaçılar yaşayır, miras mülkün həyətyanı torpaq sahəsini əkib-becərir, təsərrüfatı idarə edirlər. X8 qayınanası X30 ilə 1963-cü ildə rəsmi nikah qeydə aldırmaqla ailə qurmuşdur. Onların birgə nikahından X31, X22 və X27 adında üç uşaq doğulmuşdur. Ərinin qardaşı Şahbaz və bacısı Yazgül valideynlərinin sağlığında ailə qurub təsərrüfatdan ayrılmışlar. Mərhum əri Binnət isə ailənin kiçik oğlu olduğu üçün, həmin təsərrüfatda yaşamaqda davam etmişdir. Qayınatası Mikayıl xx.xx.2017-ci ildə, qayınanası X30 isə xx.xx.2023-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra onlar - iddiaçılar həm mərhum Binnət Mikayıl oğlundan, həm Mikayıl Hümbət oğlundan, həm də Suyatel Qəşəm qızından miras qalmış əmlaka vərəsəlik əldə etmək üçün, cavabdeh Gədəbəy rayon Notariat Kontoruna müraciət etmişlər. Həmin müraciətləri bağlı olaraq sənədlər toplayarkən onlara məlum olmuşdur ki, mərhum Mikayıl Hümbət oğlunun vəfatından sonra, cavabdeh Gədəbəy rayon Notariat Kontorunun 31 yanvar 2018-ci il tarixli 2V-50 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında və 2V-51 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında cavabdeh X38 və X11 adına özgəninkiləşdirilmiş və onların adına X30-ev ½ hissə, torpaq sahəsi ¾ hissə və X38 ½ hissə ev, torpaq sahəsi ¼ hissə olmaqla 08 fevral 2018-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Eyni zamanda Suyatel Qəşəm qızı xx.xx.2023-cü ildə vəfat etmiş, vəfatından əvvəl xx.xx.2018-ci ildə Gədəbəy rayon notariat ofisində cavabdeh X14 adına vəsiyyətnamə qoymuş və həmin vəsiyyətnamə ilə özünə məxsus olan bütün əmlakını Zöhrab Rövşən oğluna vəsiyyət etmişdir. Onlar - iddiaçılar Suyatel Qəşəm qızının vəfatından sonra cavabdeh Gədəbəy rayon notarit ofisinə rəsmi qaydada müraciət edib, mərhum Binnət Mikayıl oğluna düşəcək miras payına münasibətdə qanun üzrə vərəsə tanınmalarını xahiş etmişlər. Lakin cavabdeh notarit ofisi qeyd olunan sonuncu vəsiyyətnaməni əsas tutub, onları miras əmlakdan, mərhum Binnət Mikayıl oğluna münasibətdə vərəsə tanımaqdan imtina edir. Göründüyü kimi mərhumun adından vəsiyyətnamə qeydə alınanda, mərhumun adına daşınmaz əmlak qeydə alınmamışdır. Bu səbəbdən həmin vəsiyyətnamə əsasında cavabdeh Gədəbəy rayon Notariat Kontoru tərəfindən cavabdeh Zöhrab Rövşən oğlunun adına tərtib olunmuş 2V-50 reyestr saylı vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv olunmalıdır. Həmçinin cavabdeh Gədəbəy rayon Notariat Kontorunda mərhum X11 adına tərtib olunmuş 2V-51 reyestr saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi ləğv olunmalıdır. Belə ki, mərhum Suyatel Qəşəm qızı 30 yanvar 2018-ci il tarixdə cavabdeh Gədəbəy rayon Notariat Kontoruna ərizə verərək, mərhum Mikayıl Hümbət oğlunun ondan başqa qanun üzrə vərəsəsi olmamsını göstərmişdir. Cavabdeh Gədəbəy rayon Notarit Kontoru isə vərəsələyin dairəsini tam müəyyən etməmiş və təqdim olunmuş sübutların mötəbərliyini yoxlamamışdır. Bu səbəbdən də Binnət Mikayıl oğlu qanuni əsaslarla mərhum atasından miras qalan əmlakdan məhrum olmuşdur. Belə ki, vəsiyyətnamənin qanuniliyi notarius tərəfindən yoxlanılsa idi, həmin vəsiyyətnamə əsasında vərəsəlik şəhadətnaməsi tərtib olunmasa idi, mərhum Binnət Mikayıl oğlunun qanun üzrə vərəsəsi olaraq onlar- iddiaçılar, mərhum Binnət Mikayıl oğluna çatacaq paya, digər qanun üzrə vərəsələrlə birlikdə miras əmlakdan pay ala bilərdilər. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçıların etibarnamə üzrə və vəkili X50 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, mübahisəli həyətyanı torpaq sahəsindən və fərdi yaşayış evindən ibarət əmlaklar ünvan 1ində yerləşir. Fərdi yaşayış evinin mülkiyyətçisi Mikayıl Uğuzov olmuşdur. Mikayıl Uğuzov hazırki iş üzrə iddiaçıların babasıdır. Mikayıl Uğuzov miras qoyan şəxsdir. Mikayıl Uğuzov ilə Suyatel Uğuzov 1963cü il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. Onların Şahbaz, Yazgül və Binnət adında üç övladları olmuşdur. X57 birinci növbə vərəsələri Suyatel Uğuzova, Şahbaz Uğuzov, Binnət Uğuzov və Yazgül Uğuzovdan ibarət olmuşdur. Mikayıl Uğuzov tərəfindən Zöhrab Uğuzovun adına 2014-ci il tarixdə vəsiyyətnamə verilmişdir. Mikayıl Uğuzov xx.xx.2017-ci il tarixdə vəfat etmiş və miras açılmışdır. Mikayıl Uğuzov vəfat etdiyi zaman fərdi yaşayış evindən Suyatel və hazır ki iş üzrə iddiaçılar həmin evdə yaşamışdır. Şahbaz və Yazgül başqa şəxslərlə ailə qurduqlarından həmin evdə yaşamamışdır. Binnət Uğuzov isə 2007-ci il tarixdə vəfat etmişdir. Fərdi yaşayış evində Binnətin övladları Sevinc, Pərvanə, Həlimə və Hümbət yaşamışdır. İddiaçıların bildirdiyinə görə X44 Uğuzova vəsiyyətnamə vermək kimi bir düşüncəsi heç vaxt olmamışdır. X45 tərəfindən vəsiyyətnamə 2014-cü il tarixdə verilməsinə baxmayaraq, torpaq sahəsinə dair şəhadətnamə olsa da, fərdi yaşayış evi Mikayıl Uğuzovun adına daşımaz əmlakın dövlət reyestrindən qeydə alınmamışdır. Verilmiş vəsiyyətnamə əsasında Zöhrab Uğuzovun adına vəsiyyətnamə üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə, Suyatel Uğuzovanın adına isə qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamələr verilmişdir. Vərəsəlik haqqında şəhadətnamələr verilən zaman Zöhrab Uğuzov və Suyatel Uğuzov tərəfindən verilmiş ərizələrdə Mikayıl Uğuzovun başqa vərəsələrinin olmaması qeyd edilmişdir. X41 Şahbaz Uğuzov, Binnət Uğuzov və Yazgül Uğuzov adında birinci növbə vərəsələri olmuşdur. Həmçinin notariat ofisi vərəsələrin müəyyən edilməsi üçün sorğular verilməli olmasına baxmayaraq hər hansı sorğu verilməmiş və təqdim edilmiş sənədlərin həqiqiliyi yoxlanmamışdır. Ona görə də notariat ofisi cavabdeh kimi göstərilmişdir. X45 2017-ci il tarixdə vəfat etsə də, fərdi yaşayış evi üzrə sonuncunun hüquqları 2018-ci il tarixdə qeydə alınmışdır. Həmçinin fərdi yaşayış evi Suyatel Uğuzova ilə birgə nikah dövründə əldə olunsa da ev tam olaraq Mikayıl Uğuzovun adına qeydə alınmışdır. Suyatel Uğuzova daşınmaz əmlakın dövlət reyestrinə birgə nikah dövründə əldə olunmuş əmlaka hüquqlarının qeydiyyata alınması barədə müraciət etdikdən sonra fərdi yaşayış evinin ½ hissəsinə payı müəyyən edilə bilərdi. Göründüyü kimi notariat ofisi qanunu pozaraq evi tam olaraq vəsiyyətnamə üzrə vərəsənin payı olaraq müəyyən etməli olduğu halda, evin ½ hissəsinə birgə nikah dövründə əldə olunmuş əmlak kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə Suyatel Uğuzovanın payını müəyyən etmişdir. Bununla da qanunvericiliyinin tələblərinə əməl edilməyərək vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Notariat ofisi miras əmlakdan Suyatel Uğuzovaya məcburi pay müəyyən etməli olduğu halda, mirasın ½ hissisəsinə qanun üzrə vərəsə olaraq payını müəyyən etmişdir. Həmçinin vəsiyyətnamə üzrə vərəsəlik müəyyən edildirdisə, digər vərəsələrin də mirasdan məcburi payı müəyyən edilməli idi. Bundan sonra Suyatel Uğuzova tərəfindən 2018-ci il tarixdə Zöhrab Uğuzovun adına vəsiyyətnamə verilir. Suyatel Uğuzova 2023-cü il tarixdə vəfat etmişdir. Həmçinin birinci vəsiyyətnamədə olduğu kimi bu vəsiyyətnamədə də, daşınmaz əmlaklar üzərində hüquqları dövlət qeydiyyatına alınmamışdan əvvəl vəsiyyətnamə verilir. Mübahisəli daşınmaz əmlaklarlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış Suyatel Uğuzova tərəfindən vəsiyyətnamə verilə bilməzdi. Həmçinin bu zamanda Zöhrab Uğuzovun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilən zaman notariat ofisi tərəfindən vərəsələrin dairəsi müəyyən edilməli olduğu halda müəyyən edilməmişdir. Halbuki bu zaman da Binnət Uğuzov vəfat etdiyindən onun övladları vərəsə olaraq müəyyən edilməli idi. X45 tərəfindən verilmiş vəsiyyətnamənin ləğvini onunla əsaslandırırlar ki, vəsiyyətnamədə olan imza Mikayıl Uğuzova məxsus deyildir. Notariat işində vəsiyyətnamə ilə reyestr kitabında olan imzaların yoxlanılmasını istəyirlər. Cavabdeh X14 etibarnamə üzrə nümayəndəsi X22 məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, qardaşı X63 Qədimova ilə evləndiyi zaman Tərgül onun bibisinin evinə gəlin gəlmiş, atası evinə gəlməmişdir. Onların birgə evliliklərində dörd övladları doğulmuşdur. Bundan sonra Tərgül Binnəti qoyub övladlarını da götürüb Türkiyə Cümhuriyyətinə getmişdir. Həmçinin qardaşına məxsus avtomobili əlindən almışdır. O, isə əri vəfat etdiyi zamandan atasından miras qalmış evdə yaşamışdır. Tərgül hazırda Şəmkir rayonu, Şiştəpə kəndində özünə məxsus evdə yaşayır. Həmçinin qardaşı Tərgüldən sonra başqa şəxslə rəsmi nikah bağlamaqla ailə qurmuş və həmin ailədən bir övladı doğulmuşdur. Lakin qardaşı Binnət vəfat etdikdən sonra arvadı və övladı çıxıb getmişdir. X58 evi onun övladının adına sənədləşdirmək istəmiş və sənədləşdirmişdir. İddiaçılar uzun müddətdir ki həmin evi tərk edib getmişdir. İddiaçınlaın hər birinin özünə məxsus evləri vardır. İddiaçıların heç biri orada yaşamamışdır. X64 və anası X19 baxmış və dəfn xərclərini oğlu qarşılamışdır. Atası və anası vəfat etdiyi zaman evdə o, oğlu Zöhrab və oğlunun arvadı yaşamışdır.Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon Notariat X2 tərəfindən verilmiş 15 yanvar 2014-cü il tarixli, reyestrdə 2V-01-02 nömrə ilə qeyd edilmiş vəsiyyətnamədən görünür ki, X29 ölən günədək ona məxsus olan ünvan 1ində yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini nəvəsi X23 vəsiyyət etmişdir. Qalan vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. İşdə olan Gədəbəy rayon Notariat Kontoruda tərəfindən X30 verilmiş 31 yanvar 2018-ci il tarixli, reyestrdə 2V-52 nömrə ilə qeyd edilmiş vəsiyyətnamədən görünür ki, X30 ölən günədək ona məxsus olan Gədəbəy rayonu, Slavynaka kəndində yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsi, çöl torpaq sahəsini və adına nə varsa hamısını nəvəsi X21 vəsiyyət etmişdir. Qalan vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. İşdə olan Gədəbəy rayon Notariat Kontoru tərəfindən verilmiş 31 yanvar 2018-ci il tarixli, reyestrdə 2V-50 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2017-ci tarixdə ölmüş X10 vərəsəsi nəvəsi X38 ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx/xx/2016 tarixdə X17 verilmiş **********06-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 292.1 kv/m olan tərdi yaşayış evindən və həmin evin mülkiyyətində olan 0.25 ha torpaq sahəsinin onun payına düşən hisssəsindən ibarət miras əmlakdan 1/2 hissədə pay almalıdır. İşdə olan Gədəbəy rayon Notariat Kontoru tərəfindən verilmiş 31 yanvar 2018-ci il tarixli, reyestrdə 2V-51 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2017-ci tarixdə ölmüş X10 vərəsəsi arvadı X30 ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx/xx/2016 tarixdə X17 verilmiş **********06-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 292.1 kv/m olan tərdi yaşayış evindən və həmin evin mülkiyyətində olan 0.25 ha torpaq sahəsinin onun payına düşən hisssəsindən ibarət miras əmlakdan 1/2 hissədə pay almalıdır. İşdə olan Gədəbəy rayon İHB-nın Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 72 saylı arayışın surətindən görünür ki, X10 adına ünvan 1ində 1988-ci ildə şəxsi vəsaiti hesabına tikilmiş ümumi sahəsi 292.1 kv.m olan yaşayış evi, tikinti altı sahəsi 47.5 kv.m olan tövlə, tikinti altı sahəsi 11.8 kv.m olan anbar, tikinti altı sahəsi 15.6 kv.m olan çardaq və 0.25 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İşdə olan ölüm haqqında arayışlardan görünür ki, X30 xx.xx.2023-cü il tarixdə, X27 xx.xx.2007-ci il tarixdə ölmüşdür. İşdə olan nikah akt qeydləri kitabından çıxarışdan görünür ki, X29 ilə X32 nikalarını xx.xx.1963-cü il tarixdə bağlamışlar. İşdə olan nikah akt qeydləri kitabından çıxarışdan görünür ki, X27 və İddiaçı4 nikahlarını xx.xx.1989-cu il tarixdə bağlamışlar. İşdə olan doğum haqqqında şəhadətnamənin surətindən görünür ki, X38 xx.xx.1986cı il tarixdə ünvan 1ində doğulmuşdur. Atası qrafasında X43, anası qrafasında X22 qeyd edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.1968-ci il tarixdə ünvan 1ində doğulmuşdur. Atası qrafasında X29, anası qrafasında X30 qeyd edilmişdir. İşdə olan X22 tərəfindən xx.xx.2017-ci il tarixdə notarial qayadada verilmiş ərizədən görünür ki, o, xx.xx.2017-ci il tarixdə vəfat etmiş atası X13 ölümündən sonra nədə və harada istifadə olunmasından asılı olayaraq ona düşən miras əmlakı qəbul etməmişdir və etmək fikirində də deyildir. Gələcəkdə miras payı tələbi ilə məhkəmə orqanlarına müraciət etməyəcəkdir və bu payla əlaqədar heç bir iddia və tələbi olmayacaqdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xitməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 291.1 kv.m sahəsi olan fərdi yaşayış evi tam pay olaraq X10 adına, 0.25 ha torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ ilə X10 və X11 adına xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xitməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 291.1 kv.m sahəsi olan fərdi yaşayış evi ½ hissədə X11, ½ hissədə isə X14 adına, 0.25 ha torpaq sahəsi isə ¾ hissədə X11, ¼ hissədə isə X14 adına xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. İşdə olan JN-517D, KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 saylı qərarı ilə X17 və X18 ünvan 1ində 0.25 ha torpaq sahəsi verilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 22 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, ünvan 1ində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi üzərindəki fərdi yaşayış evinə dair X29 (ev - tam, torpaq sahəsi - ümumi birgə) və X11 (torpaq sahəsi - ümumi birgə) adlarına 05 fevral 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Əsas: JN-527D "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" və Slavyanka kənd inzibati ərazi dairəsi nümayəndəliyinin 22 yanvar 2016-cı il tarixli, 72 nömrəli arayışı olmuşdur. Qeyd olunun əmlakdan X10 miras payı Gədəbəy rayon notariat kontorunun 31 yanvar 2018-ci il tarixli, 2V-50 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında və 2V-51 reyestr nömrəli qanun vərəsəlik hüququ haqqında şəhadətnamələri əsasında X38 və X11 adlarına özgəninkiləşdirilmiş və onların adlarına X30 - ev 1/2 hissə, torpaq sahəsi - 3/4 hissə və X38 - ev 1/2 hissə torpaq sahəsi - 1/4 hissə olmaqla 08 fevral 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. İşdə olan Gədəbəy rayon Notariat ofisi tərəfindən İddiaçı1 ünvanlanmış 27 aprel 2024-cü il tarixli məktubdan görünür ki, X30 tərəfindən xx.xx.2018-cı ildə Gədəbəy notariat ofisində vəsiyyətnamə tərtib olunaraq ölən günədək ona məxsus olar miras əmlak nəvəsi X21 vəsiyyət edilmiş digər vərəsələr isə vərəsəlik hüququndan məhrum edilmişdir. Həmin vəsiyyətnamə hazırda qüvvədədir dəyişdirilməmiş və ya ləğv edilməmişdir. Miras qoyan X30 xx.xx.2023-cü ildə vəfat etmişdir. Miras əmlak qanunvericiliyə uyğun olaraq vəsiyyət edildiyindən miras qoyanın nəvəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. X11 vəsiyyətnamə üzrə vərəsəsi X24r. Məhkəmə iclasında müəyyən edildi ki, X29 ilə X32 nikalarını xx.xx.1963-cü il tarixdə bağlamışlar. Onların birgə nikahlarından X31, X22 və X27 adında üç uşaqları doğulmuşdur. X29 xx.xx.2017-ci il tarixdə, X30 xx.xx.2023-cü il tarixdə, X27 xx.xx.2007-ci il tarixdə ölmüşdür. X3 və İddiaçı4 nikahlarını xx.xx.1989-cu il tarixdə bağlamış və onların birgə nikahlarından xx.xx.1988-ci il təvəllüdlü X28, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı3, xx.xx.1994-cü il təvəllüdlü X26 və xx.xx.1996-cı il təvəllüdlü X39 adında dörd uşaqları doğulmuşdur. ünvan 1ində yerləşən 291.1 kv.m sahəsi olan fərdi yaşayış evi tam pay olaraq X10 adına, 0.25 ha torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ ilə X10 və X11 adına xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. Gədəbəy rayon Notariat Kontoru tərəfindən verilmiş 15 yanvar 2014-cü il tarixli, reyestrdə 2V-01-02 nömrə ilə qeyd edilmiş vəsiyyətnaməyə əsasən, X29 ölən günədək ona məxsus olan ünvan 1ində yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini nəvəsi X23 vəsiyyət etmişdir. Qalan vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. Gədəbəy rayon Notariat Kontoru tərəfindən verilmiş 31 yanvar 2018-ci il tarixli, reyestrdə 2V-50 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2017-ci tarixdə ölmüş X10 vərəsəsi nəvəsi X38 ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx/xx/2016 tarixdə X17 verilmiş **********06-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 292.1 kv/m olan tərdi yaşayış evindən və həmin evin mülkiyyətində olan 0.25 ha torpaq sahəsinin onun payına düşən hisssəsindən ibarət miras əmlakdan 1/2 hissədə pay, Gədəbəy rayon Notariat Kontoru tərəfindən verilmiş 31 yanvar 2018-ci il tarixli, reyestrdə 2V-51 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2017-ci tarixdə ölmüş X10 vərəsəsi arvadı X30 ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx/xx/2016 tarixdə X17 verilmiş **********06-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 292.1 kv/m olan tərdi yaşayış evindən və həmin evin mülkiyyətində olan 0.25 ha torpaq sahəsinin onun payına düşən hisssəsindən ibarət miras əmlakdan 1/2 hissədə pay almalıdır. Gədəbəy rayon Notariat Kontoru tərəfindən verilmiş 31 yanvar 2018-ci il tarixli, reyestrdə 2V-52 nömrə ilə qeyd edilmiş vəsiyyətnaməyə X30 ölən günədək ona məxsus olan Gədəbəy rayonu, Slavynaka kəndində yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsi, çöl torpaq sahəsini və adına nə varsa hamısını nəvəsi X21 vəsiyyət etmiş, qalan vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. İddiaçılar məhkəmədə iddia qaldıraraq, X29 tərəfindən X14 adına verilmiş vəsiyyətnamənin etibarsızlığını, X30 tərəfindən X14 adına verilmiş vəsiyyətnamənin ləğvini, X11 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, X14 adına verilmiş vəsiyyətnamə üzrə vərsəlik hüququ haqqında şəhadətnamənin ləğvini, miras mülkün əvvəlki vəziyyətə qaytarılmasını və miras əmlaka iddiaçıların qanun üzrə vərəsə olaraq tanınmalarını tələb etmişdir. İddiaçılar və onların nümayəndəsi Nümayəndə qeyd edilən vəsiyyətnamələrin və vərəsəlik şəhadətnamələrinin ləğvini və ya etibarsızlığını aşağıda qeyd edilənlərlə əsaslandırır:
1. Gədəbəy rayon Notariat X2 tərəfindən verilmiş 15 yanvar 2014-cü il tarixli, reyestrdə 2V-01-02 nömrə ilə qeyd edilmiş vəsiyyətnamənin X10 iradə ifadəsi ilə verilməməsi və həmin vəsiyyətnamədə edilmiş imzanın X17 məxsus olmaması;
2. X29 tərəfindən vəsiyyətnamə verilərkən sonuncudan miras qalmış əmlakların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, eləcə də daşınmaz əmlakların Mikayıl Uquzov vəfat etdikdən sonra daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin zaman həmin əmlaklar üzərində sərəncam vermək hüququnun olmaması;
3. Gədəbəy rayon Notariat kontoru tərəfindən X11 adına qanun üzrə vərəsəlik şəhadətnaməsi verilən zaman qanun üzrə vərəslərin dairəsinin müəyyən edilməməsi, daşınmaz əmlakların Mikayıl Uquzovla birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilib ½ hissəsinə payının müəyyən edilməsinin qanunsuz olması.
4. X30 tərəfindən X14 adına vəsiyyətnamə verərkən Suyatel Uğuzovanın mübahisəli əmlaklar barəsində sərəncam vermək hüququnun olmaması. Məhkəmə iddia tələbinin qanuni əsaslarının mövcud olub-olmaması ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məsəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225-ci maddəsinə əsasən, vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, “Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).” Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata əsasən, Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, sağ qalmış ərə (arvada) ər-arvadın ümumi əmlakında paya mülkiyyət hüququ haqqında şəhadətnamə nikah dövründə əldə edilmiş ümumi əmlakın yarısına verilir.Ər-arvadın biri öldükdə, əmlak isə ər-arvadın birgə nikah dövründə əldə edilibsə və sağ qalan ərin (arvadın) adına rəsmiləşdirilibsə (qeydə alınıbsa), ölənin mirası qəbul etmiş vərəsələrinin ərizəsi əsasında sağ qalmış ərin (arvadın) razılığı ilə ölmüş ərin (arvadın) ümumi əmlakından pay da müəyyən edilə bilər. Bu pay əmlakın 1/2 hissəsindən ibarət olmalıdır. Həmin pay müəyyənləşdiriləndən sonra qanuni vərəsələrin vərəsəlik hüququ haqqında şəhadətnamə almağa hüququ var. Məhkəmə il növbədə X29 tərəfindən verilmiş 2014-cü il tarixli vəsiyyətnamənin etibarsızlığı ilə əlaqədar iddiaçı tərəfindən gətirilmiş arqumentlərə qiymət verərək qeyd edir ki, vəsiyyətnamədə qeyd edilmiş imzanın X17 məxsus olub-olmaması halının müəyyən edilməsi üçün Gədəbəy rayon Notariat ofisi tərəfindən məhkəməyə təqdim edilmiş notariat işinə məhkəmə iclasında baxış keçirilmiş və X29 tərəfindən vəsiyyətnamədə qeyd edilmiş imza ilə notariat orqanının reyestr kitabından qeyd edilmiş imzalar qarşılaşdırılmış və həmin imzalar arasında ziddiyyət olması, yəni vəsiyyətnamədə qeyd edilmiş imzanın X17 məxsus olmaması barədə hər hansı şübhə müəyyən edilməmişdir. Eləcə də, bu hala şübhə yaranması üçün heç bir əsas müəyyən edilməmişdir. Həmçinin vəsiyyətnamənin Mikayıl Uquzovun iradə ifadəsi ziddinə verildiyi bildirilsə də, miras qoymuş şəxsin vəsiyyətnamə verərkən fəaliyyət qabiliyyətinin olmaması, öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərini idarə edə bilməməsi vəziyyətində olması halı müəyyən edilmir, yəni Mikayıl Uquzovun iradə ifadəsi ziddinə vəsiyyətnaməni verməsi halı təsdiqini tapmır. X46 tərəfindən vəsiyyətnamə verilərkən daşınmaz əmlaklar üzərinə mülkiyyət hüquqlarının olmaması və sonuncu vəfat etdikdən sonra daşınmaz əmlakların dövlət reyestrindən qeydə alınması bildirilsə də, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Gədəbəy rayon Aqrar İslahat Komissiyasının qərarı ilə X10 və X11 mülkiyyətinə verilmiş, həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi təsərrüfatbaşına kitabda X10 adına qeydə alınmaqla sonuncunun fərdi yaşayış evinə mülkiyyət hüquqları olmuşdur. Eləcə də, mübahisəli fərdi yaşayış evi və torpaq sahəsi X29 vəfat etməmişdən əvvəl 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınmışdır. Bundan başqa məhkəmə iddiaçıların Gədəbəy rayon Notariat kontoru tərəfindən X11 adına qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğvi barədə gətirilmiş olduqları arqumentlərə qiymət verərək qeyd edir ki, mübahisəli daşınmaz əmlaklar X10 və X11 birgə nikahda olduqları dövrdə əldə edilmiş və notariat orqanı tərəfindən bu hal nəzərə alınmaqla X11 adına X6 miras qalmış əmlaklara ½ hissədə payını müəyyən edən qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə verilmişdir. Həmçinin miras qoymuş şəxs tərəfindən X40 adına vəsiyyətnamə qoyulduğundan miras qalmış əmlakın qalan ½ hissəsinə X14 payını müəyyən edən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X4 tərəfindən X14 adına vəsiyyətnamə verərkən Suyatel Uğuzovanın daşınmaz əmlakları üzrə sərəncam vermək hüququnun olması barədə gətirilmiş arqumentlərə məhkəmə qiymət verərək qeyd edir ki, hazır ki iş üzrə mübahisəli daşınmaz əmlaklar – fərdi yaşayış evi ½ hissədə, torpaq sahəsi ¾ hissədə X11 adına, fərdi yaşayış evi ½ hissədə, torpaq sahəsi ¼ hissədə X14 adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X20 vəsiyyətnamə verərkən həmin əmlaklara olan hüquqları daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınmasa da, notariat orqanı tərəfindən miras əmlaklara payını müəyyən edən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamənin ləğvi üçün heç bir əsas müəyyən edilməmiş və həmin əmlaklara mülkiyyət hüquqları olmuşdur. Həmçinin miras qoyan şəxs tərəfindən vəsiyyətnamə verilməsi, daşınmaz əmlaklar barəsində sərəncam verilməsi anlamına gəlmir və vəsiyyətnamə miras qoyan şəxsin ölən günədək ona məxsus olan daşınmaz əmlakları əhatə edir. Göründüyü kimi, mərhum X29 tərəfindən cavabdeh X14 adına 15 yanvar 2014-cü il tarixində verilmiş vəsiyyətnamənin etibarsız hesab olunması, həmin vəsiyyətnamə əsasında cavabdeh X14 adına cavabdeh Gədəbəy rayon Notariat Kontorunda tərtib edilmiş 31 yanvar 2018-ci il tarixli 2V-50 reyestr saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması, mərhum X11 adına cavabdeh Gədəbəy rayon Notariat Kontorunda tərtib edilmiş 31 yanvar 2018-ci il tarixli 2V-51 reyestr saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv olunması və mərhum X30 tərəfindən Cavabdeh X14 adına 31 yanvar 2018-ci il tarixdə verilmiş vəsiyyətnamənin ləğv olunması üçün heç bir əsas müəyyən edilmir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən 08 fevral 2018-ci ildə cavabdeh X14 və mərhum X11 adına tərtib edilmiş ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın verilməsinə əsas olmuş qanun üzrə və vəsiyyətnamə üzrə vərəsəlik hüquq haqqında şəhadətnamələrin ləğvi üçün heç bir əsas olmadığından həmin çıxarışın ləğvi tələbi də əsassızdır. Eləcə də, miras mülkün əvvəlki vəziyyətinə qaytarılması və iddiaçıların miras əmlaka qanun üzrə vərəsə tanınmaları tələbləri digər tələblərlə bağlı olduğundan və əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, iddiaçılar tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ: İddiaçılar İddiaçı1, X15, İddiaçı3, İddiaçı4 və X9 cavabdehlər X21 və Gədəbəy rayon Notariat ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab olunması, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması, vəsiyyətnamənin ləğv olunması, çıxarışın ləğv olunması, miras mülkün əvvəlki vəziyyətinə qaytarılması və miras əmlaka qanun üzrə vərəsə tanınmaları” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Marif Kazımov