Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-781/2022 01.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC məhkəməyə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək, cavabdеh Cavabdeh 1600 manat məbləğində vurulmuş zərər və 36 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1636 manat məbləğində pulun alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(042)-781/2022 saylı qərardadı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair kiçik iddialara dair işlər üzrə mülki işin iddia icraatına keçirilməsi qərara alınmışdır. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, “VAZ 2106” markalı, 21– BJ–091 dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il oktyabrın 12-də Cavabdeh idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 2106” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobillə Gədəbəy-Şəmkir yolunda yerləşən yanacaqdoldurma məntəqəsinə gedərkən “VAZ 2108” markalı, **-BM-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Gədəbəy RPŞ-nin xx.xx.2020-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü (İXM 332.2-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 3(042)-2/2021 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXMnin 332.4-cü maddəsi ilə təqsirli bilinərərək 400 manat məbləğində cərimə edilmişdir. Fiziki şəxs qismində avtomobillətin qiymətləndirmə fəaliyyəti aparan X3 tərəfindən verilmiş təmir smetasına əsasən hadisə nəticəsində “VAZ 2108” markalı, **-BM-*** dövlət nömrə nişanlı avtomobilə 1600 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində həmin məbləği 63 saylı ödəniş tapşırığı ilə zərərçəkmiş şəxs X2 ödəmişdir. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə verərək, işə onların iştirakı olmadan baxılıb iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehn məhkəmə iclasında iddia tələbini etiraf etmədi və etiraz ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, o, 12 oktyabr 2020-ci il tarixdə idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 2106” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobillə Gədəbəy-Şəmkir yolunda yerləşən yanacaqdoldurma məntəqəsinə gedərkən “VAZ 2108” markalı, **-BM-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Gədəbəy rayon Məhkəməsinin qərarı ilə avtomobili idarə etmək hüququ olmadığına görə o, 400 manat məbləğində cərimələnmişdir. O, avto qəza zamanı ağır yaralanmış və Bakı şəhərində xəstəxanada müalicə almışdır. Sığorta şirkəti tərəfindən zərər vurulmuş şəxsə 1600 manat məbləğində pul verilmişdir. “VAZ 2108” markalı avtomobilin 1993-cü ilin istehsalıdır və həmin vaxt isə 1500 manat bazar qiyməti olmuşdur. Lakin, sığorta şirkəti tərəfindən əsassız olaraq 1600 manat məbləğində sığorta haqqı hesablanmışdır. O, zərər dəyən şəxsə avtomobili özü düzəltmək istədiyini bildirmiş, lakin o bununla razılaşmamışdır. O, Şəmkir rayonundan usta gətirdib avtomobilə baxış keçirtmiş, usta ondan avtomobili düzəltmək üçün 630 manat məbləğində pul istəmişdir. Ona görə də, hesab edir ki, "xxxx" ASC tərəfindən vurulmuş zərərə əsassız olaraq çox hesablanmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan cavabdehə aid şəxsiyyət vəsiqəsinin surətində görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan xx.xx.2020-ci il tarixli, PXA********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatın təsdiq edilmiş surətindən görünür ki, “VAZ 2106” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək "xxxx" ASCdə sığortalanmışdır. Müqaviləyə əsasən, sığorta məbləği əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 manat, sağlamlığa vurulan zərərə görə bir hadisə üçün 50000 manat müəyyən edilmişdir. İşdə olan PXA72259 saylı sığorta aktının təsdiq edilmiş surətindən görünür ki, sığortalanmış “VAZ 2106” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobil “VAZ 21083” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə sığortalı avtomobilə 1600 manat məbləğində zərər dəymişdir. İşdə olan fiziki şəxs qismində avtomobilllərin təmiri və qiymətləndirmə fəaliyyətini aparan X3 tərəfindən verilmiş təmir smetasından görünür ki, “VAZ 21083” markalı **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobilin qəzaya uğraması nəticəsində 1600 manat məbləğində ziyan dəymişdir. İşdə olan Gədəbəy rayon Polis şöbəsi tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə saat 1600 dəqiqədə avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmayan Cavabdeh idarə etdiyi “VAZ 2106” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gədəbəy şəhəri, H.Əliyev prospektində yol nəqliyyat hadisəsi törətmiş, “VAZ 2106” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ 21083” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuşdur. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(042)-2/2021 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinməsi və ona 400 manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli, AP № ******* seriyalı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddələrini törətməkdə təqsirli bilinmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC tərəfindən X1 hesabına 1600 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 881.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər . Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin - sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Qeyd olunan maddi hüquq norması baxımından məhkəmə qeyd etməyi zəruri sayır ki, iddiaçı "xxxx" ASC ilə sığortalı X8 arasında xx.xx.2020-ci il tarixli, PXA********** saylı sığorta müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, “VAZ 2106” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək "xxxx" ASC-də sığortalanmış və sığorta məbləği əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 manat, sağlamlığa vurulan zərərə görə bir hadisə üçün 50000 manat müəyyən edilmişdir. Həmin sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni 2020-ci il dekabrın 12-də Cavabdeh idarə etmək hüququ olmadan idarə etdiyi, “VAZ 2106” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobillə Gədəbəy şəhəri, H.Əliyev prospektində, “VAZ 21083” markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə həmin avtomobilə 1600 manat məbləğində zərər dəymişdir. İş materiallarına əlavə edilmiş Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(042)-2/2021 saylı qərarına və xx.xx.2020-ci il tarixli, AP № ******* seriyalı inzibati xəta haqqında protokola əsasən, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinmişdir. "xxxx" ASC tərəfindən “VAZ 21083” markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə X2 1600 manat məbləğində ödəniş edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının X2 ödədiyi 1600 manat sığorta ödənişini Cavabdeh subroqasiya qaydasında tələb etmək hüququ vardır. Eləcə də, məhkəmə cavabdehin gətirdiyi arqumentləri onun əsaslandırılmamış mülahizəsi hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılarkən 36 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin edildiyindən Cavabdeh aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1600 manat məbləğində vurulmuş zərər və 36 manat dövlət rüsumunun əvəzi, cəmi 1636 (bir min altı yüz otuz altı) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №e-2(042)-781/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-781/2022
01.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver