Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № e-2(042)-845/2025 02.06.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlu, İddiaçı Cavabdeh qarşı “istehlak edilmiş təbii qaza görə borc tələbi barədə” iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “istehlak edilmiş təbii qaza görə borc tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı ərazi aidiyyəti qaydalarına əməl etməmiş və ərizəni cavabdehin yaşadığı yerin məhkəməsinə verməmişdir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemində sorğu verilən zaman müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078A, 65A, 141 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Lakin, kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydada baxılması ilə əlaqədar ərazi aidiyyətinə görə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması MPM-də nəzərdə tutulmayıb. Ona görə də Məhkəmə hesab edir ki, analoji prosessual münasibəti tənzimləyən MPM-in 152.1.3-cü maddəsində ifadə olunmuş norma hazırkı münasibətə də tətbiq edilməli, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “istehlak edilmiş təbii qaza görə borc tələbi barədə” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №e-2(042)-845/2025
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №e-2(042)-845/2025
02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver