Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-937/2022 23.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir sədrliyi, X11 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 3700 manat zərər məbləğinin və ödənilmiş 57 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə, saat 10:00 radələrində Bakı şəhəri, Babək küçəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh idarə etdiyi “Kamaz 55111” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil, X1 məxsus “Mercedes E290” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobil və X3 məxsus “Nissan Sunny” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. “Kamaz 55111”markalı, **-UN-*** dövlət qeydiyyat nişanlıa vtomobil iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. 87 saylı qiymətləndirmə aktına əsasən, “Nissan Sunny” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3700 manat məbləğində dəymiş zərər müəyyən olunmuşdur. xx.xx.2020-ci il tarixli ödəniş sənədindən aydın görünür ki, zərərin məbləği olaraq 2700 manat sığorta ödənişi iddiaçı tərəfindən zərərçəkmiş şəxs X2 bank hesabına ödənilmişdir. X2 xx.xx.2020-ci il tarixli ərizəsindən göründüyü kimi, öz razılığı ilə ona dəymiş ziyan üzrə hesablanmış 3700 manat sığorta ödənişindən oğlu X4 digər işlə əlaqədar olaraq, "xxxx" ASC-yə olan subroqasiya borcu üçün 1000 manat tutulmuşdur. Sabunçu RPİ-nin DYPŞnin xx.xx.2020-ci il tarixli, TP4002369 saylı inzibati tənbehvermə haqqında qərarından və bunun əsasında tərtib edilmiş YNH-nin təfərrüatları barədə arayışından göründüyü kimi, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 332.1-ci (etibarnamə olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) və 327.2-ci maddələri ilə təqsirli bilinmiş, barəsində 60 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarından aydın görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi məhkəməyə ərizə verərək, məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbi etiraf etmədi və izahat verərək bildirdi ki, xx.xx.2020-ci il tarixdə, saat 10:00 radələrində Bakı şəhəri, Babək küçəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı o idarə etdiyi “Kamaz 55111” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil, X1 məxsus “Mercedes E290” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobil və X3 məxsus “Nissan Sunny” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. Həmin vaxt Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsi tərəfindən onun barəsində İXM-nin 332.1 və 327.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək 60 manat məbləğində cərimə olunmuşdur. Lakin, onun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilməklə qərara qəbul edilmişdir. Belə ki, idarə etdiyi “Kamaz 55111” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil həyat yoldaşı X5 adına olmuşdur. Onun nəqliyyat vasitəsini idarə etməyə etibarnaməsi olmasa da, nəqliyyat vasitəsi X8 ilə onun birgə mülkiyyəti olmuşdur və o nəqliyyat vasitəsini nikah haqqında şəhadətnamə əsasında idarə etmişdir. O, Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin həmin qərarından şikayət vermiş və Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(042)-282/2022 saylı qərarına əsasən, şikayəti qismən təmin edilmiş, Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarı qismən ləğv edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işdə olan Maps arayışından görünür ki, Cavabdeh xx.xx.1987-ci il tarixdə Gədəbəy rayonu, Köhnəqışlaq kəndində anadan olmuş, hazırda həmin kənddə kəndində qeydiyyatdadır. İşdə olan xx.xx.2020-ci il tarixli, PXA********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatın təsdiq edilmiş surətindən görünür ki, “Kamaz 55111” markalı, **-UN-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək "xxxx" ASCdə sığortalanmışdır. Müqaviləyə əsasən, sığorta məbləği əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 manat, sağlamlığa vurulan zərərə görə bir hadisə üçün 50000 manat müəyyən edilmişdir. İşdə olan PXA71434 saylı sığorta aktının təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə “Kamaz 55111” markalı, **-UN-*** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Babək küçəsində “Mercedes E290” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı və “Nissan Sunny” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. Nəticədə sığortalı avtomobilə ümumilikdə 3700 manat məbləğində zərər dəymişdir. İşdə olan “AutoBax automobile services” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 87 saylı qiymətləndirmə aktına əsasən, “Nissan Sunny” markalı, **-MR-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 3700 manat məbləğində müəyyən edilmişdir. İşdə olan Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsi tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 10:00 radələrində Bakı şəhəri, Babək küçəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh idarə etdiyi “Kamaz 55111” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil, X1 məxsus “Mercedes E290” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobil və X3 məxsus “Nissan Sunny” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. İşdə olan Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarının surətindən görünür ki, Cavabdeh İXM-in 327.2 və 332.1-ci maddələri ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir İşdə olan xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X2 hesabına 2700 manat məbləğində ödəniş edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(042)-282/2022 saylı qərarının surətindən görünür ki, Cavabdeh şikayəti qismən təmin edilmiş, Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarı qismən ləğv edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarı Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 881.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər . Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin - sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının qanunun 25.1-ci maddəsinə əsasən, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. Göründüyü kimi subroqasiya hüququ yuxarıda qeyd edilən 25.1-ci maddəsində nəzərdə tutulan hallarda yaranır. İddia ərizəsində məlum olur ki, iddiaçı Cavabdeh nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsini əsas gətirərək ondan subroqasiya qaydasında pul tələb edir. Məhkəmədə müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə sığortalı Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, PXA********** nömrəli sığorta müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, X7 məxsus “Kamaz 55111” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığortaçı "xxxx" ASC-də sığortalanmışdır. Sığorta məbləği əmlaka vurulan ziyana görə 5000 manat, sağlamlığa vurulan ziyana görə bir şəxs üzrə 5000 manat və bir hadisə üzrə 50000 manat məbləğində müəyyən edilmişdir. Həmin sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni xx.xx.2020-ci il tarixdə, saat 10:00 radələrində Bakı şəhəri, Babək küçəsində Cavabdeh idarə etdiyi “Kamaz 55111” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil, X1 məxsus “Mercedes E290” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobil və X3 məxsus “Nissan Sunny” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. Nəticədə “Nissan Sunny” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobillə 3700 manat zərər dəymişdir. X2 xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən, öz razılığı ilə ona dəymiş ziyan üzrə hesablanmış 3700 manat sığorta ödənişindən oğlu X4 digər işlə əlaqədar olaraq, "xxxx" ASC-yə olan subroqasiya borcu üçün 1000 manat tutulmuşdur. Həmin vurulmuş zərər görə qalan 2700 manat məbləğində pul Xalq Sığorta” ASC tərəfindən X2 hesabına köçürülmüşdür. xx.xx.2020-ci il tarixli, TP ******* seriyalı inzibati tənbeh vermə haqqında qərar ilə Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.2 və 332.1-ci madəələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmişdir. İddiaçı "xxxx" ASC məhkəmə iddia qaldıraraq hadisə zamanı Cavabdeh etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə cavabdehə qarşı subroqasiya hüququnun yarandığını bildirmiş və sığorta ödənişinin cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarından şikayət vermiş və Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(042)- 282/2022 saylı qərarına əsasən, Cavabdeh şikayəti qismən təmin edilmiş, Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarı qismən ləğv edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarı Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehə qarşı subroqasiya hüququnun yaranmasına əsas verən Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarı qismən, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə (etibarnamə olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) təqsirli bilinməsi hissəsində ləğv edilmişdir. Belə olan halda, iddiaçının cavabdehdən subroqasiya qaydasında sığorta ödənişini tələb etməsi üçün heç bir əsas yoxdur. Odur ki, məhkəmə iddiaçının cavabdehə qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiasını əsassız hesab edərək onun təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılarkən 57 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 57 manat dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №e-2(042)-937/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-937/2022
23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver