Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-994/2025 24.09.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı oğlunun cavabdehlər Cavabdeh1 və X11 qarşı "vərəsəlik payının müəyyən edilməsi və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi barədə” mülki iş (açar sözlər: vərəsəlik hüququ üzrə mübahisələr) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi, İddiaçı oğlunun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı oğlunun cavabdehlər Cavabdeh1 və X11 qarşı "vərəsəlik payının müəyyən edilməsi və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı oğlu məhkəmədə iddia qaldıraraq, mərhum X3 miras qalmış, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 20 nömrəli qərarı əsasında “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, Gədəbəy rayonu Xarxar kəndində yerləşən 3097.58 kv.m həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlaka qanun üzrə vərəsə olaraq 1/3 hissə payının müəyyən edilməsi və həmin mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, mərhum X3 və anası X5 miras qalmış, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 20 nömrəli qərarıəsasında JN-0016 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən, Gədəbəy rayonu Xarxar kəndində yerləşən 0.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlaka qanun üzrə vərəsə olaraq 1/3 hissə payının müəyyən edilməsi və həmin mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, X21 atası, X13 anası olmuşdur. Onların üç övladı olmuşdur: 1. o – İddiaçı oğlu (d/t: xx.xx.1967); 2. Qardaşı – Cavabdeh2 (d/t: xx.xx.1964); 3. Bacısı – Cavabdeh1 (d/t: xx.xx.1966). X10 xx.xx.2017-ci ildə, anası X13 isə xx.xx.2023-cü ildə vəfat etmişdir. Valideynlərinin Gədəbəy rayonu Xarxar kəndində 3097.58 kv.m həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evi olmuşdur. Onlar - övladları həmin evdə doğulub böyümüşlər. Həmin torpaq sahəsi Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 20 nömrəli qərarı ilə atanın mülkiyyətinə verilmişdir. Bu barədə atasının adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Eləcə də həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi atasının adına qeyd edilmişdir. Evin mövcudluğu barədə “Fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportu” və evin sxemi iddia ərizəsinə əlavə olunur. Texniki pasportdan görünür ki, həmin ev yaşayış sahəsi 44.3 kv.m, köməkçi sahəsi 27.4 kv.m, ümumi sahəsi 71.7 kv.m olmaqla atasının adınadır. Həmçinin, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 20 nömrəli qərarı ilə Gədəbəy rayonu Xarxar kəndində X10nun və anası X6 adına 0.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Torpaq sahəsi onların ümumi birgə mülkiyyətindədir. Bu barədə onların adına JN-0016 saylı“Torpağa mülkiyyət hüququna dair dövlət aktı” tərtib edilmişdir. Beləliklə, X3 Gədəbəy rayonu Xarxar kəndində 3097.58 kv.m həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi miras qalmışdır. X3 və anası X5 isə Gədəbəy rayonu Xarxar kəndində 0.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Belə ki, Gədəbəy rayonu, Xarxar kəndində yerləşən 3097.58 kv.m torpaq sahəsinə dair X15 adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədi, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair atasının adına fərdi yaşayış evinin texniki pasportu, eləcə də Gədəbəy rayonu, Xarxar kəndində yerləşən 0.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X10nun və anası X6 adına JN-0016 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” vardır. Həmin əmlakları X15 və anası X1 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmasında heç bir maneə olmamış və onların həmin əmlaka dair mülkiyyət gözləntiləri olmuşdur. Qeyd olunanlara əsasən hesab edir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 20 nömrəli qərarı əsasında “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Gədəbəy rayonu, Xarxar kəndində yerləşən 3097.58 kv.m həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi X3 qalmış miras kütləsinə, həmçinin Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 20 nömrəli qərarı əsasında JN-0016 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən Gədəbəy rayonu, Xarxar kəndində yerləşən 0.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X12 və anası X5 qalmış miras kütləsinə daxil edilməlidir. Hal-hazırda atasından miras qalmış fərdi yaşayış evində heç kim yaşamır. O, Rusiya vətəndaşı olduğu üçün Rusiyada yaşayır və valideynlərinin ölümündən sonra onlardan qalmış mirasa Azərbaycana gəldikcə nəzarət edir. Valideynlərinin dəfnini o, qardaşı və bacısı birlikdə təşkil etmişlər, bununla da valideynlərindən qalmış mirası bərabər şəkildə hər üçü qəbul etmişlər. Ona görə də hesab edir ki, miras əmlakdan onun 1/3 hissə vərəsəlik payı vardır. Bu məqsədlə o valideynlərindən qalmış miras mülkə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Gədəbəy Notariat Ofisinə müraciət etmişdir Lakin qardaşı Cavabdeh2 və bacısı Cavabdeh1 mirasın qəbul edilməsi ilə bağlı mübahisə yaratdığına görə Gədəbəy Notariat Ofisi ona xx.xx.2025-ci il tarixdə imtina məktubu vermiş və məhkəməyə müraciət etməsini izah etmişdir. Odur ki, qardaşı Cavabdeh2 və bacısı Cavabdeh1 mirasın qəbul edilməsi ilə bağlı mübahisə yaratdığına görə hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşlar.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı oğlunun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh X18 26 avqust 2025-ci il tarixli məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, o uzun müddətdir ki, Gədəbəy rayonun, Xarxar kəndində ata evində yaşayır. Qardaşı İddiaçı oğlu 38 ildir ki, ailəsi ilə birlikdə ata evindən çıxıb, Rusiyaya getmiş və orada yaşamışdır. Atası qardaşının Rusiyaya getməyinə razı deyildi. Qardaşı Niyazi isə atasının sözünü eşitməyərək, atası ilə mübahisə edərək ailəsi ilə birlikdə Rusiyaya getmişdir. Uzun müddətdir ki, qardaşı Niyazi ilə əlaqəsi yoxdur. Niyazi ata və anasının dəfnində iştirak etməmişdir. Heç bir xeyirə-şərə yarayan insan deyil. Atası ölməmişdən qabaq ona demişdir ki, “Niyazi nə vaxt Azərbaycana ata evinə qayıtsa onu qapından qov, o ki, mənim sözümü eşitməyərək, mənimlə mübahisə edərək Rusiyaya getdi, mənim Niyazi adlı oğlum yoxdur”. Atası torpaq sahəsinin bir hissəsini bölüb, bacısı Gülnaza ev tikmişdir. Gülnaz hal-hazırda həmin evdə yaşayır. Niyazinin iddia ərizəsində qeyd etdiyi torpaq sahəsi isə yarasızdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.
5. Cavabdehlər Cavabdeh1 məhkəməyə teleqram göndərərək, qanunla müəyyən edilmiş qaydada mirasın bölgüsünə razı olduğunu bildirmişdir.
6. Cavabdehlər Cavabdeh1 və X11 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Məhkəmə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
9. Belə ki, iş materiallarında olan; - doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı oğlu xx.xx.1967-ci il tarixdə doğulmuş, atası qrafasında X21, anası qrafasında X13 qeyd edilmişdir. - Azərbaycan Sovet Sosialist Respublikası dövründə, xx.xx.1988-ci il tarixdə tərtib edilmiş Fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportun surətindən görünür ki, Gədəbəy rayonu, Xarxar kəndində yerləşən yaşayış sahəsi 44.3 kv.m, köməkçi sahəsi 27.4 kv.m, ümumi sahəsi 71.7 kv.m olan fərdi yaşayış evi X15 adına qeydə alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastır və Reyestri publik hüquq şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi vəkil sorğusuna cavab olaraq verilmiş xx.xx.2025-ci il arayışdan görünür ki, Gədəbəy rayonu, Xarxar kəndində X15 adına Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 20 nömrəli qərarı əsasında “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən 3097.58 kv.m həyətyanı torpaq sahəsi, X15 və X6 adına Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 20 nömrəli qərarı əsasında JN-0016 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”a əsasən 0.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aşkar edilmişdir. - JN-0016 KOD 50514038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 20 saylı qərarına əsasən X19 və X7 Gədəbəy rayonu, Xarxar kəndində 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. - AN 217138 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 20 saylı qərarına əsasən X19 Gədəbəy rayonu, Xarxar kəndində 3097.58 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. - Gədəbəy rayon İcra Hakimiyyəti başçısının Xarxar kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Gədəbəy rayon Notariat ofisinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Xarxar kənd sakini İddiaçı oğlunun mərhum X10 xx.xx.2017ci il tarixdə ölmüşdür və öldüyü günədək Gədəbəy rayonunun Xarxar kəndində yaşamışdır. Mərhumun ölümündən sonra təsərrüfatında qeyd edilən ailə üzvləri qalmışdır – arvadı xx.xx.2023-cü il tarixdə vəfat etmiş X13. Mərhumun başqa yerdə yaşayan və ayrı təsərrüfatda qeyd edilmiş olan ailə üzvləri qeyd edilən şəxslərdir -xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh2, xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh1 və xx.xx.1967-ci il təvəllüdlü İddiaçı oğlu. X4 ata və anası ölmüşdür. Göstərilən ailə üzvlərindən başqa mərhumun digər ailə üzvləri olub-olmaması barədə nümayəndəlikdə məlumat yoxdur. - ölüm haqqında şəhadətnamələrdən görünür ki, X16 xx.xx.2023-cü il tarixdə, X21 xx.xx.2017-ci il tarixdə ölmüşdür. - xarici pasortdan görünür ki, İddiaçı oğlu 2023-2024-cü illərdə Azərbaycan Respublikasına gəlib qayıtmışdır. - Gədəbəy rayon Notariat ofisi tərəfindən İddiaçı oğluna ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, mərhum X17 qalmış miras əmlakla bağlı vərəsələr arasında mübahisə olduğuna görə aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
10. Məhkəmə ərizəçinin miras əmlakın qanun üzrə qəbul edilməsi barədə tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X12 və X5 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
12. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
13. Məhkəmə iclasında müəyyən olundu ki, X21 və X14 ilə rəsmi olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından İddiaçı oğlu, Cavabdeh1 və X20 adında 3 övladları doğulmuşdur. Azərbaycan Sovet Sosialist Respublikası dövründə, xx.xx.1988-ci il tarixdə tərtib edilmiş Fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasporta əsasən, Gədəbəy rayonu, Xarxar kəndində yerləşən yaşayış sahəsi 44.3 kv.m, köməkçi sahəsi 27.4 kv.m, ümumi sahəsi 71.7 kv.m olan fərdi yaşayış evi X15 adına, Gədəbəy rayonu, Xarxar kəndində yerləşən 3097.58 kv.m həyətyanı torpaq sahəsi Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 20 nömrəli qərarı əsasında “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən X15 adına, Gədəbəy rayonu, Xarxar kəndində yerləşən 0.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 20 nömrəli qərarı əsasında JN-0016 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”a əsasən X15 və X6 adına qeyd edilmişdir. Həmin əmlaklar X15 və X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin əmlakların X19 və X7 məxsusluğu mübahisələndirilmir və məhkəmə hesab edir ki, həmin əmlaklara dair X15 və X6 mülkiyyətə qanuni gözləntisi vardır.
14. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər.
15. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur.
16. X16 xx.xx.2023-cü il tarixdə, X21 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. X15 ölümündən sonra Gədəbəy rayonu, Xarxar kəndində yerləşən yaşayış sahəsi 44.3 kv.m, köməkçi sahəsi 27.4 kv.m, ümumi sahəsi 71.7 kv.m olan fərdi yaşayış evi, 3097.58 kv.m həyətyanı torpaq sahəsi və 0.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (1/2 hissədə), X8 ölümündnə sonra 0.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (1/2 hissədə) miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin torpaq sahələri və fərdi yaşayış evi müvafiq olaraq X12 və X5 qalmış miras kütləsinə daxil edilməlidir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1291-ci maddəsinə əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.
18. “Azərbaycan Respublikası Mülki Məcəllləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı. - Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir; - Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir; - mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir.
19. Məhkəmə qeyd edir ki, X15 və X6 övladları olan İddiaçı oğlu, Cavabdeh1 və X20 qanun üzrə birinci növbə vərəsələridir. Ə.Cavadovdan və S.Cavadovadan qalmış miras əmlak hər üç qanun üzrə birinci növbə vərəsələr tərəfindən qəbul edilmişdir. Belə ki, vərəsələrdən heç biri qanunla müəyyən edilmiş müddət ərzində mirasın qəbulundan imtina etməmişdir. Bu hal da mülki qanunvericiliyə əsasən vərəsələrin miras əmlakı qəbul etmələrini təsdiq edir. Həmçinin vərəsə miras əmlakında yaşamasa və nəzarət etməsə belə, qanunvericilik ona yazılı ərizə ilə mirası qəbul etmək hüququ verir və bu halda miras tamamilə qəbul edilmiş sayılır. Faktiki sahiblik və ya idarəetmə yalnız mirasın qəbulunun alternativ sübutudur, lakin yeganə şərt deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, birinci növbə qanun üzrə vərəsələrin miras əmlakdan hər birinin bərabər payları vardır.
20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X2 miras qalmış, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 20 nömrəli qərarı əsasında “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən verilmiş, Gədəbəy rayonu Xarxar kəndində yerləşən 3097,58 kv.m həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlaka qanun üzrə vərəsə olaraq 1/3 hissədə İddiaçı oğlunun payı müəyyən edilməli və həmin mirasın İddiaçı oğlu tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, X2 və X5 miras qalmış, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 20 nömrəli qərarı əsasında JN-0016 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən verilmiş, Gədəbəy rayonu Xarxar kəndində yerləşən 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlaka qanun üzrə vərəsə olaraq 1/3 hissədə İddiaçı oğlunun payı müəyyən edilməli və həmin mirasın İddiaçı oğlu tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir.
21. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir.
V. Nəticə:
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə
qət etdi:
İddia təmin edilsin. X2 miras qalmış, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 20 nömrəli qərarı əsasında “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən verilmiş, Gədəbəy rayonu Xarxar kəndində yerləşən 3097,58 kv.m həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlaka qanun üzrə vərəsə olaraq 1/3 hissədə İddiaçı oğlunun payı müəyyən edilsin və həmin mirasın İddiaçı oğlu tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. X2 və X5 miras qalmış, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 20 nömrəli qərarı əsasında JN-0016 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən verilmiş, Gədəbəy rayonu Xarxar kəndində yerləşən 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlaka qanun üzrə vərəsə olaraq 1/3 hissədə İddiaçı oğlunun payı müəyyən edilsin və həmin mirasın İddiaçı oğlu tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) dövlət rüsumu Cavabdeh1 və X9 müştərək qaydada alınaraq İddiaçı oğluna ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamiq Rəsulov