Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1105/2022 20.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, İddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 14.01.2021-ci il tarixli müqavilə üzrə Samsung Galaxy A12 markalı telefon üçün 348,8 manat ödənilməmiş məbləğ 34,2 manat cərimə, 25.01.2021-ci il tarixli müqavilə üzrə X2 üçün 34 manat ödənilməmiş məbləğ 3 manat cərimə, 20.03.2021-ci il tarixli müqavilə üzrə Samsung Galaxy A51 markalı telefon üçün 756 manat ödənilməmiş məbləğ, 75 manat cərimə olmaqla, ümumilikdə 1251 (bir min iki yüz əlli bir) manat pulun və 32,51 manat dövlət rüsumunun xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh oğlu arasında 14.01.2021-ci il tarixli, 25.01.2021-ci il tarixli, 20.03.2021-ci il tarixli müqavilələr bağlanmışdır. 14.01.2021-ci il tarixli müqaviləyə əsasən Samsung Galaxy A12 markalı telefon üçün 348,8 manat ödənilməmiş məbləğ 34,2 manat cərimə, 25.01.2021-ci il tarixli müqaviləyə əsasən X2 üçün 34 manat ödənilməmiş məbləğ 3 manat cərimə, 20.03.2021ci il tarixli müqaviləyə əsasən Samsung Galaxy A51 markalı telefon üçün 756 manat ödənilməmiş məbləğ 75 manat cərimə olmaqla, ümumilikdə 1251 (bir min iki yüz əlli bir) manat borcu qalmışdır. Cavabdeh avadanlıqları qəbul etmiş, onların qiymətini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə də Cavabdeh oğlu müqavilələrin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin olunmalıdır. Ərizəyə əlavə olunmuş 14.01.2021-ci il tarixli 22211746 nömrəli müqavilədən görünür ki, cavabdeh "xxxx" MMC-dən Samsung Galaxy A12 markalı telefonu 12 ay müddətinə hər ay 34,9 manat ödəmək şərti ilə almışdır. 25.01.2021-ci il tarixli 22228208 nömrəli müqavilədən görünür ki, cavabdeh "xxxx" MMC-dən X1 3 ay müddətinə hər ay 18 manat ödəmək şərti ilə almışdır. 20.03.2021-ci il tarixli 22395701 nömrəli müqavilədən görünür ki, cavabdeh "xxxx" MMC-dən Samsung Galaxy A51 markalı telefonu 15 ay müddətinə hər ay 50,4 manat ödəmək şərti ilə almışdır. 07.03.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 14.01.2021-ci il tarixli, 22211746 nömrəli müqavilə üzrə 348,8 manat ödənilməmiş məbləğ 34,2 manat cərimə, 25.01.2021-ci il tarixli, 22228208 nömrəli müqavilə üzrə 34 manat ödənilməmiş məbləğ 3 manat cərimə, 20.03.2021-ci il tarixli 22395701 nömrəli müqavilə üzrə 756 manat ödənilməmiş məbləğ 75 manat cərimə olmaqla, ümumilikdə 1251 (bir min iki yüz əlli bir) manat borcu vardır. 15.12.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borcun könüllü ödənilməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh oğluna yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdehə göndərilmiş bildiriş geri qaytarıldığı üçün bildirişin ona təqdim olunması üçün sonuncu yaşadığı yer üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilmişdir. Cavabdeh bildirişi aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etiraznı və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşıyır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli 14.01.2021-ci il tarixli 22211746 nömrəli müqavilə üzrə 348,8 manat ödənilməmiş məbləğ 34,2 manat cərimə, 25.01.2021-ci il tarixli 22228208 nömrəli müqavilə üzrə 34 manat ödənilməmiş məbləğ 3 manat cərimə, 20.03.2021-ci il tarixli 22395701 nömrəli müqavilə üzrə 756 manat ödənilməmiş məbləğ 75 manat cərimə olmaqla, ümumilikdə 1251 (bir min iki yüz əlli bir) manat pul Cavabdeh oğlundan alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 32,51 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 600-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh oğlundan 14.01.2021-ci il tarixli 22211746 nömrəli müqavilə üzrə 348,8 manat ödənilməmiş məbləğ 34,2 manat cərimə, 25.01.2021-ci il tarixli 22228208 nömrəli müqavilə üzrə 34 manat ödənilməmiş məbləğ 3 manat cərimə, 20.03.2021-ci il tarixli 22395701nömrəli müqavilə üzrə 756 manat ödənilməmiş məbləğ 75 manat cərimə olmaqla, ümumilikdə 1251 (bir min iki yüz əlli bir) manat pul və ödənilmiş 32,51 (otuz iki manat 51 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(043)-1105/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1105/2022
20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver